Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Yol polisinin əli dondu.
Tarix: 06.01.2016 | Saat: 19:15:00
Bölmə:Günün təzadları | çapa göndər

Rusiyanın Orenburq vilayətində yol polislərindən biri ağır donvurma ilə xəstəxanaya çatdırılıb. RİA Novostinin verdiyi məlumata görə, Orenburq-Orsk yolunun 207-ci km-liyində güclü çovğun səbəbindən 50-dən artıq avtomobil yolda qalıb. Sürücü və sərnişinlər ölüm təhlükəsi ilə üzləşiblər. Sözügedən polis də məhz həmin zərərçəkənləri xilas edərkən zədələnib.

 

Superdövlətin lideri ağladı.

"Rossiyskaya qazeta" nın yazdığına görə, ABŞ prezidenti Obama "kütləvi hücumları" azaltmaq üçün silah satışlarına dair yeni inzibati qərarlarını açıqlayarkən, "Sandy Hook" hücumunda ölən uşaqları xatırlayaraq ağlayıb: "Birinci sinif şagirdləri ("Sandy Hook" hücumunda ölən uşaqlar) və sevdiklərinin bir silahdan çıxan güllə ilə həyatlarını itirəcəyini heç vaxt düşünməyən ailələr... Bu uşaqları hər düşündüyümdə dəli oluram...".

 

Prezident hokkey oynadı.

Bayram günlərini Soçidə keçirən Rusiya prezidenti Vladimir Putin yenidən hokkey meydançasına çıxıb. "İnterfaks"ın verdiyi xəbərə görə, məşq oyunu Krasnaya Polyanadakı "Qalaktika" arena kompleksində keçirilib. Rusiya lideri ənənəvi olaraq meydana 11 nömrəli formada çıxıb. Qeyd edək ki, Putin hokkey üzrə məşqlərə 2011-ci ilin qışından başlayıb.

 

Ölkə başçısının evi mühasirəyə alındı.

Almaniya kansleri Angela Merkelin ofisinin binası ətrafında polis mühasirəsi aradan qaldırılıb. Bu barədə xəbər verən utro.ru-nun yazdığına görə, yanvarın 6-ı səhər saatlarında girişinə qoyulmuş şübhəli bağlama səbəbindən ölkə liderinin ofisi bağlanılıb və polis tərəfindən mühasirəyə alınıb. Merkel başda olmaqla bütün işçilər təxliyyə edilib. Bir neçə saatlıq araşdırmadan sonra məktublar olan bağlamada şübhəli bir əşya tapılmadığından ofisin işi bərpa edilib.

 

"Coca-cola" Rusiyadan üzr istədi.

Amerikanın Coka-cola şirkəti yeni il öncəsi sosial şəbəkədə Rusiya xəritəsinin fotosunu paylaşıb, lakin sözügedən fotoda Rusiya Federasiyası xəritəsində bəzi ərazilər yer almayıb. "Exo Moskvı" xəbər verir ki, bu ərazilər Krım, Kuril adaları və Kalininqrad olub. İzləyicilərin çoxsaylı şikayət və tənqidlərindən sonra yanvar ayının 5-i şirkətin rəsmi səhifəsi Rusiya xalqından üzr istəyib və sözügedən ərazilərin də yer aldığı yeni xəritə paylaşıb.

 

"İmperator"un da müflis olacağı bilindi.

Türkiyə musiqisinin "imperator"u sayılan İbrahim Tatlısəs özünə məxsus olan bir neçə obyekti satıb. Türkiyə mediasının verdiyi xəbərə görə, uzun müddətdir başından aldığı güllə yarası səbəbindən ABŞ-da müalicə olunan müğənni artıq maliyyə problemlərinə görə şəxsi restoranını da satıb."Tatlısəs kabab" adlanan kafe-restoran satışa çıxarılan kimi satılıb. Tatlısəs bir neçə ay bundan əvvəl dəniz kənarında yerləşən şəxsi iqamətgahını da satışa çıxar.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.06.2019
19.06.2019