Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Qarabağ məsələsi Azərbaycan üçün həmişə ön planda olub” – Zahid Oruc
Tarix: 11.01.2017 | Saat: 15:03:00
Bölmə:Müsahibə | çapa göndər

Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirildi.Ölkə başçısı ötən ilin yekun hesabatında Dağlıq Qarabağ məsələsinə də toxundu. Prezident bir daha bildirdi ki,  Azərbaycan heç vaxt öz torpağında ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcək. Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaq:

“İşğalçı rejim, Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bu, onlar üçün o qədər də yaxşı olacaq”.

 Prezidentin 10 yanvar müşavirəsində Dağlıq Qarabağla bağlı söylədiklərini millət vəkili Zahid Oruc hafta.az-a müsahibəsində detallı şərh edib. Zahid Oruca görə, ölkə başçısı ötən günkü müşavirədə Dağlıq Qarabağ məsələsindən danışarkən Ermənistana açıq müharibə mesajları verib.

 

- Zahid bəy, ölkə başçısının Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı dünənki çıxışını necə qiymətləndirirsiniz? 2017-ci ildə bu istiqamətdə Azərbaycan tərəfi nə kimi addımlar ata bilər? Aprel döyüşlərinin yenidən təkrarlanma ehtimalı varmı?

- Ölkə başçısı İlham Əliyev ötən günkü müşavirədə Dağlıq Qarabağ məsələsindən danışarkən açıq müharibə mesajları verdi. Bu həm də işğalçı Ermənistan rejiminə bir mesaj idi. Prezident dünən bir daha bəyan etdi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları bəllidir. Azərbaycanın mövqeyi  dəyişməz olaraq qalır. Bütün işğalçı qüvvələr torpaqlarımızdan çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Ölkə rəhbəri nazirlərlə ötən ilin hesabatını verərkən bunları söylədi. Bu o demək idi ki, həm aprel döyüşlərindən sonrakı vəziyyət, həm də hazırki regional durumun prespektivləri bizə Ermənistanla müqayisədə xeyli üstünlüklər qazandırıb. Ölkə başçısı da dünənki çıxışında məhz bu amilə diqqəti yönəltdi. İlk baxışdan dünyada gedən iqtisadi böhran və bunun ölkəmizə təsiri, sosial-iqtisadi vəziyyət sanki Qarabağ məsələsini ikinci plana atmış kimi görünə bilər. Qətiyyən bu belə deyil. Azərbaycan üçün həmişə ön planda olub. Cəmiyyətdə bunun əksini düşünənlər də mövcuddur. Reallıq ondan ibarətdir ki, ən çətin şəraitdə belə Azərbaycan xalqı, cəmiyyətimiz Qarabağ məsələsi üçün birləşməyi bacardığını ortaya qoyub. Ötən ilin aprel döyüşləri vaxtı biz bunun bir daha şahidi olduq. 1994-cü ildə imzalanan atəşkəsin üstündən 22 il keçib. O dövrdən bəri ilk dəfədir ki, belə bir situasiya formalaşıb. Bu da ondan ibarətdir ki, Azərbaycan bütün sahələrdə Ermənistandan üstün olduğunu nümayiş etdirə bilir. Bu reallıqdır. Mənə elə gəlir ki, Qarabağ üçün Azərbaycanın mövqeyinin həlledici xarakter daşıması Minsk Qrupunun da həmsədrlərinə də təsir edir. İndi onlar danışıqların birinci Qarabağ savaşı dövründəki qarşı tərəfin əldə etdiyi məlum üstünlük əsasında aparmağın qeyri-mümkün olduğunu görürlər.

-Aprel döyüşlərindən sonra münaqişə tərəflərinin bugünkü real vəziyyəti necədir?

-Hazırda Qarabağ münaqişəsi ilə bağlı qəribə mənzərə formalaşıb. Bu qəribəlik ondan ibarətdir ki, birinci müharibənin qalibi olan dövlətin hərbi və siyasi gücü yoxdur ki, həmin şəraiti həlledici müqavilə ilə tamamlasın. O vaxt məğlub vəziyyətdə olan dövlət isə böyük bir inkişaf yolu keçib. Hətta qeyd etdiyimiz maliyyə qeyri-sabitliyi, dünya iqtisadi böhranının ölkəmizə təsiri, iqtisadiyyatdakı qeyri-dayanıqlı böhran elementləri də Ermənistanla müqayisədə Azərbaycanı fərqli bir yerə qoyur.

-Əgər Azərbaycanın Ermənistan üzərində real üstünlüyü varsa Qarabağ münaqişəsinin həlli istiqamətində 2017-ci il hansı nəticələrlə yadda qala bilər?

- Düşünürəm ki, ən azı iki aspekdə prosesləri izləmək imkanımız olacaq. Birincisi ondan ibarətdir ki, bundan sonra demək olar ki, hər həftə atəşkəsin pozulması nəticəsində itkilər davam edəcəkdir. Biz bunu birdəfəlik qəbul etməliyik. Əgər hər gün Ermənistan və Azərbaycan tərəfindən bir əsgərin həyatdan getməsi belə işğalçı dövlət üçün bizə nisbətən daha ağır zərbə almaq deməkdir. Çünki erməni tərəfinin insan resursları kifayət qədər aşağıdır. Həmçinin bu hal Dağlıq Qarabağa köçürülən, orada məskunlaşan əhalinin həmin ərazilərdən sürətli köçünə təsir edir. Bir yandan erməni anaları daha az övlad dünyaya gətirməkdə qərarlıdırlar. Digər tərəfdən, dünyaya gələnlərin mühüm bir hissəsi gənc nəsil olaraq Qarabağı və Ermənistanı tərk edir. İkinci mühüm məsələ ondan ibarətdir ki, beynəlxalq dairələr Qarabağ məsələsi üzərindən Azərbaycana təsir etmək mövqeyini sınaqdan keçirsələr də uğursuzluğa düçar olublar. Avropa Şurasından Avropa Parlamentinə qədər bizə qarşı müxtəlif addımlar atılıb. Bütün bunlar Dağlıq Qarabağ məsələsində Azərbaycanı güzəştə getməyə məcbur edə bilməyib. Əvəzində Rusiya-Azərbaycan münasibətlərinin yeni bir dönəmə daxil olması 2017-ci il üçün bu istiqamətdə müəyyən sistematik ümidlər yaradır. Yəni, Ermənistanda anti-Kreml, anti-Putin isterikası davam etdiyi müddətdə bu hal regional şəraitdə bir dəyişiklik formalaşdıra bilər.

-Türkiyə-Rusiya münasibətlərinin normallaşması  2017-ci ildə Dağlıq Qarabağ probleminin həllinə müsbət təsirini göstərə bilərmi?

- Türkiyə və Rusiya arasında Suriya məsələsinə baxışda yeni bir formatın formalaşması ümid verir ki, iki dövlət arasındakı düşmənçiliyin qurbanı olan Qafqaz dövlətləri bu sırada yeni bir prespektivlə üz-üzə qala bilərlər. Bu da ondan ibarətdir ki, Ermənistan nə qədər qəbul etməsə də Azərbaycan tərəfi iki ölkənin- iki imperiya varisinin münasibətlərinin yaxşı olmasında maraqlıdır. Bu avtomatik olaraq Qarabağ məsələsinə də təsir edə bilər. Arzu edək ki, 2017-ci ildə Türkiyənin siyasi gündəminin nə qədər sıx olmasına, terror təhdidlərinə baxmayaraq, Qarabağla bağlı Rusiya ilə Türkiyə arasında bir anlaşma tapılsın. Bu nüans beynəlxalq dairələri avtomatik olaraq kənarda qoya bilər. Belə olan təqdirdə 2017 –ci il Azərbaycan, Dağlıq Qarabağ məsələsi üçün normal bir istiqamətdə gedəcək. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.09.2017
22.09.2017
21.09.2017