Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“İslam Hərbi Alyansı Azərbaycana çox şey verə bilər” – Üzeyir Cəfərov
Tarix: 09.01.2017 | Saat: 16:10:00
Bölmə:Siyasət | çapa göndər

Bu gün Pakistan mətbuatında Azərbaycanın İslam Hərbi Alyansına (İHA) daxil olması barədə xəbərlər yayıldı. Ardınca ölkə mediası da Pakistan mətbuatına istinadla bu xəbəri tirajlamağa başladı. Üstündən heç iki saat keçməmiş Azərbaycan Xarici İşlər Nazirliyi yayılan xəbərləri təkzib etdi. XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycanın xarici siyasətinin gündəliyində hələlik belə bir məsələ yoxdur.

Hərbi ekspert Üzeyir Cəfərov hafta.az-a açıqlamasında bildirib ki, Xarici İşlər Nazirliyinin belə bir bəyanat verməsi o demək deyil ki, bu məsələ gündəlikdə yoxdur. On ildir ki, Azərbaycanın bu quruma daxil olması ilə bağlı müzakirələr aparılır:

“Nazirlik sözçüsü Hikmət Hacıyev bildirib ki, Azərbaycanın xarici siyasətinin gündəliyində hələlik belə bir məsələ yoxdur. Belə bir məsələ gündəmdə olub və var. Hər zaman da aktualdır. Bu xəbər Pakistan mətbuatında yayılıb. Deməli, gündəlikdə olması da inandırıcıdır. Adıçəkilən təşkilat qeyri-rəsmi şəkildə “İslam NATO-su” adlandırılır. İslam Hərbi Alyansı Azərbaycana çox şey verə bilər. Torpaqlarımızın 20 faizi hazırda işğal altındadır. Ölkəmizin haqq səsi hazırda nə BMT, nə də ATƏT tərəfindən yetərincə qiymətləndirilmir”.

Baxmayaraq ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür. Xarici İşlər Nazirliyi də qeyd etdi ki, rəsmi Bakı milli maraqlarımızdan irəli gələrək istənilən an bu təşkilatdan çıxa və başqa bir quruma üzv ola bilər. Ekspert Üzeyir Cəfərov hesab edir ki, İslam Hərbi Alyansı hərbçilərimizin öz bacarıq və qabiliyyətlərinin daha da inkişaf etdirməsi baxımından da önəmli təşkilatdır:

“Azərbaycan hərbçiləri təşkilata üzv olan 42 ölkə nümayəndəsi ilə təcrübə mübadiləsi aparmaq imkanına malik olacaq. Azərbaycan zabitləri İHA-nın təlimlərində yaxından iştirak edəcək. Ən azından bu “İslam NATO”su Ermənistana təzyiqlər göstərə bilər. Qarabağı boşaltması ilə bağlı işğalçılara xəbərdarlıq göndərə bilər”. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
18.12.2017
17.12.2017
16.12.2017
“Həyat yoldaşım da məni şeir yazdığım yerdə görməyib” – Rüstəm Behrudi
“Müstəqilliklə bağlı səsverməyə hazırlaşarkən oğlumu öldürdülər” – Mirmahmud Mirəlioğlu
“Nazarbayev türk millətinin birliyi və inkişafı üçün çalışır” – Ahmed Dağduran
ADU-nun birgünlük “xəlifələr”inin hüzurunda – “XƏLİFƏ GÜNÜ”NDƏN FOTOLAR
“İŞİD-ə qoşulan azərbaycanlı ailələrdən bir çoxu Kürdüstana aparılıb” - "Haşbi Şabi" komandanı
“Xarici işlər naziri zəng vurub dedi ki, Azərbaycana getməlisən” - Xayro Lopes Bolanyos
“Mavi balina” söhbəti yalandır” – diaspor rəhbərinin oğlunun ölümünün əsas səbəbi
“Azərbaycan Suriya münaqişəsinin həllində müəyyən mənada rol oynayır” – Əfşar Süleymani
Mikayıl Cabbarov vergilər naziri təyin olunub
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev