Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Ac qalacaq əcnəbi ailələr və vətənpərvər Trump – SİYASƏT
Tarix: 06.01.2017 | Saat: 16:44:00
Bölmə:Siyasət | çapa göndər

İki həftə sonra yenicə prezident seçilmiş Donald Trump vəzifəsinin icrasına başlayacaq. Amma indidən ölkəsini və dünyanı təşvişə salan çıxışları, bəzən isə qəti xəbərdarlıqları ilə artıq Barak Obamanı kölgədə qoya bilib. 

Trumpun son belə xəbərdarlığı dünyada özünə geniş şəbəkələr quran iri şirkətlərə edilib. Bir yandan baxanda, o, əslində Amerikanın və amerikalıların milli maraqlarına uyğun qərara gəlib. Nədir gələcəkdə icra edəcəyini dediyi bu qərar? Trump istəyir ki, daha çox qazanc əldə eləmək üçün xarici ölkələrdə zavod-fabriklər tikən Amerika şirkətləri öz sərmayələrini ABŞ-a yatırsınlar, okeanın o tayındakı hansısa dövlətin ərazisində tikdiyi zavodu vətənlərinə köçürsünlər ki, gündən-günə sayı çoxalan işsiz həmvətənləri evlərinə çörək apara bilsinlər. Məncə burada qəribə heç nə yoxdur, əslində vətənpərvərlik nümayiş etdirir və xalqının rəğbətini qazanmağa hesablanmış addımdır ki, atmaq istəyir.
Trumpun ilk gündən hədəf aldığı ölkələr Meksika və Çindir. Xatırlayırsınızsa, hələ təbliğat-təşviqat dövründə də deyirdi ki, ABŞ-ın Meksika ilə sərhədlərinə aşılmaz divar hörəcək. Niyə, çünki ABŞ-da törədilən cinayətlərin böyük hissəsinin müəllifi olan meksikalı qanunsuz miqrantların əlindən bezib. Çin isə həm dünya miqyasında siyasi-hərbi müstəvidə Vaşinqtonla kəllələşir, həm də Amerika məhsullarını bütün ölkələrin bazarlarından daha ucuz, amma keyfiyyətsiz malları ilə sıxışdırır. Hətta dolların dəyərdən düşməsinə də səbəb olur. Ona görə də bu iki ölkənin dərsini əvvəldən verib, gözlərini qorxutmağa çalışacaq.
Sonrakı və hətta paralel başlayacaq cəza tədbirlərinin hədəfində Avropa Birliyi də var. Çünki son vaxtlar bir sıra qlobal siyasi-hərbi və iqtisadi məsələlərdə “Qoca qitə” ABŞ-la dil tapa bilmir.

Yeni prezident özü iqtisadçıdır, ona görə də cəza tədbirlərini iqtisadi müstəvidə görmək əzmindədir. Deyir bu yolla hücuma keçəndə itkisi olmayacaq, əksinə, qazanacaq. Bəri başdan bildirim ki, Trump xaricdəki yatırımlarını vətənə qaytarmaq üçün şirkətləri ancaq hədələmir, paralel olaraq əlverişli gəlirlər də vəd edir. Ola bilsin bunun nəticəsidir ki, artıq dünyalarca məşhur “Ford” Trumpun xatirinə Meksikaya 1,6 milyard dollar yatırmaqdan vaz keçib, əvəzində ilkin olaraq Miçiqanda 700 yeni iş yeri yaradıb.


Qeyd edim ki, “Ford”un Meksikadan geri çəkdiyi layihəni Türkiyənin Gölcük rayonunda icra edəcəyi qərarlaşıb.

İndi isə baxaq görək Trump hansı şirkətlərə xəbərdarlıq edib?

Ford Motor Company – Amerika avtomobil nəhənginin Meksikadan çəkilmə qərarını, bayaq dediyim kimi, Trumpun xatirinə verdiyi bildirilirdi və şirkətin rəhbəri Mark Fields dolayısıyla bunu təsdiqləyib. Bildirib ki, ABŞ-ın daxili bazarında kiçiktutumlu yük maşınlarına tələbat azaldığından bu addımı atırdılar, amma gələcəkdə layihəni məsləhətli ölkələrdən birində həyata keçirəcəklər.

“Ford” Henri Ford tərəfindən 1903-cü il iyunun 16-da Miçiqanda qurulub və indi də baş iqamətgahı bu ştatın Dörborn şəhərində yerləşir. Hazırda illik gəliri 180 milyard dollardan çox olan şirkət demək olar ki, bütün ölkələrdə yerləşən toplam 200-dən çox bazarda maşın istehsal edib, satmaqdadır. Bu isə dünya miqyasında 200 minədək insanın evinə çörəkpulu aparması üçün iş yerləri deməkdir.
Xatırladım ki, “Ford” özünə bağlı “Jaguar” və “Land Rover”i 2008-ci ildə Hindistan şirkəti olan “Tata”ya, “Volvo”nu isə 2009-cu ildə Çinin “Geely” şirkətinə satıb.

“General Motors” - Trumpun bu həftəki tənqid oxuna tuş gələn şirkətdir. Trum deyib ki, bu şirkət də “Ford” kimi Meksikada pul qazanır, amma istehsal elədiyi kiçik tutumlu yük maşınlarını ABŞ bazarına vergi ödəmədən göndərir. Ona görə də yeni prezident “General Motors”un qarşısına şərt qoyub: ya məhsulunu ABŞ-da istehsal elə, ya da vergini ödə. Məlumat üçün deyim ki, “General Motors” və ya qısaca GM 1908-ci ildə ABŞ-da qurulub. Bu gün dünya miqyasında mövcud olan təsisatlarında 245 min işçi çalışır və illik gəliri təxminən 200 milyard dollardır. Şirkət yarandığı gündən 77 il ərzində dünyanın ən iri avtomobil şirkəti olsa da, sonradan birinciliyi “Toyota”ya verib.
Yeri gəlmişkən, Yaponiya firması olsa da, Trump “Toyota”ya da həddini bildirməkdə qərarlıdır...

“Carrier” – yeni dövlət başçısı Amerikanın bu kondinsioner istehsalçısından nə istəyir? Şirkət bu yaxınlarda təxminən min işçisini ixtisara salmaq istəyərkən Trumpun qara siyahısına düşdü. Trump vəzifəsinin icrasına hələlik başlamasa da, artıq İndianapolis şəhərində şirkətlə razılaşma imzalayıb və bununla da oradakı bağlanan iki zavodda çalışan 1400 fəhlənin həyəcanına son qoyulub.

“Apple” – Donald Trump hələ namizəd ikən demişdi ki, vergi təşviqini həyata keçirmək məqsədilə bu texnalogiya nəhəngi yeni sistem yaradacaq. Trump eyni vaxtda “iPhone” istehsalçısını xaricdə məhsul istehsalını artırdığına görə də tənqid eləmişdi və bildirmişdi ki, həmin istehsal müəssisələri mütləq Birləşmiş Ştatlara gətirilməlidir.
Xatırladım ki, bu “Apple” 1976-cı il aprelin 1-də qurulub və 1977-ci il yanvarın 9-da Apple Computer, Inc. adıyla sözünü deyən şirkət kimi formalaşıb.
Hazırda şirkətin 14 ölkədə 394 pərakəndə satış mərkəzi fəaliyyət göstərir. 135 milyard dollar illik gəliri ilə ən zəngin şirkətlərdən biri sayılan “Apple”də dünya miqyasında toplam 80 minədək işçi çalışır.

“Foxconn” – Yeyinti sənayesi texnalogiyası istehsal edən bu dünya nəhənginin hörməti Trumpun nəzərində ona görə enib ki, şirkət Çində sözün əsl mənasında böyük iş yerləri yaratmaqla məşğuldur, vətənində iş axtaran soydaşlar isə unudulub.
Qeyd edim ki, illik 110 milyard dollar gəliri olan “Foxconn”un qlobal miqyasda təsisatlarında toplam 1,3 milyon işçi çalışır. Bunların da əksəriyyəti, bayaq dediyim kimi, Çin vətəndaşlarıdır.
Onu da xatırladım ki, “Foxconn”un mərkəzi iqamətgahı Tayvanda yerləşir və bu səbəbdən də Trump haqlıdır…

“Macy's” - Trump miqrantlarla bağlı sərt çıxışlar edəndən sonra Amerikanın pərakəndə satış qrupu olan bu şirkət yeni prezidentin kişi geyim kolleksiyasını satmaqdan vaz keçdi. Yəni, necə deyərlər, özü yıxılan ağlamaz… Şirkətin qərarından sonra isə Trump qısa vaxt içində “Macy's”in əleyhinə 34 tweet atıb. Son olaraq isə Trump dekabrda “Yaxşı xəbər var, “Macy's”in səhmləri sürətlə enir. Heç kim onlardan mal almasın” deyə internet üzərindən çağırış eləmişdi.
Dünya bazarında məşhur olan “Macy's”nin ümumilikdə 1300 satış mərkəzi mövcuddur ki, bu da minlərlə işçiyə qazanc yeri deməkdir.

“Rexnord” – Sənaye istehsalçısı olan bu şirkət də Trumpun qəzəbinə gəlib. Buna səbəb isə şirkətin Milvaukidə yerləşən zavodunu Meksikaya köçürmək istəməsidir. Ona görə də Trump şirkəti Twitter üzərindən qəti xəbərdar eləmişdi. Amma şirkət qərarından dönməyəcəyini deməklə Amerikada 300 işçinin işini itirəcəyi qətidir.
Şirkətin həmçinin Rusiya, Ukrayna, Çin və sairdə də təsisatları var.

“Lockheed Martin” - Trump ötən günlərdə twitter hesabından etdiyi paylaşımda bildirmişdi ki, "F-35” proqramı və xərcləmələri nəzarətdən çıxıb. Onun fikrincə, yanvarın 20-dən sonra bu sahədə həyata keçirilən bütün hərbi və digər layihələrdə milyardlarla dollara qənat olunacaq.
Qeyd edim ki, “Lockheed Martin” öz sahəsinin lider olan, beynəlminəl, 1995-ci ildə

“Lockheed Corporation” və “Martin Marietta”nın birləşməsi ilə qurulmuş, inkişaf etmiş texnalogiyalı təyyarəqayırma şirkətidir. Mərkəzi Merilənd ştatında olsa da, dünyanın 56 ölkəsində, eləcə də ABŞ-ın 45 ştatında fəaliyyət göstərir. Təsisatlarda 140 min işçi çalışır.
“Boeing” – Amerikanın yeni siyasi lideri bu şirkəti də hədəf alıb. Trump aviasiya nəhənginin istehsal elədiyi və president üçün nəzərdə tutulan “Air Force One 747”inin xərclərini kəskin tənqid etmişdi. Xərclərin təxminən 4 milyard dollar olduğunu deyən Trump bunları söyləmişdi: “Boeing”in çox pul qazanmasını istəyirik, amma o qədər xərcləməyə razı deyilik". O, hətta “Air Force One” sifarişinin ləğvini də istəmişdi.
1916-cı ildə Villiam Edvard Boeing tərəfindən qurulmuş “Boeing” firmasının müəssisələrində 160 mindən çox işçi çalışır.

 

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.11.2017
19.11.2017
18.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV