Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Sovet senzurasına rəhmət oxudu.
Tarix: 05.01.2016 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Məşhur “Ulduz müharibələri” serialının yaradıcısı Corc Lukas sovet senzurasına şükür edib. “The Wall Street Journal” nəşrinə müsahibəsində o, Hollivudu tənqid edib və sovet rejissorlarının özündən daha çox azad olduqlarını vurğulayıb. O deyib: “Mənim filmlərim - mənim balalarımdır. Ancaq Amerikada onları alıb, kölə kimi rəftar edrlər...”. Xatrladaq ki, məşhur rejissor ötən ilin yanvarında Hollivudu sirkə bənzətmişdi.

 

Araq içdi; donub öldü.

 

Dünən səhər saatlarında Masallı rayonunun Türkoba kəndində yerləşən tikinti materiallarının satış bazasının arxasında naməlum kişi meyiti tapılıb. Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad rayon şöbəsinə aparılıb. Onun Türkoba kənd sakini, 1979-cu il təvəllüdlü Şahin Əliqulu oğlu Quliyev olduğu müəyyən edilib. İlkin ehtimala görə, mərhum sərxoş olub və soyuqdan donub.


Dərmandan siçan nəcisi çıxdı.

Ağstafa rayonu, Səməd Vurğun, 98, ev 33-də yaşayan Musayevlər ailəsinin aldığı dərman preparatından siçan nəcisi çıxıb. Bu barədə ailə başçısı, 68 yaşlı Qasım Musayev bildirib. Onun sözlərinə görə, Türkiyə telekanallarının birində reklamını gördüyü dərmanı həyat yoldaşı üçün sifariş verib: "Həyat yoldaşım Gülcan Əyyubova həmin dərmanı qəbul etmək istəyəndə dərmanın içində yad cisim görüb. Sonradan məlum oldu ki, həmin yad cisim siçan nəcisidir".

 

Məmurun evinə raket atdılar.

Türkiyə mətbuatının verdiyi məlumata görə, ölkənin Mardin bölgəsində Nusaybin mahalının sahə rəisi Murat Sarının evinə raket atılıb. Xoşbəxtlikdən, ölən və yaralanan olmayıb. Lakin bundan sonra terrorçular evə silahlı basqın ediblər. Təhlükəsizlik qüvvələrinin müdaxiləsindən sonra, onlara da atəş açan terrorçular hadisə yerindən qaçıblar.

 

3 günəş göründü.

Yanvarın 5-də Rusiyanın şimal paytaxt sakinləri unikal astronomik effektin şahidi olublar. Sankt-Peterburq səmasında, eyni zamanda, 3 günəş peyda olub. Bu barədə paperpaper.ru saytı xəbər verib. Alimlərin fikrincə, bu, nadir optik fenomendir və Pargeli adlanır. Həmin fenomen Günəş və Ay ətrafında güclü şaxta olanda peyda olur və kristallar buz olanda işığı əks etdirir.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
17.06.2019
16.06.2019
15.06.2019