Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Bölgələrdə tarixi abidələrə laqeydlik var
Tarix: 06.05.2011 | Saat: 14:15:00
Bölmə:Sosial | çapa göndər

Qazax rayon Mədəniyyət və Turizm Şöbəsindən (MTŞ) verilən məlumata görə, rayon ərazisində olan 112 abidədən əksəriyyətinin təmirinə və bərpasına ehtiyac var. Onlardan bəziləri artıq məhv olmaq üzrədir. Bəzi abidələrin mühafizə olunmaması da onların məhvini sürətləndirir. XII əsr abidəsi olan “Qırmızı Körpü“ artıq uçub. MTŞ bir neçə il öncə bir sıra quruma xəbərdarlıq edib ki, onun üzərindən hərəkət, xüsusən də iritonnajlı maşınların hərəkəti dayandırılmalıdı. Ancaq bu xəbərdarlığa məhəl qoyulmadı. Uçandan sonra hərəkət üçün körpünün yaxınlığından alternativ yol çəkildi. Ancaq neçə ildi uçan körpü bugünədək bərpa edilməyib. Məlumatda qeyd olunub ki, Göyəzən dağının yaxınlığında olan qədim divar qalıqları da biganəlik üzündən məhv olub. Aidiyyəti qurumlara, polisə, bələdiyyəyə tapşırılıb ki, bu tikililər qorunsun və sakinlər tərəfindən onların dağıdılmasına yol verilməsin. Amma bu tapşırıqlara da məhəl qoyan yoxdur. Ona görə də insanlar oranı dağıdır və daşları oğurlayırlar. MTŞ ötən il 7 türbə, “Qırmızı Körpü“ və daha bir neçə körpünün, Xll əsrə aid hamamın təmir edilməsi ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinə (MTN) müraciət etsə də, bugünədək heç bir tədbir görülməyib. Səbəb isə təmir üçün yetərincə vəsaitin olmaması ilə əlaqələndirilib. Qazax rayonunda olan 30-a yaxın abidənin - Rus-Pravoslav Kilsəsi, İsmayıl Şıxlının ev muzeyi və Çingiz Ağanın evi, yeni təmir olunmuş “Mütəfəkkirlər“ parkının və digərlərinin tarixi abidələr siyahısına salınması üçün də MTN-ə müraciət edilib. Bununla bağlı da yenilik yoxdur.
Samux rayonunda isə Alban məbədi məhv olmaq üzrədir. Bununla bağlı Samux rayon MTŞ-dən verilən məlumata görə, sözügedən tarixi abidə rayondan 4 km aralıda yerləşən Zazalı kəndindədir. MTN-in kataloquna salınan məbəd təxminən 35-40 metr uzunluğunda və 4-5 metr enindədir. Hazırda həmin tikili torpağın altında qaldığından görünməz hala düşüb. Amma Zazalı kəndinin ağsaqqalları deyirlər ki, bu məbəd yer səthindən təxminən 3 metr aşağıda tikilib və 40-50 il bundan əvvəl onun içərisinə girmək mümkün idi. MTŞ onu bərpa etmək üçün MTN-ə müraciət edib. Ancaq nazirlikdən bildirilib ki, tarixi abidələrin bərpası növbə ilə həyata keçirilir və Alban məbədinə də növbə çatanda bərpa işlərinə başlanılacaq.



Təbriz Vəfalı


Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.11.2018
13.11.2018