Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Rossiya 24” telekanalı prezident haqqında xüsusi süjet hazırlayıb - VİDEO
Tarix: 24.12.2016 | Saat: 15:53:00
Bölmə:Siyasət Video | çapa göndər

“Rossiya 24” telekanalı Azərbaycan prezidenti İlham Əliyevin ad günü münasibətilə onun insani və liderlik keyifiyyətlərindən bəhs edən xüsusi süjet hazırlayıb.

Hafta.az Virtualaz.org-a istinadən xəbər verir ki, reportajda deyilir: “Bu gün Azərbaycan Prezidenti yubileyi münasibətilə təbrikləri qəbul edir, bu gün İlham Əliyevin 55 yaşı tamam olur. Ölkənin ali postuna o, 13 il əvvəl, atası Heydər Əliyevdən sonra seçilib. Bundan sonra Azərbaycan əhalisi ölkənin idarəetməsini iki dəfə ona həvalə edib”.

Süjetin müəllifləri qeyd edir: “Savadlı, intellektual, gözəl yumor hissi, işıqlı təbəssümə sahib Azərbaycan prezidenti İlham Əliyevin 55 yaşı olur. Bütün ölkə və Azərbaycan xalqına görə məsuliyyət İlham Əliyevin çiyinlərinə çox tez düşmüşdü. O, 42 yaşında prezident oldu və qismətinə ölkəni dizləri üstündən qaldırmaq, müstəqil Azərbaycanı qoruyub saxlamaq yazılmış atası Heydər Əliyevin kursunu uğurla davam etdirdi. İlham Əliyev inkişafı daha da sürətləndirdi, Azərbaycan müstəqil iqtisadiyyatı olan müasir dövlətə çevirdi. Təkcə son 10 il ərzində ÜSM təxminən 2,5 dəfə artıb, investisiyaların həcmi 189 milyard dollar təşkil edib”.

Süjetdə “Vesti nedeli” verilişinin müəllifi və aparıcısı Dmitri Kiselyov deyib: “İlham Əliyev möhkəm xarakterə malik, kamil şəxsiyyətdir. O, öz dövrünü elə qabaqlayıb ki, yeni nəsil siyasətçilərlə tam harmoniya təşkil edir”.

Məşhur azərbaycanlı və rusiyalı rejissor Yuli Qusman deyib: “Gənc Prezident İlham Əliyevin qarşısında böyük və ciddi çağırışlar dayanmışdı. Onun üçün ən əsası öz atası – böyük rəhbər Heydər Əliyevə layiq olmaq idi. Bu gün o bütün bunları görsəydi, oğlu ilə qürur duyardı”.

Süjetdə deyilir ki, bütün fəaliyyət sahələrinə yeni baxış İlham Əliyevin kredosudur: “Bakı supermüasir şəhərə şevrilib. Bakıda qədimlik və müasirlik harmonik görünür. İlham Əliyev müstəqil xarici siyasət yeridir. O, Rusiyaya qarşı səmimiyyətini gizlətmir. Burada rus dilinə hörmət və sevgi ilə yanaşırlar”.

Süjetdə qeyd olunur ki, İlham Əliyev Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunu bitirib və bu ali təhsil müəssisəsinin əsl qürurudur.

1974-1984-cü illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun rektoru olmuş Nikolay Lebedev deyib: “Mən sizi 55 illik yubiley münasibətilə təbrik edirəm. “Beş” əla deməkdir, institutda təhsil aldığınız dövrdə mən sizə həmişə “beş” vermişəm. Siz bu qiyməti çiçəklənən dövlətin rəhbəri olaraq da əldə etmisiniz”.

Kiselyov deyib: “İlham Əliyevdə ən dəyərli və ən əziz olan qarşısına qoyduğu məqsədlərə çatmasıdır. Bu, həqiqətən də müstəqil Azərbaycandır, zəngin Azərbaycandır, qürurlu Azərbaycandır, sülhsevər Azərbaycandır”.

Yuli Qusman deyib: “Azərbaycan doğru yoldadır və çox yaxşıdır ki, ölkəni bu yolda layiqli lider və Prezident İlham Əliyev aparır. Ad gününüz mübarək!”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.03.2017
22.03.2017
21.03.2017