Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Prezidentin müşavirəsi ötən ilin uğurlu hesabatı idi – EKSPERTLƏR
Tarix: 10.01.2017 | Saat: 17:31:00
Bölmə:Siyasət | çapa göndər

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib. Ölkə başçısı iclasda bir sıra məsələlərə toxunub.

Prezident iclasda giriş nitqi söyləyərək 2016-cı ildə dünyada və regionda təhlükələrin artdığını, qanlı müharibələrin davam etdiyini, hətta yeni münaqişə ocaqlarının yarandığını, iqtisadi inkişafla bağlı vəziyyətin də ağırlaşdığını deyib. Bildirib ki, bütün bunlara baxmayaraq, Azərbaycan 2016-cı ildə öz inamlı inkişafını davam etdirib, təhlükəsizlik tədbirləri təmin olunub, xalqımız sülh və əmin-amanlıq şəraitində yaşayıb. Ölkə başçısı keçən il Azərbaycana 8 milyard dollar xarici, 3,7 milyard dollar daxili sərmayənin qoyulduğunu, maaşların 7, pensiyalar 8 faiz artdığını və yenə də artmalı olduğunu qeyd edib.

Millət vəkili, Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri  Asim Mollazadə hafta.az-a açıqlamasında bildirib ki, ölkə başçısının ötən ilin yekunlarına həsr olunmuş tədbirdə 2017-ci il üçün qarşıya qoyduğu məsələlərin hamısının həll olunacağına onun heç bir şübhəsi yoxdur:

“Azərbaycan iqtisadiyyatının 2017-ci ildə şaxələnməsi, inteqrasiyası üçün dövlət bir sıra layihələr hazırlayıb. Onun icrasının həyata keçirilməsi nəzərdə tutulur. Bundan sonrakı illərdə iqtisadiyyatımızın neftdən asılılığı aradan qaldırılmalıdır. Prezident də buna xüsusi diqqət çəkdi. Ümid edirəm ki, bu il iqtisadi islahatlar üçün hazırlanan yol xəritəsi planı uğurla icra olunacaq. Həmçinin ölkə başçısı qeyd etdi ki, 2016-cı il dünya iqtisadiyyatı üçün ağır keçsə də, ötən il bizdə maaşlar 7, pensiyalar 8 faiz artıb və yenə də artmalıdır. Bu o deməkdir ki, əhalinin güzaranı dövlət rəhbərliyi tərəfindən diqqətdə saxlanılır. Ölkə başçısı ilin yekunlarına həsr olunan toplantıda bir məsələyə xüsusi diqqət çəkdi. O bildirdi ki, kommunal xidmətlərin diferensiallaşdırılması da sosial ədalət prinsipinə əsaslanıb. Yəni orta təbəqənin maraqları nəzərə alınıb. Sosial siyasətin tərkib hissəsi olan təhsilə ayrılan vəsaitlər də ötən il artırılıb. Çox güman ki, bu il də belə olacaq. Təkcə ötən il 485 məktəb təmir olunub, 29 yeni məktəb tikilib. Eyni zamanda, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması diqqətdə saxlanılıb. 2017-ci ildə də bu işlərin davamına ümid edirəm".

Azərbaycan Sosial Demokrat Partiyasının rəhbəri Araz Əlizadə isə deyib ki, ölkə başçısının ötən ilin yekunları və 2017-ci ildə görüləcək işlərlə bağlı səsləndirdiyi fikirlər vahid siyasi-iqtisadi inkişaf xətti götürmüş ölkənin öz cığırı ilə irəliyə getdiyinin göstəricisidir:

“Ölkə başçısının bugünkü toplantıda diqqət çəkdiyi məsələlərdən biri də sosial sahə idi. O, bir il ərzində görülən işlərdən danışdı. Dünyadakı iqtisadi böhran vəziyyətindən hər kəsin xəbəri var. Biz də dünya iqtisadiyyatının tərkib hissəsiyik. Buna baxmayaraq, ötən il bizdə hər sahədə inkişaf qeydə alınıb. Müəyyən sahədə artım tempi 5 faiz, digərində 7, o birində 10-15 faiz. Əsas odur ki, geriləmə yoxdur. Bu da o deməkdir ki, ölkənin vahid inkişaf strategiyası var. Prezident 2016-cı ildə paytaxtda inşaat sektorunun canlandırılması ilə bağlı bir çox tədbirlərin həyata keçirildiyini dedi. Bu proses insanların həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edəcək. Ötən il sosial evlərin tikintisi ilə bağlı məsələ gündəmə gəldi. Ümid edirik ki, imkansız və müəyyən olunmuş kateqoriyalara daxil edilmiş vətəndaşlar güzəştli şərtlərlə ev ala biləcəklər. Özü də bu çox güman ki, 2017-ci ilin sonu 2018-ci ilin əvvəlinə təsadüf edəcək”.

Millət vəkili Elman Nəsirov isə hesab edir ki, 2016-cı il Azərbaycan üçün bir sıra uğurlarla yadda qaldı. Bu baxımdan bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirədə sadalanan fikirlər ötən ilin uğurları ilə birbaşa əlaqəlidir:

“Prezidentin ilin yekunları ilə bağlı müşavirəsi ötən ilin uğurlu hesabatı idi. Cənab prezident qeyd etdi ki, Rio Olimpiadasında Azərbaycan medallarının sayına görə, Avropa ölkələri arasında 7-ci, keçmiş Sovet İttifaqı respublikaları arasında 2-ci, müsəlman ölkələri arasında isə 1-ci yerdə qərar tutdu. Bu ölkə rəhbərliyinin idmana diqqət və qayğısının bariz nümunəsi idi. Ölkə prezidenti müşavirədə dedi ki, 2017-ci il Azərbaycanda həm də “İslam həmrəyli ili” olacaq. Artıq bununla bağlı cənab prezident sərəncam da imzalayıb. Bu il ölkəmiz islam dünyasının mötəbər yarışı olan 4-cü İslam Oyunlarına da ev sahibliyi edəcək. Bütün bunlar Azərbaycanın islam dünyasında aparıcı yerlərdən birinə sahib olduğunu deməyə əsas verir”. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
19.10.2017
18.10.2017