Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Xalq artisti Ağaxan Abdullayev son mənzilə yola salındı
Tarix: 26.12.2016 | Saat: 18:15:00
Bölmə:Mədəniyyət | çapa göndər

Xalq artisti Ağaxan Abdullayevlə Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayındavida mərasimi keçirilib. Vida mərasimində Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxışında A. Abdullayevin həyat və fəaliyyəti barədə danışıb. O bildirib ki, sənətkarın Azərbaycan musiqi tarixində müstəsna xidmətləri olub: “Ağaxan Abdullayevin “Çahargah”, “Şur”, “Rast” və sair muğamları, eləcə də xalq və bəstəkar mahnıları Azərbaycan Televiziyası və Radiosunun “Qızıl Fondu”nda saxlanılır. Onun çoxlu sayda yetirmələri var. Gən istedadlı ifaçıların üzə çıxarılmasına çalışıb. Eləcə də “Muğam” müsabiqələrində onların ifalarını həmişə düzgün qiymətləndirib və öz məsləhətlərini verib. Azərbaycan musiqisi yaşadıqca, Ağaxan Abdullayevin adı daim yaşayacaq və nəsildən nəslə ötürüləcək”.
Xalq artistləri Arif Babayev, Alim Qasımov, Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi mərhumla bağı xatirələrini bölüşüb və ailəsinə başsağlığı veriblər.
Xalq artisti, professor Arif Babayev ürək ağrısı ilə dedi ki, Ağaxan Abdullayevin itkisi xalqımız və sənət adamları üçün çox ağırdır. Onun sözlərinə görə, mərhum yaxşı insan, yaxşı dost, yaxşı müəllim, yaxşı ailə başçısı olmaqla yanaşı həm də görkəmli xanəndə, muğam bilicisi, Allaha yaxın adam idi. Vaxtsız aramızdan getdi. Ölüm haqdır. Bu gün Ağaxan üçün şərəfli bir ölüm oldu. Davamçıları var, gəlib onun yerini tutacaq. Onlardan biri xalq artisti Alim Qasımovdur. Nə qədər xalqımız var, onun sənəti yaşayacaq. Biz xanəndələr onu heç vaxt unutmayacaq. Allah rəhmət eləsin, ruhu şad olsun”.
Xalq artisti Alim Qasımov yanğlı zəngüləsi ilə mərasim iştirakçılarını ağlatdı. Dedi ki, Ağaxan Abdullayev ustad dühasının dəyəridir. Ustadımın ruhu şad olsun deyirəm. Bu dünya durduqca, Azərbaycan durduqca onun səsini eşitdikcə həmişə rəhmət oxuyacaqlar”.
Mili Konservatoriyanın direktoru Siyavuş Kərimi bu ölümün onun üçün çox ağır itki olduğunu dedi: ”Ağaxan Abdullayev öz ürəyi, istedadı, böyük sənəti ilə muğamı zənginləşdirdi, neçə-neçə sənətkar yetişdirdi. Ağaxan heç bir zaman unudulmayacaq. Nə qədər Azərbaycan xalqı yaşayır, muğam yaşayır Ağaxan yaşayacaq. O böyük bir ifaçı idi. Xalqın böyük sənətkarları sırasında onun da adı var”.


Vilayət Əmirov Qaraçuxur qəsəbə nümayənsdəsi: ”Ağaxan Abdullayev çox gözəl insan, çox gözəl sənətkar olub. Azərbaycan muğamının qorunub saxlanmasında və təbliğində onun böyük xidmətləri olub. Neçə-neçə sənətkarlar yetişdirib. Alllah rəhmət eləsin”.
Azər Məmmədov Bakı şəhər 24 saylı Birləşmiş Şəhər Xəstəxananın baş həkimi: ”Ağaxan Abdullayev Azərbaycn muğamının parlaq nümayəndələrindən biridir. O, muğam ifaçılığına məsuliyətlə yanaşardı, muğam dəsgahlarının qədrini bilən xanəndə idi”.
Arif Məmədov, 15 saylı Birləşmiş şəhər xəstəxanasının baş həkimi: «Ağaxan Abdullayev korifey sənətçilərimizdən biridir. Həyatda sadəliyi, insanpərvərliyi ilə seçilib. Çox şirin, məlahətli səsi olmaqla bərabər özünəməxsus ifa tərzi vardı. Suraxanı rayonunda keçirilən bütün tədbirlərdə iştirak edib və gözəl ifaları ilə yaddaşlarda qalıb”.
Mərhumun oğlu Xoşbəxt Abdullayev isə ailə üzvüləri adından zəhmət çəkib vida mərasimində iştirak etdiklərinə görə hər bir kəsə öz minətdarlığını bildirdi.
Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında keçirilən vida mərasimindən sonra mərhum sənətkar Türkan kənd qəbiristanlığında torpağa tapşırılıb.
Xalq artisti A. Abdullayev 1950-ci ildə Bakının Əmircan kəndində anadan olub, 1969-1973-cü illərdə A.Zeynallı adına Orta İxtisas Musiqi Məktəbində təhsil alıb. 1973-cü ildə Əbilov adına Mədəniyyət evində muğam ixtisası üzrə müəllim vəzifəsinə dəvət olunub, 1977-ci ildən A.Zeynallı adına musiqi məktəbində muğam müəllimi kimi çalışıb. Muğam ustası 1975-ci ildə Filarmoniyanın səhnəsində fəaliyyətə başlayıb. Rusiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan, ABŞ, Kanada, Almaniya, Hollandiya, İsveç, Belçika, Avstriya, Fransa, Avstraliya, Hindistan, İraq, Tunis, Türkiyə, İran və s. ölkələrdə konsert proqramları ilə çıxışlar edib. 1992-ci ildə Əməkdar artisti fəxri adına, 1998-ci ildə Xalq artisti fəxri adına layiq görülüb, prezident təqaüdçüsü olub. 2000-ci ildə pedaqoji fəaliyyətinə görə Təhsil Nazirliyi Kollegiyasının Fəxri fərmanı, 10 may 2015-ci ildə Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.01.2017
23.01.2017