Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"İvanişvili Saakaşvilini gec-tez məhv edəcək" - Gürcü politoloq
Tarix: 08.01.2017 | Saat: 10:40:00
Bölmə:Dünya | çapa göndər

Qiqi Uqulava Vahid Milli Hərəkat Partiyasında Saakaşvilinin komandasına qarşı olan qüvvələrə liderlik edəcək.

Hafta.az-ın İmereti Xəbər Agentliyinə istinadən xəbər verir ki, bunu gürcü politoloq Gela Vasadze deyib. Gela Vasadzenin sözlərinə görə artıq Saakaşvilinin ətrafında çirkin oyunlara start verilib:

“Mən insani baxımdan Uqulavanın həbsdən çıxmasına sevinirəm. Əminəm ki, Qiqi Uqulava Vahid Milli Hərəkat Partiyasında Saakaşvilinin komandasına qarşı olan qüvvələrə liderlik edəcək. Əgər qurultayda Saakaşvili tərəfdarlarının mövqeyi dəyişməsə, Uqulavanın komandası məhkəməyə gedəcək. Təsadüfi deyil ki, bu gün qurultayın qeyri-legitim olması haqqında bəyanat yayılıb. Əgər proseslər belə getsə, Uqulava Vahid Milli Hərəkatın yeni sədri olacaq. İvanişvili gec -tez Saakaşvilini məhv edəcək”.

Qeyd edək ki, noyabrın sonunda Vahid Milli Hərəkat Partiyasının qurultayı keçirilib. Burada növbəti qurultayın yanvarın 20-də keçirilməsi qərara alınıb. Üstəlik, Saakaşvili tərəfdarlarının təkidi ilə qurultayda 7 min nümayəndənin iştirakı təsdiqlənib. Məhz bu qurultayda partiyanın yeni rəhbərliyi məsələsinə aydınlıq gətirilməlidir. Saakaşvili tərəfdarları bu vəzifənin boş qalmasını istəyir. Buna etiraz edənlər isə partiyanın liderləri sayılan David Bakradze və Giga Bokeriyadır.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
27.07.2017
26.07.2017