Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
İti deportasiya etdilər
Tarix: 08.01.2016 | Saat: 21:18:00
Bölmə:Günün təzadları | çapa göndər

Honkonqdan Xokkaydoya uçan sərnişinlərdən birinin qaynanasının iti onun xəbəri olmadan çantasına girib və təyyarədə Yaponiya uça bilib. Təyyarədən düşən kimi kişiyə qaynanasından itinin yoxa çıxması barədə SMS gəlib. Yükünü aldıqdan sonra balaca köpəyin çantasında olduğunu görən şəxs bu barədə müvafiq orqanlara xəbər verib. Fox News –in yaydığı xəbərə görə, yaponlar “macəraçı” iti geriyə - Honkonqa deportasiya etməyə qərar veriblər.


Prezidenti lağa qoydular.

Ukraynanın segodnya.ua saytının yazdığına görə, Amerikanın məşhur “Deyli şou”( The Daily Show ) proqramının aparıcısı Stiven Kolbert Rusiya Prezidenti Vladimir Putinin yeriyərkən sağ əlini hərəkət etdirməməsini lağa qoyub:“ Mən dünyada belə hərəkət edən tək adam deyiləm. Putinin də yerişi belədir. Onun bu hərəkəti o qədər nəzərə çarpandır ki, nevroloq-alimlər bu barədə məqalə yazıb. Putin yeriyəndə sağ əlini bədəninə sıxır və sol qolunu yellədir. Alimlər bunu Putinin DTK keçmişi ilə əlaqələndirir. Yəni o sağ əlində tapança hədəfi vurmağa tam hazırdır. Mən heç bir təlim olmadan hədəfi tam vura bilərəm. Məni asanlıqla DTK-ya götürərlər”.


Anasının başını kəsdi.

“İŞİD”-in özünə paytaxt elan etdiyi Suriyanın Rakka şəhərində 20 yaşlı “İŞİD”-çi Əli Sakr doğma anasını dini ideyalardan uzaqlaşdığı üçün məhkəməyə verib. Bu barədə RenTV kanalı məlumat verib. “İŞİD” liderlərinin iştirak etdiyi məhkəmə qadına ölüm hökmü çıxarıb. Bundan sonra Əli Sakr məhkəmənin qərarını şəxsən icra edərək anasının başını kəsib. Suriyalı hüquq müdafiəçilərinin məlumatına görə, gəncin anası oğluna “İŞİD”-dən ayrılmağı təklif edibmiş.


Nazirin qardaşı oğlu vəzifəsindən azad edildi.

Səbail Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) rəisi, polis polkovnik-leytenantı Natiq Camalov işdən çıxarılaraq sərəncama götürülüb. Onun yerinə hələ təyinat olmayıb. 9-cu Polis Bölməsinin rəisi vəzifəsi müvəqqəti olaraq rəis müavini, polis mayoru Amil Qurbanova tapşırılıb. Qeyd edək ki, N.Camalov müdafiə sənayesi naziri Yavər Camalovun qardaşı oğludur.

 

Kralın bacısı məhkəməyə verildi.

11 yanvarda İspaniya kralının bacısının məhkəmə prosesi keçiriləcək. Bu İspaniya tarixində bir kral ailə üzvü üzərində keçirilən ilk məhkəmə prosesidir. Şahzadə Kristina əri İnyaki Urdanqarinin işi üzrə istintaq cəlb olunub. Onun əri vergidən yayınmaqda, əmlakı talamada, dələduzluqda, çirkli pulların yuyulmasında, məhkəməyə yalan ifadə verməkdə, vəzifə mövqeyindən sui-istifadədə ittiham olunur. Kristina özü 2007-2008-ci illərdə törətdiyi iki vergi cinayətinə görə ittiham olunur. Hakim hesab edir ki, o vergi ödəməkdən yayınıb. İttihamlar təsdiqini taparsa, kral ailəsinin üzvü, 49 yaşlı Kristinanı 8 il həbs gözləyir.

 

12 yaşlı şahzadə əlini öpdürməkdən imtina etdi.

 

Mərakeş kralı Məhəmmədin böyük oğlu 12 yaşlı şahzadə Mulay Həsən qatıldığı dövlət tədbirlərində vəzifəli şəxslərə əlini öpdürməsi ilə tanınır. Rusiya mətbuatının yazdığına görə, ilk dəfə 2012-ci ildə "Ərəb baharı" nümayişləri vaxtlarında 9 yaşlı kralın əl öpdürtməsi tənqid hədəfinə çevrilmişdi. Bu hadisə müxaliflərin ayağa qalxmasına səbəb olmuşdu. Bu dəfə isə 12 yaşlı Həsən əlini öpmək istəyən vəzifəlilərin bu hərəkətinə izn verməyib. O, cəld əlini geri çəkməklə məmurları pərt edib.

 

Pilotsuz sərnişin uçağı ixtira edildi.

 

Çinin Ehang pilotsuz təyyarə istehsalçısı sərnişin daşıya bilən ilk radioidarəli təyyarənin protipini yaradıb. Pilot yalnız uçuş koordinatlarını təyin edir. Və bundan sonra o, sərnişinə çevrilir. İdarəetmə pultunda cəmi iki düymə var: uçuş və eniş. Model vertikal uçuş-eniş edə bilir. Sürəti saatda 100 km-ə yaxındır. Batareyalar 23 dəqiqəlik uçuş vaxtı üçün nəzərdə tutulub. Model cəmi 200 kq-dır, uzunluğu 5,5 m.-dir, ancaq 1,5-nə kimi yığıla bilir. Bu səbəbdən uçaq adi parkinq yerində eniş edə bilər.



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2019
24.06.2019