Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Hafiz Hacıyev qanını halal etdi.
Tarix: 30.12.2015 | Saat: 18:56:00
Bölmə:Günün təzadları | çapa göndər

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev yeni bir dövlət qurumunun yaradılması və özünün də ora rəhbər təyin olunmasını təklif etdi: “Mən təklif edirəm ki, Kənd Təsərrüfatı və Ərzaq Təchizatı Komitəsi yaradılsın... Bu komitənin sədri baş nazirin birinci müavini olsun. Məni də təyin etsinlər, həmin komitəyə sədr... Kənd təsərrüfatını 6-7 ayda inkişaf etdirməsəm, qanımı halal edirəm, məni Azadlıq meydanında assınlar”.

 

Baş nazirə raket atıldı.

 

Anbar vilayətinə səfəri zamanı İraqın baş naziri Heydər İbadiyə qarşı sui-qəsd cəhdi olub. Naməlum terrorçular İbadiyə raket atıblar. İraq ordusundakı bir mənbə, İbadinin dünən “İŞİD”-dən geri alınan Ramadi şəhərinə gedərkən analoji hücuma məruz qaldığını deyib.


Yeni İli keçirənlərin həbs ediləcəyi məlum oldu.

Bruney sultanlığı hökuməti xristianların Milad bayramını rəsmən qadağan edib. Ölkədə Miladın keçirilməsi və bu bayramla bağlı rəmzlərin ictimai yerlərdə nümayiş etdirilməsinə icazə verilmir. Bruneyin şəriət polisi qadağanın tətbiqinə ciddi nəzarət edir. Qadağaya əməl etməyənləri isə 15 min dollarlıq cərimə və 5 ilədək həbs cəzası gözləyir.


Rza İbadov üzə çıxdı.


Son 10 ildə Londonda yaşayan 1995-2000-ci illərdə MM-in deputatı olmuş Rza İbadov 3 həftə bundan öncə Bakıya gəlib və sonra yenidən Londona qayıdıb. Qeyd edək ki, əvvəllər iki dəfə Milli Məclisə üzv seçilən R.İbadov 2005-ci ildə üçüncü dəfə 24 saylı Nizami İkinci Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. Eks-deputat haqda 2006-cı ilin mayın 17-dən Nəsimi Rayon Məhkəməsinin qərarı ilə elan edilən axtarışa 27 oktyabr 2015-ci il tarixdə xitam verilib.


Keçi ilə pələng dost oldu.

Rusiyanın “Canlı planet” telekanalı Uzaq Şərqin Primorsk şəhərindəki safari-parkda yaşayan Amur adlı pələng və Timir adlı keçinin qeyri-adi dostluğu barədə film çəkib. TASS-ın verdiyi xəbərə görə, filmin premyerası dekabrın 31-də “Rossiya 24” telekanalında nümayiş etdiriləcək.

 

Gəmirici təyyarəni gecikdirdi.

Madriddən Qətərə uçmalı olan “Qatar Airways” kampaniyasına məxsus təyyarələrdən biri havaya qalxmaqda ikən salonda qəflətən peyda olan siçan sərnişinləri qorxuya salıb. “The Daily Mail”-in verdiyi xəbərə görə, gəmirici ucbatından uçaq 6 saat boyunca tərpənməz qalıb. Sərnişinlər salonu tərk edəndən sonra içəridə ciddi axtarış və təmizləmə əməliyyatı aparılıb.


Məktəb partalarında 3 ton narkotik gizlədildi.

Beyrut limanının gömrük xidməti Misirə göndərilməsi nəzərdə tutulan 3 ton narkotik vasitə aşkarlayaraq müsadirə edib. “RİA -Novosti” xəbər verir ki, narkotik vasitə sayılan kaptaqon və həşiş məktəb partalarında gizlədilib. Cinayətkarların axtarışları davam etdirilir. 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.06.2019
18.06.2019