Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Arxamda pullu kisəylə gəzən daydayı olmayıb” - Mədinə - FOTO
Tarix: 16.02.2015 | Saat: 13:54:00
Bölmə:Müsahibə Şou-biznes | çapa göndər

Hafta.az “Kristal” qrupunun rəhbəri Mədinə Məliklə olan müsahibəni təqdim edir.


- “Kristal” qrupunun növbəti üzvü evlənməyə hazırlaşır. Ümumiyyətlə, qrupa qatılan xanımlar az sonra ailə həyatı qurur. Yəni qrupa oxumağa gələn kimi evlənirlər. Bu nə sirrdir belə? 

- Mənim yanımda çalışan qızların necə təmiz olduğunu hamı bilir. Mən onları söz-söhbətlərdən qorumağa çalışıram, öz balam kimi hamısına diqqət edirəm. Atdıqları hər addıma fikir verib, onlara məsləhətlərimi verirəm. Çox çətin işdir, qrup rəhbəri olmaq. Vallah nə sirrdir bilmirəm. Qrupa dəvət edəndə qızları seçirəm, onların üstündə çalışıram. 3-4 il əziyyətdən sonra biri gəlir qızıma elçi düşür, mən də onların xoşbəxtliyinə mane ola bilmirəm. Hətta ad çəkməyəcəm bəzi müğənnilər var ki, deyiblər, məni də al qrupuna, əlin yüngüldür bəlkə evləndim. Düşünürəm ki, onları ətrafdan, mənfi xarakterli dostlardan qoruyuram deyə, sona qədər tərbiyəli olaraq qalırlar. Həmişə demişəm, qızın ən gözəl dostu anası ola bilər. Bundan əlavə, qrupa gələn qızların nömrəsini dəyişirəm, ailəsindən başqa kimsə həmin nömrəni bilmir. Çünki qızların evini, karyerasını telefonlar, sosial şəbəkələr məhv edir.


- Qızlarınızın belə tez-tez qrupdan ayrılması sizi üzmür?


- Təbii ki, üzülürəm. 12 ildir “Kristal” qrupu var, hər dəfə bir üzvümüzü evləndirmişəm. İllərlər əziyyət çək, sonra birdən-birə onu evləndir. Ancaq atalarımızın bir sözü var, hər ananın qapısına gəlməzlər. Deməli, insanlar mənə güvənir. Qrupumun qızlarının xoşbəxtliyini istəyirəm. Qızlarım olmasa da, oğlum var.


- Oğlunuz üçün bir müğənni xanımın evinə elçi gedərsiniz?

- Niyə də olmasın? Ancaq "Kristal" qrupunun qızları kimi olsun. Mən ona qarışmaram, qoy kimi sevirsə, onunla evlənsin. Sadəcə, bir ana olaraq məsləhət verə bilərəm ki, oğlumu düzgün yola yönəldim.

- "Kristal" qrupunun 12 il ərzində dəstəkçiləri olub?

- Xeyr, heç vaxt bizim sponsorumuz olmayıb. Həmişə soruşurlar ki, niyə sponsor istəmirsən? Qarşılığında deyirəm ki, o qədər bu sözü ucuzlaşdırıblar ki, mənim sponsora ehtiyacım yoxdur. Təbii ki, təkliflər olur, lakin qəbul etmirəm. İllərdir ki, özüm bu qrupa dəstək oluram. Çalışıram, gücüm çatan qədər işimi görüm. Qalmaqallardan uzaq dururam, istəmirəm ki, xalqımın gözündən salsınlar. Mənim arxamda pullu kisəylə gəzən daydayılar olmayıb. Hər insanla əlaqəyə girib, söhbət etmərəm. Davakar insanlara qarşı fobiyam var. Xüsusilə həyasız kişilərdən qorxuram. Deyirlər, “abırsızdan abrını saxla öz abrına görə”.

- Azərbaycanda prodüser sözünün mənası nə deməkdir?

- Şou-biznesimizdə bu sözün mənası çox dəyərsizləşib. 12 il öncə "Kristal" layihəsinə sıfırdan başladım. 7-8 min dollar ilə bu qrupu yaratdım. Əlinə mikrofon almayan qızları ətrafıma toplayıb, onlarla məşğul oldum. Bu səviyyəyə gəlib çatmaq üçün çox əziyyət çəkdim. İllərlə onları məşhur etdim, özümə maşın da aldım, ev də. Biznes də qurdum, qızlar üçün hər şəraiti də yaratdım. İnanın mənə, popular müğənninin yanında gəzib, toylarda disk daşımaq prodüserlik deyil. Tutalım siz indi bir məşhur müğənni ilə gəzin, dolanın, onun getdiyi toylara gedin. Bir ay sonra hər kəs sizi prodüser olaraq tanıyacaq. Şou-biznesdə daima yeni fərqli layihələr gərəkdir, indi “Narkomaniyaya qarşı mübarizə” ilə bağlı layihələrimiz var.

- Şou-biznesin kişi nümayəndələri niyə öz cinslərinə uyğun hərəkət etmirlər?

- Bu virusdur, xəstəlikdir. O şəxslərə ki, Allah bu xəstəliyi verib, anlayıram və qınamıram. Lakin insanlar var ki, öz istəyi ilə bu yola gedir. Ancaq hər şey uşaqdan asılı deyil, ailənin də burada böyük rolu var. O gün baxıram ki, bir dostumun oğlu əlində gəlinciklə oynayır. Ay başınıza dönüm mən görmüşəm oğlan uşağı maşınla, oyuncaq tapança ilə oynayar. Dostuma deyirəm ki, niyə icazə verirsən gəlinciklə oynasın? Deyir, uşaqdı da, ürəyi istəyir oynayır. Allah hər kəsi qorusun, əsas insanın ətrafıdır. Mən oğluma həmişə deyirəm ki, geyiminə, saç düzümünə diqqət elə. Sən Mədinənin oğlusan.


- Qadın müğənnilərimiz bəzən açıq-saçıq geyinir, sonra birdən-birə həci xanım olur. Buna münasibətiniz?

- Bu onların şəxsi məsələsidir, qarışa bilmərəm. Lakin təbii ki, pis baxıram. Necə yəni sən soyunaraq kamera qarşısına keç, sonra bir gün efirə qapalı geyimlə çıx denən ki, mən Həcc ziyarətində olmuşam, mənə həci xanım deyin. Necə gülməli vəziyyətdir bu? Hansı məntiqlə bu addımı atırsan? Düşünürəm ki, belə şəxsləri kimsə ciddiyə almaz. Onsuz da millət səni görür, gözümüzün qabağından keçirsən. Yetərincə çirkli olan bu aləmdə, ən azından dəyərli olan bəzi şeyləri qoruyaq.

Mədinə xanımla söhbət zamanı fotosessiya da etdik. Həmin fotoları təqdim edirik: 

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
22.04.2019
21.04.2019
20.04.2019