Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Deputatlara narkotik payladı.
Tarix: 07.01.2016 | Saat: 19:18:00
Bölmə:Günün təzadları | çapa göndər

Kanadada marixuananın leqallaşdırılması uğrunda mübarizə aparan ictimai fəal Dana Larsen hakim Liberal Partiyası üzvləri olan 184 deputatın hər birinə 1 qram narkotik göndərib. O, hədiyyəsinə kannabisdən (psixotrop maddələr) bəhs edən kitabından bir nüsxəsini də əlavə edib. Bu barədə “Beynəlxalq Vise” agentliyi xəbər yayıb.


Kənar şəxs bir neçə ay ABŞ hərbi bazasında yaşadı.

 

Amerika mətbuatının yazdığına görə, tamamilə kənar bir şəxs ABŞ-ın Fort-Breq hərbi bazasına daxil olaraq, bir neçə ay müddətində orada yaşaya bilib. O, özünü gah gizli hərbi məktəbin kursantı, gah da kəşfiyyatçı kimi təqdim edərək, əsgərlərin etibarını qazana bilib və gündəlik olaraq onlarla birgə yeyib-içib və yatıb. Həmin şəxsin yalanı yalnız qarnizon dükanında güzəşt üçün vəsiqə tələb edilərkən ifşa edilib.

 

Bir balığa 117 min dollar ödədi.

 

Yaponiyanın “Suşi müdiri” olaraq tanınan məşhur biznesmen bir balığa 117 min dollar ödəyib. Kiyoşi Kimura adlı biznesmen böyük balıq hərraca çıxarıldıqdan sonra, onu almağa qərar verib. Hərracın sonunda isə balığı 117 min dollara alıb. Tsukiji balıq bazarında təşkil edilmiş hərracda satışı ötənilkindən üçqat baha qiymətə reallaşıb. 2013-cü ildə həmin cinsdən olan başqa bir balıq 1,3 milyon dollara atılmışdı.

 

Axtarışda ola-ola 4 ev yardı.

Lerik rayonunda oğurluq əməlinə görə, polis tərəfindən axtarışa verilmiş 38 yaşlı rayon sakini Fərman Məlikov Bakıya iş axtarmaq üçün gəlsə də, köhnə peşəsini tərgitməyib. “Şuşa şəhərciyi” kimi tanınan ərazidə evlərin boş olduğuna əmin olduğundan, fərdi yaşayış evlərindən əlinə keçəni aparıb. Fərmanın əməllərinin üstünü Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinin əməkdaşları açıblar. Saxlanılan şəxs ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində, onun 4 evdən oğurluq etdiyi üzə çıxıb.

 

Qarnında narkotik keçirdi.



Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayonun Şahağacı kənd sakini – 33 yaşlı Ramil Ağaddin oğlu Qurbanov saxlanılıb. Astara RPŞ-dən bildirilib ki, R.Qurbanov heroini İrandan Azərbaycana öz daxili orqanında keçirib: "O, xəstəxanaya aparılıb və həkim nəzarəti ilə daxili orqanından 7 bükümdə, ümumi çəkisi 50 qram olan heroin aşkar olunaraq maddi sübut kimi götürülüb.

 

Vaşaq qəsəbəyə girdi.

 

Rusiyanın Omsk vilayətinin Tavriz qəsəbəsində yırtıcı heyvan olan vaşaq görünüb. “İnterfaks” xəbər verir ki, ötən çərşənbə sakinlər tərəfindən verilən həyəcanlı məlumata əsasən, polis fəaliyyətə keçib. Və küçələrin birində, həqiqətən, yırtıcının izləri tapılıb.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
27.06.2019
26.06.2019
25.06.2019