Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Hüseyn Dərya efir vidində deyildi" - Kamran Həsənli-VİDEO
Tarix: 27.12.2016 | Saat: 17:41:00
Bölmə:Şou-biznes Video | çapa göndər

ARB TV-nin "Gəlin danışaq" verilişinə qonaq olan aparıcı Kamran Həsənli eksklüziv açıqlamalar verib.

Tanınmış aparıcı mərhum Hüseyn Dərya ilə bağlı maraqlı məlumatlar verib:

"İlk dəfə "Sizin saat" verilişinə çıxan və sonra daha da məşhurlaşan insanlar çoxdur: Tünzalə, Abbas, rəhmətlik Hüseyn Dərya, Ədalət, Eyyub, İradə və s. Mən Bülbül adına məktəbi, konservatoriyanı bitirmişəm deyə, o verilişi mənə həvalə etdilər. Hüseyn Dərya bir dəfə bizim efirə çıxdı, birdən-birə məşhurlaşdı. Hüseyn birinci dəfə bizim verilişə gələndə, biz operatorumuzun krasofkasını çıxarıb ona geyindirdik, çünki o, efir vidində deyildi, kasıb adam idi. O, canlı efirdə 2 rep dedi. Biz efirdən çıxanda mühafizəçi dedi ki, Kamran müəllim, bayırda 500 nəfər yığışıb. Bir verilişdən sonra Hüseyn Dəryanın fanatları yarandı və Azərbaycanda rep inkişaf etdi".

Kamran Həsənli Hüseyn Dəryanın ilk konsertində yaşadığı şoku dilə gətirib:

"Hüseyn Dərya əl oyunları idman sarayında konsert verəcəkdi. Mənə dedi ki, Kamran, mən sənin verilişinə çıxmışam, istəyirəm ki, konserti sən açasan. Mən də dedim ki, toydayam, alınmır, dedi cəmi 10 dəqiqəlik gələrdin. Dedim yaxşı, gələrəm. Fikirləşirdim ki, Hüseyndir də, dünən 2 dənə rep deyib, 500 adam yığışmışdı, 500 də artıq olar yəqin. Əl oyunları sarayı da 5000 adam tutur. Stadiona yaxınlaşanda gördüm ki, polis hər yeri bağlayıb. İçəri girəndə şoka düşdüm. Uşaqlıqda gördüyüm "Bitlz" konsertlərindəki mənzərənin şahidi oldum. Saç yolan gənc qızlar, oğlanlar yerdə uzanmışdılar. Düşündüm ki, Azərbaycanda da belə şey ola bilərmiş. Sarayda səhnə qurulmamışdı, Hüseynin pulu da yox idi ki, səhnə qursun. Mən "Hüseyn Dəryaaa..." deyəndə, stadionda, ömrümdə eşitmədiyim yüksək səs desibeli yarandı. Sonra rep daha da ictimailəşdi, ardınca meyxana gəldi".

Teleməkanın sevilən siması bəzi həmkarlarını tənqid edib:

"Veriliş aparmaq xətrinə aparıcılıq etmək olmaz. Əvvəlcə o verilişin konsepsiyasını beynində hazırlamalısan, nə demək istədiyini dəqiqləşdirməlisən, sonra efirə çıxmalısan. Evdə, küçədə danışılan məsələni efirdə müzakirə etməlisən".


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2017
18.11.2017
17.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV