Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Şəhid polis Vüqar Nəsibovun yaxın qohumu HAFTA.AZ-a DANIŞDI
Tarix: 27.11.2015 | Saat: 14:14:00
Bölmə:Siyasət | çapa göndər

Xəbər verdiyimiz kimi, dünən Bakının Nardaran qəsəbəsində dini radikallarla hüquq-mühafizə orqanları əməkdaşları arasında baş vermiş qarşıdurma zamanı 2 nəfər polis əməkdaşı həlak olub. Onlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçısı Vüqar Nəsibov və İsmayıl Tağıyevdir.

Şəhid polis Vüqar Nəsibovun yaxın qohumu hafta.az-a açıqlama verib. İsfəndiyar Əliyevin sözlərinə görə, Vüqar vətənpərvər gənc olub: "O, ölkəyə xidmət etməyi öz vəzifə borcu hesab edirdi. Mərhumun iki övladı var. Atasının adı Eyyub, anasının adı isə Dilarədir. İndi ikisi də çox pis vəziyyətdədirlər".

Yaxınının dediyinə görə, Vüqar Nəsibovun əynində zirehli gödəkcə olubmuş. Güllə isə onun ayağının şah damarına dəyib. Qan itkisindən dünyasını dəyişib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.11.2018
16.11.2018
15.11.2018