Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Azərbaycan 2016-cı ildə kimləri itirdi? - ARAŞDIRMA
Tarix: 30.12.2016 | Saat: 16:22:00
Bölmə:Mədəniyyət Araşdırma | çapa göndər

İllər insanların yaddaşında həm də itirdikləri ilə qalır və hər ilin sonunda dünyasını dəyişənlər də xatırlanır.

Biz də Azərbaycanın 2016-cı ildə itiridiyi tanınmışları xatırlayacağıq. Qeyd edək ki, bu ilin əvvəli və sonu mədəniyyətimiz üçün böyük itkilərlə xatırlanır.

Azərbaycanın xalq şairi Zəlimxan Yaqub yanvarın 9-da uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, uzun müddət böyrək çatışmazlığından əziyyət çəkirdi. Z. Yaqub I Fəxri xiyabanda dəfn olunub.

Filologiya elmləri doktoru, BDU-nun klassik Azərbaycan ədəbiyyatı kafedrasının professoru Xalid Əlimirzəyev yanvarın 30-da vəfat edib. X.Əlimirzəyev 1992-1993-cü illərdə təhsil nazirinin birinci müavini vəzifəsində işləyib. 84 yaşında dünyasını dəyişən mərhum professor doğulduğu Qəbələ rayonunda dəfn olunub.

2016-cı ilin fevral ayında akademik Cəlal Əliyev 88 yaşında dünyasını dəyişib. Mərhum akademik onlarca monoqrafiyanın, kitabın və elmi məqalənin müəllifi olub. Azərbaycan Milli Məclisinin deputatı olub və “İstiqlal” ordeni ilə təltif edilib. Cəlal Əliyev fevralın 1-i l Fəxri xiyabanda qardaşı akademik Aqil Əliyevin yanında dəfn olunub.

İlin ən yaddaqalan hadisələrindən biri xalq artisti İlhamə Quliyevanın gözlənilməz ölümü idi. Fevralın 25-də səhər saatlarında halı pisləşən xalq artistinin həyatını xilas etmək mümkün olmayıb. Onun ölümünə hipertoniya və ürəyin işemik xəstəliyi nəticəsində hipertrofiyalaşmış ürək çatışmazlığı və qan dövranının pozulması səbəb olub. Xalq artisti II Fəxri Xiyabanda dəfn olunub. Sağlığında qalmaqalları ilə seçilən xalq artistinin ölümündən sonra da adı ətrfaında söz-söhbətlər səngimək bilmir. Belə ki, 2016-cı il həm də İlhamə Quliyevanın yaxınları arasında onun mirası uğrunda gedən məhkəmə çəkişmələri ilə yadda qalacaq. Məhkəmə prosesi hələ davam edir.

Xalq yazıçısı Maqsud İbrahimbəyov da bu il itirdiklərimiz ziyalılardandır. O, mart ayının 22-də dünyasını dəyişib. İbrahimbəyov I Fəxri xiyabanda dəfn olunub.
Nasir, dramaturq, kinossenarist və rejissor kimi çoxcəhətli fəaliyyəti ilə SSRİ miqyasında tanınan M.İbrahiməboyuvun "Mezozoy əhvalatı", "Bayquş gəlmədi", "Yay tətili", "Bütün yaxşılıqlar üçün - ölüm!", "Truskavetsə kim gedir?", "Sən nəğməmsən mənim", "Ona görə ki, mən Ayvar Lidakam" və s. ssenariləri əsasında filmlər çəkilib.

Azərbaycanın xalq şairi, tanınmış publisist Söhrab Tahir də bu il itirdiklərimiz sırasındadır. O, mayın 4-də vəfat edib. Şəkər xəstəliyindən əziyyət çəkən şairin hər iki ayağı amputasiya olunmuşdu. 90 yaşında dünyasını dəyişən xalq şairi II Fəxri Xiyabanda dəfn olunub.

Əməkdar mədəniyyət işçisi, nazir müavini Fərəh Şəkinskaya aprelin 20-də 80 yaşında son mənzilə yola salınıb. O, milli mədəniyyətimiz sahəsindəki xidmətlərinə görə 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdü.

Avqustun 31-də tanınmış bəstəkar Oqtay Zülfüqarov dünyasını dəyişib. Yeddi il böyrək çatışmazlığından əziyyət çəkən bəstəkar 87 yaşında ömrünü başa vurub. Xalq artisti II Fəxri Xiyabanda dəfn olunub. Onun uşaqlar üçün yazdığı məşhur musiqi əsərləri ilə xatırlanır.

Tanınmış bəstəkar və dirijor Nəriman Əzimov da bu il ölkə mədəniyyətinin itirdiyi məşhurlardandır. Noyabrın 19-da 80 yaşında dünyasını dəyişən sənətkar Səid Rüstəmov adına Azərbaycan Dövlət Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru vəzifəsində çalışıb.
Ürək çatışmazlığından dünyasını dəyişən mərhum vəsiyyətinə uyğun olaraq Gəncənin Səbsikar qəbiristanlığında anasının məzarının yanında torpağa tapşırılıb.

Lider Televiziyasının “Səda” İnformasiya Depatamentinin əməkdaşı, tanınmış jurnalist İlqar Qulusoyun gözlənilməz itkisi bu il media üçün ağır xəbər olub. İyulun 9-da 36 yaşında qəfil ölümü ilə doğmalarını sarsıdan İ.Qulusoy doğulduğu Naxçıvanda dəfn olunub. Mərhum jurnalistin 2 övladı yadigar qalıb.

2016-cı ilin son aylarında itirdiklərimizdən biri də şair Fikrət Sadıq oldu. Publisist, ssenari müəllifi, kino redaktoru, Əməkdar mədəniyyət işçisi kimi tanınan F.Sadıq uzun sürən xəstəlikdən sonra 86 yaşında vəfat etdi. O, Yasamal qəbiristanlığında dəfn olunub.

İki dəfə prezidentliyə namizəd, yüzlərlə elmi əsərin müəllifi, akademik Nizami Süleymanov da 2016-cı ildə itirdiyimiz tanınmışlardan oldu. O, dekabrın 2-də 71 yaşında haqq dünyasına qovuşdu. N.Süleymanov Yasamal qəbiristanlığında dəfn olunub.
Bu il həm də azərbaycanlı politoloq, yazıçı, filosof və şair Heydər Camalın ölümü ilə xatırlanacaq. Dekabrın 5-də uzun sürən xəstəlikdən 69 yaşında dünyasını dəyişən H.Camal Qazaxıstanın Almatı şəhərində dəfn olunub.
Bu ilin dekabrın 25-i Azərbaycan mədəniyyəti və incəsənəti üçün şair, tərcüməçi İlyas Tapdığın itkisi ilə yadda qalacaq. 82 yaşında dünyasını dəyişən İ.Tapdıq Badamdar qəbristanlığında, həyat yoldaşının yanında dəfn olunub.

Elə həmin gün – dekabrın 25-də tanınmış xanəndə, Azərbaycanın xalq artisti Ağaxan Abdullayev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 66 yaşında vəfat edən A. Abdullayev Bakının Türkan kənd qəbiristanlığında torpağa tapşırılıb.
Dekabrın 26-da isə tanınmış tarixçi Məşədixanım Nemətova dünyasını dəyişib. 93 yaşında vəfat edən tarixçi doğulduğu Zabrat kəndində dəfn olunub.
Şair, aktyor, bir çox məşhur mahnıların müəllifi Sərvər Şahbəyli də uzun sürən xəstəlikdən sonra 2016-cı il dekabrın 27-də 53 yaşında dünyasını dəyişib.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
27.02.2017
26.02.2017