Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Qorxular” işıq üzü gördü - FOTO
Tarix: 29.03.2015 | Saat: 22:00:00
Bölmə:Mədəniyyət | çapa göndər

Gənc yazıçı Rövşən Abdullaoğlunun “Emosiyalar psixologiyası” silsiləsindən “Qorxular” adlı yeni kitab çapdan çıxıb. Bu kitab qorxularla yaşamağa adət etmiş, qorxularından bezmiş və nəhayət qorxularından azad olmaq istəyən insanların kitabıdır. Bu kitabı oxumayan insan qorxularla yaşamağa məhkumdur. Əsəri oxuduqda məlum olur ki, bu, heç də boş iddia deyil. Bu kitabı oxuyan zaman əlinizə kağız və qələm alın. Belə ki, kitab sizi aşkar etməkdən çəkindiyiniz qorxularınızla tanış edəcək, sizə özünüzü tanıdacaq. Qorxu hissi insan təbiətinə xas olan psixoloji duyğuların ən əzabvericisidir. Bundan qurtulmayan insan bütün həyatını əlil biri kimi yaşayacaq, bununla da maddi və mənəvi tərəqqi etməsi çətinləşəcək. Belə birinin cəmiyyətdə, ailədə, dostlar arasında layiqli yeri olmayacaq.

“Həftə içi” xəbər verir ki, Rövşən Abdullaoğlunun “Qorxular” kitabı oxucuları həmin əzablardan qurtarmaq üçün atılmış ilk və mühüm addımdır. Kitabı Bakıdakı kitab mağazalarından və ya qedimqala.az saytından online sifariş verməklə əldə etmək mümkündür. +994 55 404 31 32 nömrəsinə zəng vurmaqla da bu kitabı əldə etmək olar.

Xatırladaq ki, yazıçı Rövşən Abdullaoğlu filosof-şərqşünas və psixoloqdur. O, 1978-ci ildə Bakı şəhərində anadan olub, Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur. Ali təhsilini və hərbi xidmətini bitirdikdən sonra şərqşünaslıq, teologiya və fəlsəfə sahələrində müxtəlif təhsil ocaqlarında yüksək ali təhsil alıb. O, bu sahədəki təhsilinə ömrünün 8 ildən çoxunu həsr etmişdir. Yazıçı psixologiya sahəsində də yüksək ali təhsil alıb. O, Moskvanın “Pozitiv Texnologiya və Konsaltinq” institutunun “Psixoloji konsultasiya” fakültəsinin “Geştalt-terapiya metodu üzrə psixoloji müşavir” ixtisasına yiyələnib.

Azərbaycan dilindən başqa ərəb, fars və rus dillərini mükəmməl bilən yazıçının Azərbaycanda bu günə qədər 9 müstəqil, 9 tərcümə və şərh, 2 tərcümə olmaqla 20 kitabı yayımlanıb. Yazıçının motivasiya psixologiyası silsiləsindən olan “Arxadakı körpüləri yandırın” adlı kitabı 2014-cü ildə Türkiyədə də nəşr olunub.

Rövşən Abdullaoğlunun yazı janrı nəsr, esse, motivasiya psixologiyası, irfan, fəlsəfə və teologiyadır. Gənc yazıçı hazırda psixologiya, fəlsəfə, teologiya sahələri üzrə elmi araşdırmalarını davam etdirməkdədir.

Qələndər Xaçınçaylı

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.11.2018
20.11.2018