Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“11 ildir tək yaşayıram” - Mirkamil
Tarix: 02.02.2015 | Saat: 04:14:00
Bölmə:Müsahibə Şou-biznes | çapa göndər

Ekranlarda az-az görünsə də, uğurlu mahnıları və klipləri ilə gündəmə gələn Mirkamil Kamilov bu il edəcəyi yenilikləri, səhhətində olan problemləri və şəxsi həyatı haqqında olan məlumatları Hafta.az-a müsahibəsində danışıb. Sözügedən müsahibəni təqdim edirik.


- 2015-ci ildə hansı yeni layihələriniz var?


- Əslində bu sənətdə olan insanlar daima müsahibə verəndə deyirlər ki, yeniliklərim çox olacaq - yeni mahnı, yeni klip. Lakin sonradan, heç nə ortaya qoymurlar, alınmır. Mən sadəcə istəmirəm ki, söz verim. Allahın izni ilə yeni işlərimiz olacaq, olmalıdır. Öncədən danışmaq mənə düşmür. Daima xalqımızın adına layiq proyektlər haqda düşünsəm də, bəzən problemlər, çatışmazlıqlar imkan vermir.


- Konsert vermək fikriniz var?


- 2015-ci ilin sonuna qədər konsert verməyi planlaşdırıram, Allahın izni ilə. Çünki artıq vacibdir, xalqıma hesabat verməliyəm. Əgər alınsa, Heydər Əliyev Sarayında olmalıdır, mükəmməl hazırlaşmalıyam. Artıq 8 ildir ki, professional səhnədəyəm. Qoy düşmənlərimiz baxsın və necə gözəl musiqilərimizin olduğunu görsün. Onsuz da bizdən öncəkilər bu sənəti layiqincə tanıdıblar.


- Nəyə görə şou-biznesdən, ekranlardan uzaq gəzirsiniz?


- Sözün düzü əməliyyatdan 3-4 il öncə efirlərə çıxmamağıma səbəb var idi. Bunu açıqlaya bilmərəm, çünki uyğun deyil. Vallah efirləri hər kəs izləyir, bu gün sənət nümayiş etdirənlər də var, pul qazanmaq üçün müxtəlif obrazlarda ekrana da çıxanlar da. Səhnəni pula görə tapdamaq olmaz, səhnə müqəddəsdir. Bizim Zeynəb Xanlarova kimi dəyərli sənətkarlarımız var. Bu insanlar ürəyini qoyub sənətinə. Bəzi insanlar da var ki, toy tutmaq xətrinə necə gəldi oxuyub, səhnəyə çıxırlar. Düşünürlər ki, daima belə pul qazanacaqlar. Lakin bu daimi olmur, ümumiyyətlə, mən belə şəxsləri görəndə üzülürəm. İnsanlar işdən yorğun gəlir, televiziyanı açanda gözəl musiqi dinləmək istəyir, bax mən də o gözəl musiqilərin axtarışındayam.


- Toylara görə efirə çıxanlara münasibətiniz necədir?

- Toy müğənni üçün məktəbdir, getmək vacibdir. Mən Şamaxıda böyümüşəm, toylara getmişəm, hətta boyum çatmayanda belə ayağımın altına stul qoyurdular ki, çıx oxu. Kimsə toy tutmaq məqsədilə efirə çıxıb, özünü reklam edib, Azərbaycan musiqisini məhv edirsə, bu həmin şəxsin vicdanına qalıb. Bəzi musiqiləri toylarda oxumaq olar, bəzi musiqilər isə heç toylara belə yaraşmaz. Mən özüm də toylardan uzaqlaşmışam.

- Toylardan uzaqlaşma səbəbiniz nədir?

- Çox yeni bir proyekt üzərində çalışıram, toylara getməyə vaxtım olmur. İlk dəfə olaraq açıqlayıram, İranda bir layihəmiz var, Türkiyə və Azərbaycan arasında mükəmməl bir işimiz olacaq. Bütün bunların heç biri pul məqsədi güdmür, əsas xalqımızın mədəniyyətinin təbliği və qonşu xalqlarla mədəniyyət əlaqələrimizin genişləndirilməsidir.

- Səhhətinizdə vəziyyətiniz necədir?


- Məni sevənlər səhhətimlə bağlı problemlərə görə xeyli üzüldü. Ağır məsələdir, Allaha şükürlər olsun. Ürəyimin yaxınlığında bir dəmir parçası var, müəyyən cihazlar quraşdırılıb. Bəlkə də bu günahlarımın əvəzidir, ağrılarım olur, ancaq yenə efirə çıxmağa çalışıram. Zaman-zaman nəfəsim kəsilir, bir saniyə ərzində aldığım nəfəsə görə şükür edirəm, ölümlə üzləşirəm. Bəzi dostlarım demək olar ki, hər gün mənimlə maraqlanır, bəziləri var ki, heç səhhətim maraqlandırmır.


- Sağlamlığınızın qeydinə qalırsınız?


- Çalışdığım işlə çox çətindir. Həm də artıq 11 ildir ki, yalnız yaşayıram, hər işimi özüm görürəm. Çətindir, ancaq bu da yaradanın mənə yazdığı qismətdir. Hər kəs ölümü xatırlamalı, arada qəbiristanlığa getməli, etdiyi əməllərlə üzləşməlidir.


- 11 illik yalnızlıqdan sonra evlənmək niyyətiniz yoxdur?


- Evlənmək çox məsuliyyətli işdir, hər insanla evlənmək olmaz. Sən öncə düşünməlisən ki, bu insanla ömrünün sonuna qədər yaşayacaqsan. Həm də mən ancaq azərbaycanlı bir xanımla ailə quraram. Azərbaycanlı qızlarımız mərddir, namusludur və gözəldir. Niyə başqa bir əcnəbi xanımla evlənim? Bəlkə ola bilər hansısa bir əcnəbi xanımı sevim, ancaq müsəlman olmasa, qətiyyən evlənmərəm.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.04.2019
18.04.2019