Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“1990-cı ilin yanvarında neftçalalılar da qanına-qəltan edildi” – 20 Yanvar qazisi
Tarix: 20.01.2015 | Saat: 16:19:00
Bölmə:Siyasət Reportaj | çapa göndər

Yanvarın 20-də Şəhidlər Xiyabanına ziyarətə gələnlər arasında Azərbaycanın əyalətlərindən gələn insanlar da çoxluq təşkil edirdi. Hafta.az-ın əməkdaşının bildirdiyinə görə, onlar 25 il sonra da 20 Yanvar hadisələrindəki ümumxalq birliyini bu gün də nümayiş etdirmək istədiklərini dedilər. Şəhidlər Xiyabanını ziyarət edənlər arasında Neftçala rayon sakini Ələkbər Talıbov da var. Ə.Talıbov əməkdaşımıza açıqlamasında bildirdi ki, o da 1990-cı ilin  yanvar hadisələri zamanı əlil olub. Sovet ordusu əsgərinin güllələri ona Bakıda yox, Neftçalada tuş gəlib:

“1990-cı ilin qanlı yanvar hadisələri artıq olmuşdu. Yanvarın 24-də eşitdik ki, Neftçala rayonunun Bankə qəsəbəsindəki sovet ordusunun hərbi bazasından Bakıya qırmızı orduya “kömək” gedəcək. Yeni qırğınların olacağı deyilirdi.  Həmin vaxt neftçalalılar bir nəfər kimi ayağa qalxdı. Sovet ordusunun həmin kontingentinin Bankə qəsəbəsindən qırağa çıxmasına, yaxud Bakıya doğru istiqamətlənməsinə yol vermədi. 25 yanvar hadisələri zamanı bizim rayondan iki nəfər şəhid oldu. Mən özüm güllə yarası aldım”.

Ələkbər Talıbov həmçinin vurğuladı ki, o zamankı sovet rəhbərliyi Bakıda milli azadlıq hərəkatını boğmaq üçün imperiya ordusunun bölgələrimizdəki hissələrinə məxfi tapşırıqlar verib:

“Həmin tapşırıqlara əsasən, Neftçala, Lənkəran və digər bölgələrimizdəki hərbi birləşmələr Bakıdakı “Alfa” qrupuna köməyə gedəcəkdi. Amma bizlər bunu vaxtında duyduq və yeni qırğınların olmasına imkan vermədik. Lakin xalqın iradəsi hökm sahibi olsa da, sovet ordusu bizlərə də divan tutdu. 2 nəfər Neftçalada, 8 nəfər Lənkəranda şəhid oldu”.

Ələkbər Tağıyev danışdıqca gözlərini qəhər boğsa da, qəhərin arxasında bir qürur qığılcımı da gördük. Suallarımızı yağdırmağa başladıq:

-          Ələkbər dayı, xalqın imperiya önündə əyilməzliyinin səbəbi nə idi?

-          Biz ayağa qalxdıq ki, müstəqilliyimizi qazanaq. Bu tarixin zərurəti idi. Biz Azərbaycan adının dünya dövlətləri arasında çəkilməsini istəyirdik. Sinəmizi ona görə qabağa vermişdik ki, Qarabağımız erməni yağılarına verilməsin. Bunun  qarşısını almağa çalışırdıq. 25 il əvvəlki hadisələr zamanı 10-larla yaralı və 2 şəhidimiz oldu. Mən də yaralananlar arasında idim.

-          Bəlkə də Neftçala hadisələrindən indiki gənclərimiz xəbərsizdir. Onlar bu qırğınların yalnız Bakıda olduğunu düşünürlər. Həmin gənclərə çatdırmaq istədiyiniz bir ismarış varmı?

-          Əlbəttə var. Mən istəyirəm ki, gənclərimiz 20 Yanvar hadisələrinin yalnız Bakı ilə məhdudlaşmadığını anlasınlar. Bilsinlər ki, imperiyaya meydan oxuyan Azərbaycan xalqı Nefçalada da, Lənkəranda da gülləbaran edilib. Şəhidlərimiz olub. Qan yaddaşını unutmaq olmaz.

-          Ələkbər dayı, bəs nə əcəb 20 Yanvar hadisələrini Neftçalada yox, Bakıda qeyd edirsiniz?

-          Bizim Neftçalada da 20 Yanvar şəhidlərini xatırladan abidə kompleksimiz var. Amma xalqımız 20 Yanvar hadisələrinə ən böyük əbədi heykəli Dağüstü parkda ucaldıb. Həm də ən çox qırğınlar burada olub. Ona görə də bu il Şəhidlər Xiyabanına gəlib, burada uyuyan vətən övladlarımızın qəbrini ziyarət edim.

-          Sizcə, insan üçün azadlıq uğrunda döyüşməyin bir yaş meyarı varmı?

-          Xeyr, yoxdur. Mən əliləm. Bu yaşımda belə Qarabağ savaşında vuruşmağa hazıram.  Təki torpaqlar yağı tapdağından azad edilsin.

Ələkbər Talıbov iri addımlarla əllərindəki qərənfil dəstəsini sıxıb, xiyabanın pilləkənlərini qalxır. Yanında mən də yeriyirəm. Qəbir daşlarındakı şəkillərə baxa-baxa sanki həmin hadisələri kinolenti kimi gözünün önündən keçirir. Başını əymədən Əbədi Məşələ doğru irəliləyir. Sanki Əbədi Məşəldən yeni bir yol başlayacaq; itirilmiş torpaqların azadlığı üçün başlanan Azadlıq mübarizəsi. Yolun mübarək olsun, Vətən oğlu!



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018