Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Köhnə ildə tikilmiş stadion təzə ildə çökdü
Tarix: 03.01.2016 | Saat: 21:40:00
Bölmə:Günün təzadları | çapa göndər

Beyləqan rayonunda yeni inşa edilən stadionun bir hissəsi uçub. "Report" xəbər verir ki, Elsevər Şükürov adına Beyləqan şəhər stadionunun birinci korpusu çöküb. Güclü qardan sonra dam örtüyünə yığılan qarın ağırlığı uçquna səbəb olub. Hazırda stadionun dam örütüyü bərpa olunur. Qeyd edək ki, həmin stadion ötən 2015-ci ildə istifadəyə verilib.

 

Erməni nazir ayağını sındırdı

Ötən il ölkənin adını dəyişib “Şərqi Ermənistan Respublikası” qoymaq təklifi ilə yadda qalmış Ermənistan təhsil və elm naziri Armen Aşotyan evinin qarşısında yıxılaraq ayağını sındırıb. Planetaarmenia.ru-nun verdiyi məlumata görə, bu haqda Armen Aşotyan özünün “Facebook” səhifəsində yazıb və artıq əməliyyat olunduğunu da əlavə edib: "Bir qədər əvvəl ayağımın əməliyyatı qurtardı. Tez bir zamanda bərpa ola biləcəyimə və adi həyat rejiminə qayıdacağıma ümid edirəm. Həkimlərə təşəkkürümü bildirirəm”.

Bu gün mer seçildi – sabah öldürüldü

Meksikanın Temisko şəhərinin yeni seçilmiş meri Hiselu Mota işə başladığı günün ertəsi bir qrup silahlı cinayətkar tərəfindən qətlə yetirilib. RİA-Novostinin verdiyi xəbərə görə, qətl bir g məmur xanımın evində törədilib. Yanvarın 2-si yerli vaxtla saat 07.00 radələrində (Bakı ünvaxtı ilə 17.00) dörd silahlı şəxs evin qapısını qıraraq içəri daxil olublar və atəş açmağa başlayıblar. Hücum nəticəsində xanım Hiselu Mota və evdə olan daha iki şəxs aldıqları çoxsaylı güllə yaralarından hadisə yerində keçiniblər.

83 yaşlı qarı oğlunu bıçaqladı

Lent.az-ın əldə etdiyi məlumata görə, Cəfərov qardaşları küçəsində yaşayan 61 yaşlı Həsənağa Binnətov çiynindən aldığı xəsarətlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəsarəti yüngül olduğundan H.Binnətov ambulator müalicəyə yazılıb. Araşdırma nəticəsində məlum olub ki, 61 yaşlı kişini anası, 1932-ci il təvəllüdlü Abbasova Ayna Məmmədrəfi qızı bıçaqlayıb. 83 yaşlı ana oğluna mübahisə zəminində bıçaqla xəsarət yetirib

6 min nəfər eyni vaxtda Şimal dənizinə girdi

Dondurucu soyuğa baxmayaraq, yeni ilin ikinci günü Belçikada minlərlə insan Şimal dənizində çimib. Svit24.net saytının verdiyi xəbərə görə, Ostend şəhərində 1987-ci ildən keçirilən Nieuwjaarsduik adlı mərasimə tamaşaçılarla bərabər təxminən 6 min nəfər qatılıb. Aralarında yaşlıların və uşaqların da olduğu insanlar 200 metr məsafədən yüyürərək dənizə giriblər. Kimi soyuğa dözməyərək tez sahilə qayıdıb, kimi də bir müddət suda qalıb. Hər il keçirilən bu yürüşün məqsədi diqqəti okeanın təmiz saxlanmasına yönəltməkdir. İştirakçılar bununla həm də soyuğa meydan oxuduqlarını nümayiş etdirirlər.

Hakim müğənni oldu

Türkiyənin tanınmış futbol hakimlərindən olan Cüneyt Çakır duet oxuyacaq. Hurriyet.com.tr-in məlumatına görə, fevralın 9-da "Ulduzların mahnısı uşaqların gələcəyi" adlı xeyriyyə konsertində FİFA referisi türkiyəli müğənni Feridun Düzağacla eyni səhnədə birgə rok oxuyacaqlar. "Başakşəhər"in baş məşqçisi Abdulla Avcı da mahnı oxumaq təşəbbüsü ilə çıxış edib.

Prezident Bakıda işləmiş məmur xanımı aldı

Yanvarın 2-də Estoniya prezidenti Toomas Xendrik İlvesin Latviyanın xanım məmuru Yeva Kuptse ilə nikah mərasimi keçirilib. Hafta.az-ın Eestiekspress-ə istinadən verdiyi xəbərə görə, bununla da rəsmən Estoniyanın “birinci xanımı” olan İeva Kuptse 10 il Latviya MN-də çalışıb. O, 2010-2011-ci illərdə Bakıda Aİ-nin əməkdaşı kimi də işləyib.

8 şüşə araq içdi və...

Moskvada 1960 təvəllüdlü bir kişi 8 şüşə araq içib və alkoqol şoku keçirdiyindən təcili xəstəxanaya çatdırılıb. Hafta.az-ın İnterfaksa istinadən verdiyi xəbərə görə, həkimlərin səyinə baxmayaraq əyyaş bir neçə saatdan sonra surroqat alkoqol zəhərlənməsindən vəfat edib.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019
Sabah 34 dərəcə isti olacaq - Proqnoz
Piyadanı vurub qaçan sürücü saxlanıldı
Gürcüstandan Azərbaycana qanunsuz yolla gətirilən siqaretlər aşkarlanıb
“Əməkhaqlarının əhəmiyyətli dərəcədə artırılması vətəndaşların sosial rifahının yaxşılaşmasına böyük töhfə verəcək” - Millət vəkili
Gömrük İdarəsinin qarşısında hər hansı şəxsin özünü yandırma faktı qeydə alınmayıb - Rəsmi
Müəllimlər Prezidentə təşəkkür edirlər... - SORĞU
Azərbaycan və Fransa birgə zirehli texnika istehsal edəcək
Azərbaycan vətəndaşını daha yüksək rifah gözləyir - Əli Əhmədov
"Rayon təhsil şöbələri, məktəb direktorları vakant yerləri gizlədirlər" - Ekspert
“Reket jurnalistika”ya qarşı mübarizə Komissiyalarının iclasları keçirilib