Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Parlamentdə sirk söhbəti düşdü
Tarix: 18.12.2015 | Saat: 21:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Deputat Elmira Axundova MM-in son iclasındakı çıxışında Dövlət Sirkinin bərbad vəziyyətindən danışdı: “Mən aidiyyəti qurumlar, ilk növbədə, Maliyyə naziri cənab Samir Şərifov qarşısında məsələ qaldıraraq, sirk binasının əsaslı təmiri üçün gələn il maliyyə vəsaitinin ayrılmasını xahiş edirəm”.

 

 

London əhalisinin yarıdan çoxu qeyri-ingilis çıxdı

Beynəlxalq təşkilatların və Böyük Britaniya hökumətinin hesabatlarından məlum olur ki, 8,1 milyon əhalisi olan London miqrantların sayəsində “ingilis şəhəri” statusunu faktiki olaraq itirmək vəziyyətindədir. 8,173,941 nəfərlik şəhərdə ingilismənşəli sakinlər 3,669,284 nəfər, yaxud şəhərin ümumi əhalsinin 44,9 faizini təşkil edir.

 

Rus qadın Türkiyə bayrağını yellədi

Rusiya Prezidenti Vladimir Putinin dünənki mətbuat konfransında bir nəfərin Türkiyə Bayrağını yellədiyi ortaya çıxdı. Həmin adamın prezidentə sual vermək istədiyini bu yolla ifadə edən “Anadolu” agentliyinin Moskva bürosunun əməkdaşı Yelena Teslova olduğu bilindi.

 

Daxili işlər naziri qubernatoru məhkəməyə verdi

Ukraynanın Daxili İşlər naziri Arsen Avakov Odessa vilayətinin qubernatoru Mixail Saakaşvilini məhkəməyə verib. Səbəb bir neçə gün əvvəl keçirilən müşavirədə iki siyasətçi arasında münaqişə zamanı qubernatorun naziri "korrupsioner" adlandırması olub.

 

Bakıda yumurta sayla verilməyə başladı

“Yeni Müsavat” qəzetinə şikayət edən şəhər sakinləri bəzi iri və məhəllə marketlərində alıcıya yumurtanın məhdud sayda satılması barədə şikayət etdi: “Əgər evə çox yumurta lazımdırsa, bir dəfə ər bazarlıq edəndə 10 ədəd alır, bir dəfə də arvad”. Dövlət Statistika Komitəsi Azərbaycanda yumurta istehsalında azalma olduğunu təsdiqləyib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
27.06.2019
26.06.2019
25.06.2019