Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Prezident məktəbliyə küçük bağışladı
Tarix: 31.12.2015 | Saat: 18:41:00
Bölmə:Günün təzadları | çapa göndər

Günün təzadları

Prezident məktəbliyə küçük bağışladı

Rusiya prezidenti V.Putin Kursk şəhərindən olan 11 yaşlı məktəbli Anna Abramovaya Yeni il münasibətilə maraqlı hədiyyə edib. Lenta.ru-nun verdiyi məlumata görə, ölkə lideri yeniyetmə qıza labrador cinsli 3 aylıq küçük bağışlayıb.

Davudoğlu sözünü geri götürdü


Hadisədən dərhal sonra ölkə ərazisinə daxil olmuş Rusiya qırıcısının vurulması əmrini şəxsən verdiyini bəyan etmiş Türkiyənin Baş naziri Əhməd Davudoğlu bildirib ki, Rusiyanın Su-24 bombardmançı təyyarəsini vurmaq əmrini o verməyib. RİA Novost xəbər verdiyinə görə, Baş nazir bu mövzuda son çıxışında belə deyib:"Mən 17 saniyə ərzində bu əmri necə verə bilərdim? Mümkün deyil axı. Baş nazir təhlükələrə reaksiya verilməsi qaydalarının qüvvəyə minməsini təsdiqləyir. Bu qaydalar da yeni deyil. Həmin hadisədən iki gün əvvəl Baş Qərargah bu qaydaların tətbiq olunması səlahiyyətlərini ölkənin Hərbi Hava Qüvvələri komandanlığına ötürmüşdü".
Bununla belə, Davudoğlu deyib ki, təyyarənin vurulmasını düzgün sayır, çünki "Ölkənin hava məkanını müdafiəsiz qoymaq olmazdı".

Türmədə dəbdəbəli Yeni il keçirildi


Rus mətbuatının verdiyi məlumata görə, Perunun ən qatı cinayətkarlar saxlanıldığı “Sarito Kolonya” həbsxanasında bu il ötən illərdən fərqli olaraq məhkumlara Milad bayramını dəbdəbəli qarşılamağa icazə veriıib. Santa klauslar, cürbəcür təamlar, hava şarları həbsxanaya əsl bayram ab-havası gətirib.


Şimal qütbü əriməyə başladı


Atlantik hövzəsinin şimalında baş qaldıran güclü tufan Arktikada isti hava kütlələrini hərəkətə gətirmiş, bu da dekabrın 30-da temperaturun rekord səviyyədə yüksəlməsinə səbəb olmuşdur. Qışın oğlan çağında Şimal qütbündə temperatur 0 dərəcədən yuxarı qalxmışdır. Bu barədə xəbər verən The Washington Post qütbdə buzlaqların əriməsinin sürətləndiyini yazır. Mütəxəssislər operativ müşahidələrin aparıldığı son onilliklər boyu bunun Şimal qütbü üçün ən yüksək temperatur olduğunu söyləyirlər.


Ərdoğanı müşayiət edən jurnalist öldü


Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanı Səudiyyə Ərəbistanı səfərində müşayiət edən jurnalistlərdən biri Mədinə şəhərində dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, Türkiyədə gündəlik nəşr olunan “Akit” qəzetinin şef redaktoru və köşə yazarı Həsən Karakaya gözlənilmədən qaldığı oteldə infarkt keçirib. Jurnalist “Kral Fəhd” xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Aeroport otelə döndü


Türkiyə mətbuatının məlumatına görə, İstanbulda başlayan qar yağışı 33 təyyarə səfərinin təxirə düşməsinə səbəb olub. Uçuşlar təxirə düşdüyü üçün hava yolu şirkəti bir çox sərnişinləri otelə yerləşdirib. Amma bəzi sərnişinlər elə elə aeroportda yatmalı olublar. Odur ki, Atatürk hava limanı artıq otelə bənzəyir.

 

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019