Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İranlılar Şuşa məscidinin təmirinə başladı.
Tarix: 25.12.2015 | Saat: 19:12:00
Bölmə:Günün təzadları | çapa göndər

Müsəlman qonşumuz İrandan gedən mütəxəssislər xristian ermənilərin işğalı altındakı Şuşada yerləşən Aşağı Gövhərağa məscidinin təmirinə başlayıblar. Ermənistan KİV-in yazdığına görə, “Tarixi Şərq İrsinin İntibahı” Xeyriyyə Fondunun maliyyə dəstəyi ilə gerçəkləşdirilən layihəyə İranın tarixi abidələrinin restavrasiya və yenidənqurulması ilə məşğul olan təşkilatı dəvət alıb.


Lənkəranski “Mardan Palase”də göründü.

 

Yaxından tanıyanların sözlərinə görə, hələ ömrüboyu Azərbaycan, millət adına bir manat da xərcləməyən “Şəmkirli Nuruş” kimi tanınan və Moskvanın “Domodedovo” bazarına rəhbərlik edən soydaşımız “Mardan Palace” otelində oğluna sünnət toyu edib. Sünnət toyunda “yeraltı dünya”nın kriminal liderlərindən olan Rövşən Lənkəranski də iştirak edib. “Vor-zakon”un mühafizənin müşayiəti ilə otelin toy salonuna daxil olduğunu əks etdirən videogörüntülər yayılıb.

 

Papa Miladı bayram etməməyə çağırdı.

 

“Milad bayramı ilə bağlı həmişə hiss etdiyim sevinci, şadlığı bu il duymuram. Bütün dünyanın mübtəla olduğu dərdlər, problemlər, müharibələr, iqtisadi böhranlar şəraitində, Miladı bayram etmək saxtakarlıq, mənasızlıq, fırıldaqçılıqdır". Bütün dünya katoliklərinin başçısı, Roma Katolik Kilsəsinin rəhbəri Papa I Fransisk dünən Vatikandakı Müqəddəs Pyotr Kilsəsindəki keçirdiyi Milad çıxışında belə deyib.


ABŞ agentinin yaddaş kartı oğurlandı.


Amerika kəşfiyyatı üçün növbəti biabırçı olay baş verib. Məxfi xidmət (Secret Service ) əməkdaşının maşınından silah və bir neçə şəxsi əşya oğurlanıb. Oğurlanan əşyalar arasında içərisində strateji informasiyaların olduğu kiçik yaddaş kartı da var. Ən təəccüblüsü isə odur ki, hadisə günorta, özü də məxfi xidmətin mərkəzi ofisinin maşın dayanacağında baş verib.

 

10 min manatılq qızılı bayıra atdı.


Bakıxanov qəsəbəsi, Sülh küçəsində yaşayan 1978-ci il təvəllüdlü Vüsalə Qurbanova “102” xidmətinə zəng edərək, 10 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Polisin araşdırması nəticəsində məlum olub ki, zərərçəkənin qızı, 2006-cı il təvəllüdlü Mədinə anasının çarpayısının örtüyünü pəncərədən çırparkən, içərisindən 2 min manat pul və qızıl zinət əşyaları olan pul kisəsi küçəyə düşüb.

 

Türkiyənin Rusiyadan çörək alacağı bilindi.

 

Rusiyanın “Su-24” təyyarəsi Türkiyə tərəfindən vurulduqdan sonra, tərəflər arasında taxıl tədarükünə dair yeni müqavilələrin imzalanması bir neçə həftə ləngimişdi. Qısa fasilədən sonra, dünyada ən iri taxıl ixracatçısı Rusiyanın Türkiyəyə taxıl tədarükünü bərpa etdiyi məlum olub. Rusiyalı treyderlər Moskva tərəfindən bu sahəyə indiyədək heç bir məhdudiyyət qoyulmadığını qeyd edirlər.

 

Devalvasiya Hadisəni də “vurdu”.

 

Azərbaycanda manatın məzənnəsinin aşağı düşməsi türkiyəli müğənni Hadisənin fəaliyyətinə ciddi təsir göstərib. Türkiyə mətbuatı xəbər verir ki, Hadisənin Yeni il münasibətilə Qubada keçirilməsi nəzərdə tutulan və 250 min dollar qonorara razılaşdırılan konserti ləğv olunub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019
İpoteka və Kredit Zəmanət Fondu prosedur qaydalarına dəyişiklik edib
Sabah 34 dərəcə isti olacaq - Proqnoz
Piyadanı vurub qaçan sürücü saxlanıldı
Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb
“Əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması vətəndaşların sosial rifahının yaxşılaşmasına böyük töhfə verəcək” - Millət vəkili
Gömrük İdarəsinin qarşısında hər hansı şəxsin özünü yandırma faktı qeydə alınmayıb - Rəsmi
Müəllimlər Prezidentə təşəkkür edirlər... - SORĞU
Azərbaycan və Fransa birgə zirehli texnika istehsal edəcək
Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir - Əli Əhmədov
"Rayon təhsil şöbələri, məktəb direktorları vakant yerləri gizlədirlər" - Ekspert