Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
BMT-də Ermənistanın işğalçılıq siyasətindən danışılıb - MÜZAKİRƏ
Tarix: 11.01.2017 | Saat: 14:02:00
Bölmə:Siyasət | çapa göndər

Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatı (BMT) yanında daimi nümayəndəsi Yaşar Əliyev yanvarın 10-da BMT Təhlükəsizlik Şurasının (TŞ) münaqişələrin qarşısının alınmasına və sülhün qorunub saxlanılmasına dair müzakirələrə həsr olunmuş iclasında çıxış edib. Münaqişələrin qarşısının alınması və sülhün qorunub saxlanılması üzrə açıq müzakirələrin Təhlükəsizlik Şurasında təşkilinə görə BMT TŞ-də sədrlik edən İsveç nümayəndə heyətinə təşəkkürünü bildirən və 2017-ci ili sülh ili elan etməyə çağıran Antoniu Quterreşin 1 yanvar tarixli çıxışına yüksək qiymət verən Azərbaycan diplomatı ölkəmizin sülh və təhlükəsizliyə tərəfdar olduğunu vurğulayıb.

Y.Əliyev qeyd edib ki, münaqişələrin sülh yolu ilə nizamlanması prinsipi BMT Nizamnaməsinin və beynəlxalq hüququn əsaslarından biridir. Bu prinsipin əsas məqsədi bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə və siyasi müstəqilliyinə hörmətlə yanaşmağı, beynəlxalq münasibətlərdə zor tətbiqi təhdidindən, yaxud zor tətbiqindən çəkinməyi dövlətlərin öhdəsinə qoymaqdan ibarətdir. Beynəlxalq hüquq münaqişələrin qarşısının alınmasında və ya həllində təkcə nəticənin əldə olunmasını deyil, həm də bu nəticənin müəyyən normalara müvafiq proseslə müşayiət olunmasını tələb edir. İlk növbədə, Birləşmiş Millətlər Təşkilatının əsas orqanları tərəfindən qəbul edilmiş qətnamələrin, məsələn, mübahisəli məsələlərin sülh yolu ilə həllinə, münaqişələrin qarşısının alınmasına və nizamlanmasına dair qətnamələrin icrasına xüsusi diqqət yetirmək lazımdır.

Y.Əliyev iclas iştirakçılarına müraciət edərək deyib ki, Ermənistanın Azərbaycana qarşı davam etməkdə olan təcavüzü Azərbaycan ərazisinin xeyli hissəsinin, o cümlədən Dağlıq Qarabağ regionunun, ətraf yeddi rayonun və Azərbaycanın bəzi eksklavlarının işğalına, on minlərlə insanın ölümünə, şəhərlərin dağıdılmasına, bir milyondan çox azərbaycanlının doğma yurd-yuvasından zorla didərgin salınmasına və onların əmlakının itirilməsinə gətirib çıxarıb.

Beynəlxalq humanitar hüququn ciddi pozuntuları, münaqişə zamanı törədilən hərbi cinayətlər və soyqırımı aktları haqqında danışan Azərbaycan diplomatı qeyd edib ki, erməni silahlı qüvvələri və bu qüvvələr ilə bağlı olan hərbi birləşmələr tərəfindən Azərbaycanın Dağlıq Qarabağ regionunda yerləşən Xocalı şəhərinin mülki şəxslərinə və müdafiəçilərinə qarşı törədilən dəhşətli cinayətin bu ilin fevralında 25-ci ildönümü qeyd ediləcək. O vurğulayıb ki, 1992-ci ilin fevralında baş vermiş Xocalı qırğını mülki əhalinin kütləvi surətdə məhv edilməsi ilə bağlı çox böyük faciədir.

Təhlükəsizlik Şurası 1993-cü ildə Azərbaycana qarşı zor tətbiq etdiyinə, onun ərazilərini işğal etdiyinə, mülki əhaliyə hücumlara və yaşayış məntəqələrinin bombalanmasına görə Ermənistanı pisləyən dörd qətnamə (822, 853, 874, 884) qəbul edib. TŞ bu qətnamələrdə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşdığını təsdiq edib. O, bir daha bəyan edib ki, Dağlıq Qarabağ regionu Azərbaycanın ayrılmaz tərkib hissəsidir və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edib.

Qan tökülməsini dayandırmaq, minlərlə insanın həyatını xilas etmək və Ermənistanın inkişafına və tərəqqisinə sərmayə yatırmaq üçün real imkanın olduğu bir vaxtda bu ölkə özünün işğalçılıq siyasətindən əl çəkməyib və bu günə qədər davam etdirir. BMT Təhlükəsizlik Şurasının prinsipial tələbləri indiyə qədər təmin olunmayıb, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı çərçivəsində təqribən 25 il ərzində aparılan vasitəçilik səyləri heç bir nəticə verməyib.

Bildirilib ki, Ermənistan sülh haqqında konstruktiv danışıqlara başlamaqdan məqsədyönlü şəkildə imtina edir, münaqişənin nizamlanması prosesinə mane olur, münaqişə zonasında vəziyyəti gərginləşdirmək üçün müntəzəm surətdə müxtəlif provokasiyalara əl atır və indiki status-kvonu möhkəmləndirməyə çalışır.

Y.Əliyev çıxışının sonunda deyib ki, münaqişənin möhkəm və uzunmüddətli həllinə nail olmaq üçün yeganə vasitə Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının tələblərinə tam müvafiq şəkildə Azərbaycanın Dağlıq Qarabağ regionundan və işğal edilmiş digər ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını təmin etməkdir.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.11.2017
23.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
Gəlin, ailə mədəniyyətini birlikdə qoruyaq
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ