Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Şahzadə Çarlz nüvə bombası partlada bilər.
Tarix: 28.12.2015 | Saat: 19:20:00
Bölmə:Günün təzadları | çapa göndər

Böyük Britaniyada kral ailəsi ətrafında növbəti qalmaqal başlayıb. “The İndependent” nəşrinin yazdığına görə, Kornoul hersoqu titulu şahzadə Çarlza digər ölkə vətəndaşlarından fərqli müstəsna hüquqlar verir; məsələn, hersoq ətraf mühiti zəhərlədikdən, yaxud informasiyanın qorunması haqqında qanunu pozduqdan sonra, cinayət məsuliyyətindən yayına bilər. Şahzadə Çarlz, hətta nüvə bombası da partladaraq, əlini-qolunu sallayıb gəzə bilər.

 

Sərdar Cəlaloğlu “maskalanmış vəhhabi” çıxdı.

 

“Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül ADP sədri Sərdar Cəlaloğlu barədə ağır ittihamlar söylədi: “Əvvəla, onu deyim ki, Sərdar Cəlaloğlu çox gözəl şəkildə maskalanmış vəhhabidir. Onun bütün ideyaları, danışıqları bunu deməyə əsas verir. Amma o, hərdənbir İslam barəsində xoşməramlı ifadələr səsləndirir ki, vəhhabiliyini gizlətsin. Halbuki, Sərdar Cəlaloğlu sırf vəhhabidir”.

 

Pirojnaya görə arvadını boşamaqla hədələdi.

 

Çinli Çenq Yu onu şirniyyatla doydurmağa çalışan həyat yoldaşını rəsmi şəkildə boşanma ilə hədələyib. Qadın Çengi qidanın hər qəbulu vaxtı pirojna yeməyə məcbur edirmiş. Əvvəlcə ər özünü xoşbəxt hiss etsə də, sonradan bu, onu bezdirməyə başlayıb. Amma həyat yoldaşı onun bu imtinasına məhəl qoymayıb və onu yedizdirməyə davam edib. Odur ki, Çenq Yu arvadını “Şirniyyatı dayandırmasan, evliliyimizi dayandıracağam”, - deyə hədələyib. Məhz bundan sonra həyat yoldaşı adətindən əl çəkib və cütlük barışıb.

 

Toy günü evləri yarıldı.

 

Övladlarının toy mərasimindən sonra yaşadıqlari Binə qəsəbəsi Ramiz Məcidov küçəsi, 48 ünvanındaki evinə qayidan Abbasəliyevlər ailəsi evlərinin yarıldığını görüb. Məlum olub ki, naməlum şəxs və ya şəxslər birinci mərtəbədəki pəncərələrin birindən evə daxil olaraq, ailəyə məxsus qizil-zinət əşyalarinı oğurlayıblar. Cinayətin baş verdiyi ünvana Xəzər Rayon Polis İdarəsinin və 2-ci Polis Bölməsinin əməkdaşları gəliblər. Hadisə ilə bağlı cinayət işi qaldırılıb.

 

ABŞ-dan “birnəfəsə”Avstraliyaya üzdü.

 

Britaniyalı Con Biden qayıqla dayanmadan Şimali Amerikadan Sakit okeandan keçməklə, Avstraliyayadək üzən ilk insan oldu. “The Guardian” nəşrinin yazdığına görə, bu uzun səyahətə 53 yaşlı səyahətçi 209 gün sərf edib. İyunda San-Fransiskodan yola çıxan Biden 11.2 min km məsafə qət edərək, dekabrın 27-də Avstraliyanın Kerns şəhərinə çatıb.
Sultan Laçın, hafta.az



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
27.06.2019
26.06.2019
25.06.2019