Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Baş nazir şillələndi
Tarix: 17.12.2015 | Saat: 19:00:00
Bölmə:Günün təzadları | çapa göndər

İspaniya hökumətinin rəhbəri Mariano Rahoya Pontevedra şəhərində  gəzinti zamanı 17 yaşlı gəncdən şillə alıb. Gənc oğlan Baş nazir ilə şəkil çəkdirmək bəhanəsi ilə yaxınlaşaraq, Rahoyanın üzünə zərbə vurub.  Yaxınlıqdakı şəhər sakinləri “Əhsən, əhsən!” şüarlarını səsləndiriblər. Bundan sonra gənc oğlan Baş nazirin sınmış eynəyini yerə ataraq, onun mühafizəçilərindən birinə zərbə endirib.

 

1 yanvarın şeytanın ad günü olduğu bilindi.

“1 yanvarın bayram kimi qeyd edilməsi şeytanın insanlıq üzərində qələbəsidir, həmin gün satanistlərin müqəddəs günüdür. Azərbaycanda da hər yerdə şam ağacları qururlar, 1 yanvarı Yeni il bayramı kimi böyük canfəşanlıqla qeyd edirlər. Əslində isə yanvarın 1-i şeytanın anadan olduğu gündür. İsa Peyğəmbər (ə) yanvarın 1-də anadan olmayıb. Xristian dünyası İsa Peyğəmbərin dünyaya gəlməsini Pasxa bayramı olaraq qeyd edir”.  Bu barədə ADP sədri Sərdar Cəlaloğlu bildirdi.

 

Putin qızlarının iş yerini gizlətdi.

2015-ci ilin yekunlarına dair mətbuat konfransında Rusiya lideri V.Putin qızlarının  xaricdə olması və harada işləməsi barədə sualı cavabında dedi: ”Mən ailəmlə bağlı sualları heç vaxt müzakirə etmirəm. Qızlarım xaricdə deyil, biznes və siyasətlə məşğul olmurlar. Mən onların konkret nə ilə məşğul olmaları  barədə suala həm də təhlükəsizlik baxımından cavab vermirəm”.

 

İcra başçıları və bələdiyyələr yolların kənarlarını satıblar”.

 Bu sözləri Azərbaycan Dəmir Yollarının rəhbəri Cavid Qurbanov  söylədi: “Asiya İnkişaf Bankının Bakı-Sumqayıt dairəsinin yenidən qurulması üçün verdiyi layihəni yerinə yetirmək hələlik çətindir: Bakı-Sumqayıt dairəvi qatar xətti düz deyil. Bu, böyük dairədir. İcra hakimiyyətləri, bələdiyyələr həmin yolun ətrafını satıblar, yolqıraqlarında qanunsuz tikililər var. Yollardan kanalizasiyalar, qanunsuz rabitə xətləri çəkilib”.

 

Beynəlxalq Bankın Rusiyadakı ofisi basıldı.

 Hüquq-mühafizə orqanları dünən səhər saatlarında Azərbaycan Beynəlxalq Bankının Rusiyadakı törəmə bankı “MBA-Moskva”nın Sankt-Peterburq ofisinə basqın ediblər. Bu barədə “Life News” telekanalı xəbər yayıb.. Fontanka.ru axtarış əməliyyatının hələ də davam etdiyini xəbər verir. İstintaq tədbiri pul vəsaitlərinin qanunsuz olaraq xaricə çıxarılmasına dair cinayət işi çərçivəsində aparılır.

 

Azərbaycanda Marqaret Tetçerdən üstün xanım tapıldı.

“İdeyalarım, nəinki dünyaşöhrətli “dəmir ledi”lərin, analoqu olmayan fikirlərin belə qarşısında çox dəyərli və qeyri-adidir”. Bu sözləri bəstəkar-müğənni Elza Seyidcahan Böyük Britaniyanın ilk qadın naziri “Dəmir ledi” Marqaret Tetçerin əşyalarının rekord qiymətə hərracda satılmasına münasibət bildirərkən deyib. Bəstəkar-müğənni hərraca çıxarılası çox maraqlı ideyaları olduğunu bildirib.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019