Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Devalvasiya eks-deputatı da silkələdi
Tarix: 22.12.2015 | Saat: 21:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Keçmiş ABU rektoru Elşad Abdullayevlə “mandat alveri”ndə suçlanaraq, bir müddət həbsdə olmuş eks-deputat Gülər Əhmədova manatın devalvasiyasının hamı kimi ona və ailəsinə də təsirsiz ötüşmədiyini bildirərək əlavə etdi: “Bir inanclı adam olaraq həyatından bezib, ölkəsindən qaçaraq körpə balaları ilə birgə dənizlərdə ölümü belə, gözaltına alan minlərlə insanı görüb, açıq səma altında yaşadığıma şükür edirəm”.

 

Təqaüdçü yolka oğurladı

 

Rusiyanın Nijni-Novqorod şəhərində əmanət bankına gələn təqaüdçü qadın pulunu alıb, foyedəki Yeni İl küknarının qarşısında dayanır. Pullarını yenidən saydıqdan sonra, “yolka”nı əlindəki parça ilə örtərək özü ilə aparır. Hadisə bankdakı kameralar tərəfindən qeydə alınıb.

 

Gədəbəydəki şirkət devalvasiyadan razı qaldı

Azərbaycanın Gədəbəy qızıl yataqlarının işlənməsi üzrə operator şirkət “Anglo Asian Mining PLC” manatın növbəti kəskin devalvasiyasından məmnundur. Virtualaz.org saytı Britaniya mənbələrinə istinadən xəbər verir ki, şirkət devalvasiyanın Azərbaycandakı bəzi əməliyyat xərcləri və əsaslı xərclər baxımından, “müsbət təsir göstərəcəyini” açıqlayıb. Şirkət məmnunluqla elan edir ki, manatın devalvasiyası hasil etdiyi qızılı, misi və gümüşü dollarla satan şirkət üçün manat ekvivalenti ilə gəlirlərin 48 faiz artması deməkdir.

 

Əməkdar artistin vida mərasimi evində keçirildi

Dekabrın 21-də sağalmaz xəstəlikdən vəfat etmiş Əməkdar artist Ələsgər Məmmədoğlunun dəfn və hüzr mərasimlərinin Mədəniyyət və Turizm Nazirliyi və Akademik Milli Dram Teatrının diqqət mərkəzində olduğu bildirildi. Lakin sosial şəbəkələrdə aktyorun pərəstişkarları vida mərasiminin evdə keçirilməsini mərhuma hörmətsizlik kimi dəyərləndirdilər. Rəsmi qurumlar buna münasibət açıqlamadı.


Deputatın bacısı oğlu vəzifəsindən azad edildi


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Ucar rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin müdiri Elxan Rəhimov tutduğu vəzifədən uzaqlaşdırılıb. Elxan Rəhimov İqtisad Universitetinin keçmiş rektoru, deputat Şəmsəddin Hacıyevin bacısı oğludur. Elxan Rəhimovun vəzifədən kənarlaşdırılması rayon sakinlərinin şikayətləri ilə bağlı olub.


Rusiya “qara qutu”nu oxuya bilmədi


Özünün hərbi sahədə inkişafı ilə qürrələnən Rusiya ötən ay Türkiyənin vurduğu “SU-24” təyyarəsinin “qara qutu"sunu oxuya bilmir. Bu barədə uçuşların təhlükəsizliyi ilə bağlı Rusiya Hərbi Hava Qüvvələri komandanının müavini Sergey Dronov dekabrın 21-də keçirdiyi brifinqdə məlumat verib.

 

Yəhudi Saakaşvilini döyməklə hədələdi


Ukrayna mətbuatına müsahibəsində yəhudi oliqarx İqor Kolomoyski bir müddət öncə, Ukrayna büdcəsini Baş nazir Arseni Yaçenyuk və oliqarx İqor Kolomoyskinin taladığını bildirmiş Odessa qubernatoru Mixail Saakaşvilini hədələdi: “O, bizi özünün tərifləri və gürcü sağlıqları ilə ələ aldı. Daha sonra mənə Putinin necə “1 nömrəli” düşməni olmağımı xatırlatdı. Nə vaxtsa, onu ələ keçirsəm, sifətini dağıdacağam. Qoy, vəzifəsindən getsin, gedən kimi, it kimi döyəcəyəm onu…”.

 

İran Ərəbistanla barışıqdan danışdı


İran XİN dekabrın 21-də bildirib ki, regional mübahisələrin həlli naminə rəqibi Səudiyyə Ərəbistanı ilə “birbaşa dialoq”a açıqdır. Şiə İranı və sünni krallıq Suriya, İraq və Yəmən münaqişələrində bir-birinə zidd mövqe tutublar. Onların ziddiyyəti Bəhreyndən tutmuş, Livanadək hiss olunur.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
27.06.2019
26.06.2019
25.06.2019