Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Zəlimxan Yaqubun məzarüstü abidəsinin açılışı olacaq
Tarix: 06.01.2017 | Saat: 14:42:00
Bölmə:Mədəniyyət | çapa göndər

Xalq şairi Zəlimxan Yaqubun məzarüstü abidəsinin açılışı olacaq.

Hafta.az xəbər verir ki, bu barədə APA-ya xalq şairinin oğlu Bəhlul Yaqubov məlumat verib. Onun sözlərinə görə, yanvarın 9-da saat 11:00-da I Fəxri Xiyabanda Z. Yaqubun məzarı başında şairin xatirəsi anılacaq, mədəniyyət və ədəbiyyat xadimləri, ziyalılar şairin Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərindən danışacaq, onun Azərbaycan şeirindəki yerindən bəhs edəcəklər.

Xatirə tədbiri akademik Rafael Hüseynovun aparıcılığı ilə baş tutacaq. Abidənin açılışından sonra Təzəpir məscidində mərhum xalq şairi ruhuna ehsan süfrəsi açılacaq.

Qeyd edək ki, dekabrın 30-da I Fəxri xiyabanda Z. Yaqubun məzarı üstündə abidəsi ucaldılıb. Abidənin müəllifi, xalq rəssamı Natiq Əliyev, memarı Tərlan Həsənovdur.

Z. Yaqub 2016-cı il yanvarın 9-da dünyasını dəyişib. Xalq şairi uzun müddət böyrək çatışmazlığından əziyyət çəkib. O, 1950-ci il yanvarın 21-də Bolnisi rayonunun Kəpənəkçi kəndində dünyaya gəlib. 1967-ci ildə doğulduğu kənddə orta məktəbi, 1972-ci ildə isə Azərbaycan Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1995-2005-ci illərdə Milli Məclisin deputatı olub. 2008-ci il avqustun 29-da Azərbaycan aşıqlarının V qurultayında Azərbaycan Aşıqlar Birliyinin sədri seçilib.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.10.2017
17.10.2017
“Ordu çatmamış türkmənlər peşmərgəyə qarşı hücuma keçdi” – Riyaz Sarıkahya
“Keçmiş SSRİ-də ilk dəfə tam müstəqilliyi biz qazandıq” – Ayaz Mütəllibov
İspaniyalı diplomat Azərbaycanda investisiya imkanlarını araşdırıb
Ermənistan yenə hərbi təxribatlara əl atacaq - MÖVQE
“Ərəb dilinin üslübiyyatı və nitq mədəniyyəti” kitabının təqdimatı olacaq
“18 oktyabr xalq hərəkatının böyük qələbəsi idi” – Mirmahmud Mirəlioğlu
“Dünyada və bölgədə cərəyan edən geosiyasi proseslərdə dünya Azərbaycanlılarının yeri və rolu”
“Böyük qarın kəraməti” – poeziya festivalı keçiriləcək
Helsinki Komissiyası münaqişəyə ikili standatlarla yanaşır – BAXIŞ BUCAĞI
Yağış və qara görə də pul yığılmağa başlandı - GÜNÜN TƏZADLARI