Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dünya varlıları 194 milyard dollar itirdilər
Tarix: 09.01.2016 | Saat: 19:56:00
Bölmə:Günün təzadları | çapa göndər

Məşhur Blomberq agentliyinin indeksinə uyğun seçilmiş dünyanın 400 ən varlı adamı 2016-cı ilin ilk həftəsində cəmi 194 mlrd. dollar itiriblər. Bu itki dünyada neftin qiymətinin düşməsi, Amerika fond birjalarının çökməsi və Çinin iqtisadi göstəricilərinin zəifləməsi fonunda baş verib. Bu sırada yalnız Microsoft-un yaradıcısı Bill Qeyts 4,5 mlrd. dollar itirib.

 

“İŞİD” Ukraynada peyda oldu?

500

Krım hökumət başçısının müavini Ruslan Balbek bəyan edib ki, Suriyadan qaçan “İŞİD” yaraqlıları Türkiyə ərazisi vasitəsilə Ukraynaya keçirlər. RİA Novostinin yaydığı bu məlumata görə, terrorçular əsasən Xerson vilayətində sığınacaq tapırlar. R.Balbek “İÇİD”çilərin ruspərəst separatçılara qarşı döyüşən Noman Çelebidjixan(məşhur krlm-tatar ictimai xadimi) adına cəza taboruna üzv olmaqla, nəzarətdən yayındıqlarını vurğulayıb.

Səudiyyə kralının qızı Şeyx Nimrin müdafiəsinə qalxdı

FaktXeber.com-un “Əl-İtticah” telekanalına istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanın ötən il dünyasını dəyişən kralı Abdullah bin Əbdüləzizin qızı Səud rejiminə qarşı üsyan qaldırıb. Şahzadə xanım Səhər bint Abdullah bin Əbdüləziz şeyx Nimirin edamı ilə bağlı bəyanatla çıxış edib. O, Ərəbistan xalqına xitabən vurğulayıb ki, azadlıq və insan kəramətini məhz şeyx Nimirdən öyrənib: “Salam olsun bizim ölməyən şəhidlərimizə və zindanda hürriyyətdə olanlarımıza. Biz siz mücahidlərin qanadı altında, sizin uğrunuzda döyünən ürəklərimizlə arxanızca hərəkətdəyik. Əhd bağlayırıq ki, əlimizi sizin əlinizdən qoparmayacğıq... Biz şeyximiz Nimirdən azadlıq, əzəmət və fəxr etməyi öyrəndik. Necə ki, onun haqq yolundan sapınmadığını gördük və o bizə sonda qələbə müjdəsini verdi.”

Prezidentin itini oğurlamaq istədi

Vaşinqtonda Barak Obamanın itini oğurlamaq istəyən şəxsi həbs ediblər. 49 yaşlı Skot Stokert ABŞ prezidenti Barak Obamanın Portuqaliya cinsindən olan Bo adlı iti ilə maraqlanıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları Stokertin planından xəbərdar olublar. Skot “Hampton Inn” otelinə daxil olan zaman tutulub. O, amerikalı polis əməkdaşlarına bildirib ki, İsa peyğəmbərdir. Valideynləri isə aktrisa Merilin Monro və ABŞ-ın 35-ci prezidenti Con Kennedidir. O hətta prezidentliyə namizəd olmaq istədiyini də bəyan edib. Araşdırma zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları Skot Stokertin maşınından tüfəng, 350-yə yaxın güllə, polis dəyənəyi və çəkic aşkar ediblər.

Məşhur müğənni "donuz qripi"nə yoluxdu

Bir neçə gün öncə 40 dərəcə yüksək qızdırma səbəbi ilə xəstəxanaya yatırılmış Türkiyənin məşhur müğənnisi Bülənt Ərsoyun həkimi onun donuz qripinə yoluxduğunu rəsmən təsdiqlənib. Türkiyə mətbuatı xəbər verir ki, Gaziosmanpaşa Avropa Özel Şafak Xəstəxanasının baş həkimi Bülent Şahin sənətçinin donuz qripinə yoluxması səbəbindən xəstəxanada müalicə aldığını bildirib: “Dərhal müayinəyə başladıq. Hazırda həkim nəzarəti altındadır. Analizlərin nəticələrinə əsasən, Bülənt Ərsoy "donuz qripi"nə yoluxub. Əvvəl vəziyyəti ağır idi, amma müdaxilələrdən sonra həyati təhlükəsi yoxdur”.

Körpə ağzında dişlə doğuldu

Türkiyənin Ərzurum şəhərinin Oltu bölgəsində yaşayan Həcər- Saleh Macit cütlüyünün qız körpəsi Əsmanur, ağzında dişləri dünyaya gəlib. Oltu mahalında yaşayan cütlüyünün yeni ildə dünyaya gələn və Əsmanur adı verilən körpəsinin ağzında dişlərinin olması hər kəsdə şok yaratdı. Həkimlərin “normaldır” deməsindən sonra Macit ailəsi, qızlarını Oltu diş həkiminə aparıblar. Ağzında 2 dişi olan körpəni müayinə edən həkim onu Ərzurumdakı Atatürk Universitetinin Diş Həkimliyi Fakültəsinə göndərib. Orada müayinə edilən körpənin öndə laxlayan bir dişi çekilib. Həkimlər bildirib ki, nadir hadisə olsa da, narahatlıq doğuran bir durum yoxdur.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.06.2019
17.06.2019
16.06.2019