Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Lələ-təpə qəhrəmanı Mais Bərxudarov haqda deyilə bilənlər...
Tarix: 20.04.2016 | Saat: 13:35:00
Bölmə:Gündəm | çapa göndər

Yenicə general-mayor hərbi rütbəsi almış Mais Bərxudarovu xeyli vaxtdır tanıyıram. Onun haqqında bildiklərim çox, söyləyə bildiklərimsə azdır. Niyəsini yəqin ki, başa düşürsünüz. Nəzərə alın ki, cənab general-mayor kəşfiyyatçıdır.

Mais Bərxudarov Qubadlıda dünyaya göz açıb. Uşaq vaxtlarında güləşlə məşğul olub. Azərbaycanın Milli Qəhrəmanı, güləşçi Əliyar Əliyevin tələbəsi olub. Erməni təcavüzü və yaranmış situasiya onun yolunu Cəmşid Naxçıvanski adına Hərbi Liseyə gətirib.

Hərbi liseydə oxuduğu vaxt oranın rəisi olmuş General Valeh Bərşadlının onun gələcək taleyinə birbaşa təsiri olub. 1993-cü ildə Mais Bərxudarov və bir qrup kursant cəbhədə yaranmış çətin vəziyyəti nəzərə alaraq könüllü ön xəttə getmək qərarını verir. Lakin bundan xəbər tutan General Bərşadlı onları yanına çağırır və bildirir ki, bunu etmək olmaz. Görünür, Valeh Bərşadlı bu gənclərin sabahın generalları olacağını bilirmiş. Valeh Bərşadlı onları inandıra bilir, Mais Bərxudarov və digər kursantlar öz təhsillərini davam etdirirlər.

Beləcə illər keçir...

Və günlərin bir günü Mais Bərxudarov "Azərbaycan Bayrağı" ordeni ilə təltifləndirilir. Bu ordeni ona şəxsən Heydər Əliyev təqdim edir. Bu, gənc zabit üçün çox mühüm stimul olur. O, Heydər Əliyev tərəfindən bu ordenə düşmən arxasında fəaliyyətinə görə layiq görülür...

Və artıq Mais Barxudarov general-mayordur. Onun bu rütbəyə layiq görülməsini şərh edənlərin işlətdiyi bir ifadə diqqətimi çəkdi - Mais Barxudarov döyüş generalıdır.

Uğur olsun, cənab general!!!

Asəf Quliyev



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.10.2018
20.10.2018
19.10.2018