Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Azercell” Ağdam məscidində “tutdu”...
Tarix: 26.12.2015 | Saat: 20:04:00
Bölmə:Günün təzadları | çapa göndər

Rusiyalı fotoblogger və səyahətçi Sergey Novikov Azərbaycanın işğal altındakı torpaqlarında səfərdə olub. Modern.az S.Novikovun məqaləsindən maraqlı epizodlar dərc edib: “Ağdam həm də absurd teatrıdır. Hələ Nor Marağada (Qızıl Kəngərli) mənim mobil telefonum “Qarabağtelekom”la yanaşı, Azərbaycanın “Azercell” dalğasını da tuturdu. Ağdam məscidinə qalxdığım zaman isə “Azercell” telefonumu Bakı vaxtına uyğunlaşdırdı və Bakıda Rusiya səfirliyinin koordinatlarını göstərən SMS atdı”.

Deputat unu bahalaşdırdı

 

Deputat Əsabil Qasımovun ailəsinə məxsus “Karat” holdinqin istehsal etdiyi un məhsulları kəskin bahalaşıb. Müsavat.com-un yazdığına görə, 20 dekabrda baş verən kəskin devalvasiyaya qədər “Karat” istehsalı olan “Karmen” markalı 1 kisə un 18 manat olsa da, hazırda 27 manata satılır. Avropa.info yazır ki, holdinqin əsas istehsal sahəsinin yerləşdiyi İmişli şəhərində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları əməliyyat keçiriblər. Nəticədə İmişlidə “Karat”da istehsal olunan unun topdansatışı ilə məşğul olan iki böyük anbardan birinin sahibi tutulub. Həmin anbarlardan biri MM üzvü Əsabil Qasımovun xalası oğlu Naib Xəlilovun, digəri isə iş adamı Nizami Umudovundur.

İranlılar Qarabağda su anbarı tikməyə başladı

Rusiyalı fotoblogger və səyahətçi Sergey Novikov Araz çayı üzərində tarixi “Xudafərin” körpüsü yaxınlığında İran tərəfinin yeni körpü və “Xudafərin” su anbarı inşa etdiyini yazıb. O, Cəbrayıl rayonu ərazisindəki bu su anbarının tikintisinin 1990-cı ildə başladığını, lakin SSRİ-nin süqutundan sonra layihəsinin dondurulduğunu yazır. Sonradan isə İran rəsmləri Bakının deyil, “DQR” separatçılarının icazəsi ilə layihəni davam etdirməyə başlayıblar.

Rektor Yeni il şənliyini yarımçıq kəsdi

Xəzər Universitetində tələbələrin təşkilatçılığı ilə 25 dekabr saat 14:00-da başlanan Yeni il şənliyi az sonra universitetin rektoru və təsisçisi tərəfindən dayandırılıb. Buna səbəb Universitetdə nazirlik və səfirlikdən gəlmiş qonaqlarla iclasın keçirilməsi olub. Universitetin yeməkxanasında baş tutan şənlikdə səsucaldanlardan istifadə edilməsi iclasın keçirilməsinə mane olub. Buna görə də universitetin rektoru Hamlet İsaxanlı ilə İsaxan İsaxanlı yeməkxanaya gələrək "Xoş gəldin-2016" tədbirini dayandırıblar.


113-cü kimyəvi element yaponiy adlandı

Rusiyanın Sputnik agentliyinin verdiyi məlumata görə, 2003-2004-cü illərdən sintezinə başlanmış yeni -113-cü kimyəvi elementin yaponiy adlandırılacağı gözlənilir. Yeni elementin müəllifliyi uğrunda iki böyük alim komandası mübarizə aparır: Rusiya-Amerika və Yaponiya. Rusiya-Amerika komandası elementin sintezini 2003-cü ildə bəyan etdiyindən daha çox iddialıdır. Lakin yapon komandasının şansları da çoxdur.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
27.06.2019
26.06.2019
25.06.2019
Meyvə bazarında qiymətlər niyə düşmür? - REPORTAJ
"2019-cu il sosial inkişaf ili kimi öz təsdiqini tapdı" - Pərvin Kərimzadə
“Ölkə başçısı əmək haqqlarının artımı anonsunu hələ ilin əvvəlindən vermişdi” – Kamilə Əliyeva
Dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək
PSJ Neymarın qiymətini açıqladı
"Zəlzələdə evləri dağılan ailələr üçün 288 ev inşa edilir" - Şamaxı RİH
"Münaqişələr bölgədə əməkdaşlıq imkanlarını ciddi şəkildə məhdudlaşdırır" - SPİKER
Ağcabədidə satış üçün hazırlanan ölmüş heyvan cəmdəyi aşkarlanıb
“Mançester Yunayted” futbolçusunu 84 milyon avroya satır
“Qara dəniz regionunun rifahı yaxşı qonşuluq və tolerantlıq yolu ilə təmin oluna bilər” - Elmar Məmmədyarov