Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Məşhurlarımız Türkiyə şou-biznesində cılız görünürlər" - Yeganə
Tarix: 30.01.2015 | Saat: 15:17:00
Bölmə:Müsahibə Şou-biznes | çapa göndər

Türkiyədə yaşayan müğənni Yeganə Mürsəlovanın Hafta.az-a verdiyi müsahibəni təqdim edirik.

- Yaradıcılığınızda hansı yeniliklər var?


- Ümumiyyətlə, yeniliklərimiz çoxdur. Yeni mahnılar üstündə çalışıram. Ancaq klip çəkdirməyi düşünmürəm, çünki insanlar bir ilə bir klip çəkdirəndə, mən 7-8 klip çəkdirdim. Düzdür, bezməmişəm, ancaq yorulmuşam. Azəri qızı Günelin qardaşı Tunar mənə bir mahnı söz verib. İndi əgər o, mahnını hələ satmayıbsa, inşallah həmin mahnını ifa edəcəyəm. Yeni bir aşıq musiqisi nəzərdə tutmuşam, fərqli tərzdə ifa edəcəyəm.

- Konsert verməyi düşünürsünüz?

- Konsert vermək planlarım arasında yoxdur. İlk öncə qorxuram qış aylarında konsert verməkdən. Həm də başım çox qarışıqdır, ailəmlə, işimlə bağlı olaraq heç fürsət olmur. Gözləyirəm havalar bir az isinsin, sonra konsert verim. Əslində standart olaraq, xoşlamıram Heydər Əliyev Sarayında, ya da Yaşıl Teatrda eyni işıqlar, eyni səhnələr, səs effektləri olsun. Elə bir konsert istəyirəm ki, tamaşaçı təəccüblənsin. Bu isə heç də asan deyil.

- Türk şou-biznesi ilə aranız necədir?

- Artıq 8-ci ilə keçir ki, Türkiyədə yaşayıram. Sözün düzü digərlərindən fərqli olaraq, mənim türk şou-biznesində ulduz olmaq, tanınmaq fikrim yoxdur. Məni xalqım tanısın yetər. Bizim o qədər gözəl müğənnilərimiz, ifaçılarımız var, lakin gözəl texnika, prodüserlərimiz yoxdur. Bu yerli məşhurlarımızın günahı deyil. Bir məsələ var ki, türk məşhurlarla çalışmağı sevirəm, Sərdar Ortac, Selami Şahin və bir çoxları ilə uğurlu iş birliyimiz olub. Bu işlərimin əsasında onlardan nələrsə öyrənməyə çalışdım. Bizim məşhurlar Türkiyə şou-biznesində cılız görünür. Çünki onlar kənardan gələn kimsəni sevmirlər. Mənim xalqım qonağına evindəki ən ləzzətli təamını təqdim edər, ən gözəl yeri verər, tarix boyu bizlər belə görmüşük.

- Azərbaycan şou-biznesində niyə belə zəif addımlayırsınız?

- Zəif deməzdim, mənim fəaliyyətim, yaradıcılığım sevənlərimə bəllidir. Bir məsələ var ki, heç vaxt at sürəti ilə addımlamıram, dəvə sürəti ilə gedirəm. Gec-gec işləsəm də, gözəl bir iş ərsəyə gətirirəm. 14 ildir ki, səhnədə fəaliyyət göstərirəm. Animasion kliplərim, mahnılarım, uğurlarım olub, ancaq çətin qazanılıb bütün bunlar. Xoşlamıram, kiçik bir işimi şişirdim, mediaya təqdim edim. Bəlkə də buna görə az-az görünürəm efirlərdə. Bunu da deyim ki, bir gecə, ucqar bir kəndə, rayona getsəm, makiyajsız, başı bağlı şəkildə insanlar səsimi eşidən kimi məni tanıyacaq. Bax bu bir sənətçinin uğurudur.

- Yerli ifaçıların, türk şou-biznesinə qatılmaq istəyinə münasibətiniz necədir?

- Dəstəkləyirəm və onların qazandıqları uğurlarına sevinirəm. Türklər həmişə deyirlər ki, azərbaycanlılar qardaşımızdır, qanımız birdir. Sadəcə, hər yerin yaxşısı, pisi var. Təbii ki, türklər də bəzən şərait yaratmırlar ki, yerli ifaçılarımız irəli getsin.

- Dəbi izləyirsiniz?

- Əslində dəbi izləmirəm. Dəb mən özüməm, baxıram güzgüyə və görürəm ki, mənə nə yaraşır. Əsasən qapalı geyimləri sevirəm, açıq-saçıq geyimlər mənə uyğun deyil. Son vaxtlar, bütün geyimlərimi özüm tikdirirəm.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.02.2019
23.02.2019
22.02.2019