Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Prokuror qadınları qarət edən şəxsə 10 il cəza istədi
Tarix: 11.01.2017 | Saat: 13:55:00
Bölmə:Hadisə | çapa göndər

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirləndirilən Rəşad Məlikovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə iş üzrə məhkəmə istintaqının yekunlaşdığı elan edilib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 10 il azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili müdafiə çıxışı üçün vaxt istəyib və iş üzrə məhkəmə prosesi yanvarın 16-a təyin edilib.

Qeyd edək ki, 2016-cı ilin iyun ayında R.Məlikov Nəsimi rayonu ərzisində 6 qadına qarşı soyğunçuluq etməkdə təqsirli bilinib. O, həmin qadınların qızıl-zinət əşyalarını ələ keçirməkdə şübhəli bilinərək, Nəsimi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən saxlanılıb. R.Məlikov Cinayət Məcəlləsinin 180-ci (soyğunçuluq) maddəsi ilə ittiham olunur.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
28.03.2017
27.03.2017