Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Diktatoru arvadı devirdi
Tarix: 24.12.2015 | Saat: 21:12:00
Bölmə:Günün təzadları | çapa göndər

Zimbabvedə baş verən saray çevrilişi nəticəsində, ölkəni 1980-ci ildən bəri idarə edən 91 yaşlı Robert Muqabenin yerinə hakimiyyətə həyat yoldaşı 50 yaşlı Qreys Muqabe gəlib. Diktator kimi tanıtdırılmış R.Muqabe Zimbabvedə ağdərili fermerlərə qarşı sərt mövqeyi ilə seçilirdi. Muqabe, həmçinin LGBT-nin (cinsi azlıqların beynəlxalq qurumu) əsas düşmənlərindən hesab edilir. O, sonuncu dəfə 2013-cü ildə Zimbabve prezidenti seçilib.


Bakı merinin işində nöqsanlar aşkarlandı.


Hesablama Palatasının növbəti kollegiya iclasında dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsində BŞİH Yaşıllaşdırma Təsərrüfatı Birliyinə ayrılan vəsaitlərin istifadəsi ilə bağlı həyata keçirilmiş audit tədbirinin nəticələri müzakirə edilib. Müzakirədə Hacıbala Abutalıbovun başçılıq etdiyi paytaxt meriyasının Birliyin maliyyələşdirilməsində bir sıra ciddi nöqsanlara yol verdiyi aşkarlanıb.


Qaçqın 400 min avro uddu.


İspaniyada yaşayan Seneqal qaçqını, 35 yaşlı Nqan ispan Milad bayramı münasibətilə keçirilən El Gordo lotereyasında 400 min avro udub. “The Independent” nəşrinin yazdığına görə, Nqanın Avropaya 2007-ci ildə miqrantlarla dolu qayıqla keçərkən ispan xilasedicilərinin köməyi ilə xilas edildiyi məlum olub.

 

İsrail kəşfiyyatçısı “İŞİD”in ABŞ tərəfindən yaradıldığını bəyan etdi.


İsrailin “Nativ” adlı xüsusi xidmət qurumunun keçmiş rəhbəri Yakov Kedmi aif.ru əməkdaşları ilə söhbətində İslamı terror dinin kimi təbliğinə və bölgənin yeni xəritəsinin cızılmasına xidmət edən “İŞİD”in ABŞ və müttəfiqlərinin himayəsi ilə yarandığını bildirib.


Baş nazir istefa verdi.

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili vəzifəsindən istefa verib. Bu barədə İ.Qaribaşvili hökumət administrasiyasının təcili brifinqində bildirib. Baş nazir postuna Xarici İşlər naziri Georgi Kvirikaşvilinin təyin ediləcəyi gözlənilir.

 

Şaxta babanın xizəyini oğurladılar.


Fransanın şimalındakı Lonjümo şəhərində Per Noel adlanan sehrbaz Şaxta babanın xizəyini oğurlayıblar. “Le Parisien” yazır ki, Noelin 4 maral fiquru bağlanmış bəzəkli nəqliyyat vasitəsini şəhərin mərkəzindəki meydandan qaçırıblar.


ABŞ xaricə neft satmağa başladı:


40 ildir ki, neft ixrac etməyən ABŞ- Amerikanın “Enterprise Products” şirkəti 2016-cı il yanvarın əvvəllərində 600 min Texas nefti ilə dolu tankeri Avropaya göndərəcək. Buna səbəb dekabrın 16-da Konqresin Amerikadan xaricə neft ixracını qadağan edən qanunu ləğv etməsi olub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019