Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Meymun” pulu çıxdı.
Tarix: 29.12.2015 | Saat: 19:16:00
Bölmə:Günün təzadları | çapa göndər

Çin dövlət bankı yeni yubiley sikkəsi buraxılması haqda qərar verib. RİA-Novostinin verdiyi məlumata görə, 10 yuan dəyərində olacaq yeni metal sikkənin üzərində qarşıdan gələn meymun ilinin rəmzi olan Odlu Meymun rəsmi olacaq. “Meymun” pulları dövriyyəyə 2016-cı lin yanvarından çıxacaq.

 

Öz ayağını güllələdi.

 

Rusiya baş nazirinin müavini Dmitri Roqozin tirdən təlim atışı zamanı təsadüfən öz ayağına atəş açıb. Bu barədə “Interfax” məlumat verib. Bununla da D.Roqozinin ötən həftə prezidentin hökumət üzvləri ilə keçirilən görüşünə və Nazirlər Kabinetinin dekabrın 28-də baş tutan iclasına qatılmamasına aydınlıq gətirilib. Məmur hazırda Moskva xəstəxanalarından birində müalicə alır.

 

Olmert İsrailin cəza alan ilk baş naziri oldu.

 

İsrailin sabiq baş naziri Ehud Olmert rüşvətә görә 18 aylıq həbsə məhkum edilib. Ali məhkəmə Ehud Olmert barədə əvvəllər çıxarılan 6 il həbs cəzası qərarını azaldaraq 18 ay həbs müddətilə kifayətlənib. Olmertin bir əmlak hadisəsində rüşvət aldığı bildirilir. Onun həbs cəzası alan ilk İsrail baş naziri olacağı vurğulanır.


Uşağı öldürdü – cəzasız qaldı.

 

ABŞ-ın Klivlend şəhərində oyuncaq tapança ilə oynayan 12 yaşlı qaradərili Tamir Rays 2014-cü ilin noyabrında polis zabiti Tim Lohmannın açdığı atəş nəticəsində həlak olub vә prokuror Timoti Mak Qinti bununla bağlı açıqlama verib. Prokuror polis zabitinin hərəkətlərindә cinayət tərkibinin olmadığını və əldə olan sübutların, baş vermiş hadisədә polis tərəfindən cinayət törәdilmәdiyini göstərdiyini qeyd edib. Məhkəmənin qərarı ilə bağlı uşağın ailəsi Ədliyyə Nazirliyinə şikayət verib. Yüzlərlə insan da qərara etiraz olaraq Nyu-York küçələrinə axışıb.

 

Çinlilər Çingizxanın əksi olan külqabı buraxdı.

 

Bu yaxınlarda Monqolustanın “Nomin” supermarketlərə şəbəkəsində üzərində dünya şöhrətli türk fatehi, Monqol imperiyasının banisi Çingizxanın əksi olan külqabılar satıldığı müəyyən edilib. Monqolustan Ədalətli Rəqabət və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyi bunu tarixi şəxsiyyətin şərəf və ləyaqətinə təhqir hesab edərək həmin külqabıların satışına qadağa qoyub. Məlum olub ki, külqabılar Monqolustanda deyil, qonşu Çində istehsal edilərək gizli yolla bu ölkəyə keçirilib.


Diplomatın çantası oğurlandı

 

Moskvanın mərkəzində Qatarın Rusiyadakı səfirinin ikinci katibinin avtomobilindən oğurluq edilib. “İnterfaks”ın polisə istinadən verdiyi məlumata görə, soyğunçu maşının arxa yan şüşəsini sındıraraq içərisində 70 min rubl və sənədlər olan çantanı ələ keçilib. Qeyd edilir ki, hadisədən cəmi bir neçə gün öncə - dekabrın 24-25-də Qatarın xarici işlər naziri Rusiyada rəsmi səfərdə olub.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
27.06.2019
26.06.2019
25.06.2019