Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Məhkəmə proseslərinin 5 ilə kimi uzanmasının SƏBƏBLƏRİ NƏDİR?
Tarix: 09.01.2017 | Saat: 16:57:00
Bölmə:Sosial | çapa göndər

Bir neçə gün öncə sosial şəbəkələrdə Qubada baş verən “10 yaşlı Nuray işi” məhkəmə prosesləri ilə bağlı bir məsələni gündəmə gətirdi. Söhbət 5-6 aya yekunlaşa biləcək ailə-məişət problemləri və bu qəbildən olan məhkəmə işlərinin beş ildən də artıq bir vaxta qədər uzanmasından gedir. Məhkəmələrdəki “uzanma” prosesi qanundakı boşluqlarla əlaqədardır, yoxsa başqa obyektiv və subyektiv səbəblər də var?

Əvvəlcə Qubada baş verən məhkəmə prosesi ilə bağlı qısa arayış verək:

2012-ci ildə 1 noyabr 2006-cı il təvəllüdlü Nuray Əvəz qızı Bayramzadənin xalasından alınaraq atasına verilməsi qərara alınır. Bundan iki il əvvəl -  2010-cu ildə anasının vəfatından sonra uşaq Quba Rayon İcra Hakimiyyətinin sərəncamı ilə xalası M.Eldarovanın qəyyumluğuna verilir. Atası Əvəz Bayramovun iddiası əsasında 2012-ci ildə Quba Rayon Məhkəməsi uşağın atasına verilməsi haqqında qətnamə qəbul edir. Sumqayıt Apelyasiya Məhkəməsinin 28 avqust 2012-ci il tarixli qətnaməsi və Ali Məhkəmənin 10 aprel 2013-cü il tarixli qərarı ilə Quba Rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılır. 7 dekabr 2016-cı il tarixində Quba rayon icra şöbəsində son icra prosesi zamanı isə Nuray Bayramzadə baş verənlərdən ağır stress keçirir: Quba Rayon Mərkəzi Xəstəxanasının həkim-psixiatrı azyaşlının icra prosesində kəskin psixoemosional və fiziki təzyiqlərə məruz qaldığının şahidi olduğunu bildirib və yaşayış mühitinin dəyişdirilməsinin  ona mənfi təsir edəcəyi barədə rəy verir.

 Göründüyü kimi, prosesin bu qədər uzanması və ilkin mərhələdə öz həllini tapmaması məhkəmə icraçılarının üzərinə böyük məsuliyyət qoyur. Üstəlik, övladın ataya verilməsi ilə bağlı məhkəmə qərarı da var. Bəs o zaman 5-6 aya başa çata biləcək məhkəmə prosesi niyə bu qədər uzansın ki?

Hüquq müdafiəçisi Namizəd Səfərov hafta.az-a açıqlamasında bildirib ki, ailə-nikah məsələsi ilə bağlı məsələlərdə qanunda bir sıra boşluqlar var. Məhkəmə proseslərinin 5 ilə qədər uzanmasının əsas səbəbi Milli Məclisdən qaynaqlanır:

“Əsas səbəbkarlar məclisdə oturan deputatlardır. Çünki dünən qəbul edilən qanun layihəsi bugünkü ilə uzlaşmır. Bizdə bu sahədə boşluqlar var və bizim hazırkı qanunlar beynəlxalq qanunvericiliklə də uyğunlaşmır. Hər ölkədə qanunlarla bağlı kiçik fərqlilik meydana gələ bilər. Amma ümumi ədalət prinsipləri var və qanunlar bu prinsiplər üzərində bərqərar olmalıdır. İctimai münasibətləri tənzimləyən qanunlarımızda boşluqların əksəriyyəti dünyadakı ümumi ədalət prinsipləri ilə üst-üstə düşməməsi ilə bağlıdır”.  

Namizəd Səfərovun sözlərinə görə, bu gün Azərbaycanda bir sıra ictimai münasibətlər hüquq müstəvisindən kənarda qalır. Qubada məhkəmə icrası ilə bağlı olan məsələ yeganə deyil: “Nuray Bayramzadənin məsələsi ilə bağlı mən də maraqlandım. Bu psixoloji məsələdir. İcrası bir sıra amillərlə bağlıdır. Nurayın atası 5 il əvvəl məhkəməyə müraciət edib. O vaxt qanunla 5 yaşlı uşağın fikri nəzərə alınmır. Atanın öz uşağı ilə görüşməsinə ixtiyarı çatır. Ataya şərait yaradılmalı idi ki, o, özünə qarşı uşaqda məhəbbət oyatsın. Atanın övladı ilə görüşməsi təmin olunmalı idi. Məhkəmə icraçıları da Nurayın xalası, atası və azyaşlının özü ilə söhbətlər aparmalı idilər. Uşağın fikrinin dəyişməsində yardımçı olmalı və bununla da məhkəmə prosesinin uzanmasının qarşısı alınmalı idi. Bütün bunlar məhkəmə prosesinin 5 ilə qədər uzanmasına səbəb olub. Məhkəmə qərarı var, uşaq ataya verilməlidir. Bütün bu hüquqi prosedurlar icraçılar tərəfindən tərəflərə başa salınmalı idi”.

Hüquq müdafiəçisinin məhkəmə qərarlarının icrasının və ümumilikdə prosesin uzanmasında millət vəkillərini ittiham etməsinə Milli Məclisin deputatı Məlahət İbrahimqızı münasibət bildirib. Millət vəkili hafta.az-a açıqlamasında deyib ki, Nuray Bayramzadə məsələsində prosesin bu qədər uzanmasına görə Milli Məclisi ittiham edən hüquq müdafiəçiləri konkret fikir səsləndirməlidirlər:

“Yəni, Milli Məclisin qəbul etdiyi hansı qanunun hansı maddəsində boşluğun olduğunu deməlidirlər. Ondan sonra bu məsələyə münasibət bildirmək olar. Digər tərəfdən, ailə-məişət müstəvisində o qədər çoxşaxəli problemlərlə əhatələnmiş məhkəmə işləri var ki, proses beş yox on beş il də çəkə bilər. Vaxtilə bir problem olmuşdu. Ata övladını anasından bir həftəlik özündə saxlamaq adı ilə alıb aparmışdı. Sonra uşağın atası övladını götürüb xaricə getmişdi. On beş ildir ki, məhkəmə prosesi gedir. Çünki uşaq 18 yaşına çatmalı və ondan sonra buraya gəlməli və prosesdə kimin yanında qalmasını məhkəməyə bildirməlidir. Bildiyim qədər Nuray Bayramzadənin məsələsində də subyektivlik çoxdur. Nurayın bioloji atası öz övladını istəyir və məhkəmə də bu barədə qərar çıxarıb. Əgər ata valideynlik hüququndan məhrum edilməyibsə, o, övladına sahib çıxmaqda haqlı tərəfdir. Xalanın öz bacısı qızını 1 yaşından götürüb saxlaması isə hüquqi yox, əxlaqi məsələdir. Azərbaycan ailə gələnəyindən qaynaqlanan nüansdır. Bunun məsələnin hüquqi həllinə heç bir aidiyyəti yoxdur. Mən məhkəmənin bu qədər uzanmasının dəqiq detallarını bilmirəm. Onun hansı prosedurlardan keçməsindən də xəbərsizəm. Ona görə də məhkəmənin bu qədər uzanmasının dəqiq səbəbini deyə bilmərəm. Amma problemlərin çoxşaxəli olması və məhkəmə prosesinin uzanmasının qanundakı boşluqlarla heç bir əlaqəsi yoxdur”.

Hüquq müdafiəçisi Mehriban Zeynalova isə deyib ki, “Nuray işi”ndə də bir sıra düyünlü məsələ var. Onların öyrənilməsi üçün ola bilsin ki, proses bu qədər uzanıb:

“Bizim qanunvericilikdə beş yaşında yox, 10 yaşındakı uşağın qərarı nəzərə alınır. Onu da deyim ki, qanunvericilikdən əlavə bir sıra ölkələrdə uşaq xidmət mərkəzləri fəaliyyət göstərir. Bu cür qurumlar uşaqların vəziyyətinin qiymətləndirilməsi və azyaşlıların hansı valideynə verilməsinə kömək etməklə məşğuldur. Son 10 ildə baş verən olaylar göstərir ki, biz müəyyən dəyişikliklər etməliyik. Məsələn, Türkiyədə 24 saat fəaliyyət göstərən “Alo” xidməti var. Əgər Nuray Bayramzadə timsalında uşaqların problemi olduqda və onlar bu barədə məlumat aldıqda dərhal hərəkətə keçirlər. Həmin azyaşlıları müvəqqəti olaraq müəyyən uşaq mərkəzinə yerləşdirirlər. Həmin uşaqla işləməyə başlayırlar. Yəni, ona qarşı baş verəcək təsirlərdən kənarlaşdırırlar. Bizdə Bakıda isə hələlik bu xidmət tam formalaşdırılmayıb. Uşaqların hüquqlarının müdafiəsi baxımından boşluqlar kifayət qədərdir. Hər hansı uşaqla bağlı məhkəmə qərarı çıxarılanda qəyyumluq orqanlarına müraciət edilir. Burada nə qədər yaxşı mütəxəssislərin olması da sual altındadır. Nuray Bayramzadə deyir ki, mən anamın (xalasını - red.) yanında qalmaq istəyirəm. İlk növbədə bu cür problem yaşayan azyaşlılarla işləyə biləcək mütəxəssis lazımdır. Onunla bu barədə düzgün yanaşma, hansı formada danışmağın vacib olduğunu bilən ekspertləri, psixoloqları nəzərdə tuturam”.

Hüquq müdafiəçisinin sözlərinə görə, əgər uşaq valideynlərdən və ya qəyyumlardan birinin yanında qalırsa, azyaşlıya qarşı tərəfə aqressiv hisslər aşılandırılır:

“Bu hadisədə də biz obyektiv münasibətləri görə bilmirik. Nurayın məsələsində subyektiv münasibətlər var, subyektiv mövqelər isə obyektiv qərarın çıxarılmasına mane olur. Əgər uşağın valideynlərindən biri vəfat edirsə, digər valideyn uşağın qəyyumu hesab olunur. Əgər həmin şəxs məhkəmə qərarı ilə daha əvvəl valideyn hüququndan məhrum edilməyibsə. Amma atanın yaşadığı mühit, uşağın böyüdüyü məkan, atmosfer, azyaşlının da maraqları məhkəmə qərarları zamanı əsas götürülməlidir”. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.11.2017
18.11.2017
17.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV