Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qadınlar kişilərə sataşdı
Tarix: 02.01.2016 | Saat: 20:10:00
Bölmə:Günün təzadları | çapa göndər

Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki böyük ticarət mərkəzlərindən birində kişilər, qadınların onlara söz atmasından və taciz etməsindən şikayət ediblər. Polisə şikayət edən kişilər, qadınların onların arxasınca düşdüklərini də qeyd ediblər. Məlumata görə, adı çəkilməyən ticarət mərkəzində bu günə qədər 16 dəfə qadınların kişilərə sataşması ilə bağlı hadisə yaşanıb. Ticarət mərkəzinin təhlükəsizlik kameralarında kişilərin iddialarının doğru olduğunu sübut edən görüntülərə rast gəlinib.

Prezident birilliyə seçildi

2016-cı ildə İsveçrənin prezidenti ölkənin iqtisadiyyat, təhsil və araşdırma federal departamentinin hazırkı rəhbəri (nazir) Yihann Niklaus Şnayder-Amman olacaq. Modern.az xarici mediaya istinadən bildirir ki, İsveçrə qanunvericiliyinə görə, bir illik prezident ölkənin Federal Şurasının fəaliyyətdə olan üzvlərindən biri seçilir. O, dövlətin başçısı hesab edilmir, ona görə ki, bu funksiyanı Federal Şuranın bütün üzvləri kollektiv yerinə yetirirlər. Lakin onun səsi həlledici sayılır və vəzifəsi cari işləri müzakirə etməkdir. Prezident olan şəxs əvvəlki vəzifəsində də qalır.

ABŞ-ın da tənəzzülə uğrayacağı bilindi

2017-ci il üçün ABŞ-ı iqtisadiyyatını tənəzzül gözləyir, bu tənəzzül dünya iqtisadiyyatına ölümcül təsir edəcək, xüsusən də Avropaya güclü təsir göstərəcək. Belə bir proqnozla “Welt” alman nəşrinin iqtisadi şərhçisi Xolqer Çşepits çıxış edib. “ABŞ sayca özünün 8-ci iqtisadi yüksəliş ilinə daxil olub. Amerika iqtisadiyyatında iqtisadi yüksəliş maksimum 9 il çəkir. Ona görə də ən uzağı, 2017-ci ildə yenidən geriləmə gözlənilir” – qeyd edib analitik.

Dövlət bayrağını masaya sərdi

İsrail, Sinqapur səfirliyində işləyən bir diplomatının şənliklərdən birində Sinqapur bayrağını masa örtüyü kimi istifadə etdiyi iddialarından sonra üzr istəyib. İsrail səfirliyinin açıqlamasında baş verən hadisənin qınandığı və həmin diplomata töhmət veriləcəyi bildirilib. Məlumata görə, baş verən hadisə ilə bağlı olaraq, İsrail səfiri Sinqapur Xarici İşlər Nazirliyinə çağırılıb.

Ana doğma oğlunu ürəyindən vurdu


Ögey ananın usağı döyərək işgəncə verməsinin görüntülərindən sonra bu dəfə daha dəhşətli görüntülər yayılıb. Bu dəfə uşağa işgəncə edən ögey ana yox, öz doğma anasıdır. Cebhe.info xəbər verir ki, hadisə Türkiyənin Konya şəhərində baş verib. Qadın dini nikahla evləndiyi və 2 il əvvəl ayrıldığı ərindən olan 4 və 5 yaşlı uşaqlarına qarşı ağılasığmaz igəncələr edib. Havva K. adlı qadın qohumlarının müraciətindən sonra saxlanılıb. Ancaq polisə ifadəsində uşaqların divandan yıxılaraq xəsarət aldığını deyib. Sərbəst buraxılan qadın evə qayıtdıqdan sonra da işgəncəyə davam edib. Bu dəfə o, divanda oturan uşağın ürəyini yumruqlayıb. Oğlunun ürəyinə vurarkən “öl, öl” deyə qışqıran qadının görüntüləri cib telefonu ilə çəkilib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
26.06.2019
25.06.2019