Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“ABB bu il sağlamlaşdırılacaq” - Xalid Əhədov
Tarix: 11.01.2017 | Saat: 17:11:00
Bölmə:Gündəm | çapa göndər

Azərbaycan Beynəlxalq Bankı (ABB) bu ilin sonuna qədər sağlamlaşdırma proqramını başa çatdırmaq niyyətindədir. Bunu “APA-Economics“ə açıqlamasında ABB-nin İdarə Heyətinin sədri Xalid Əhədov bildirib.

Onun sözlərinə görə, sağlamlaşdırma proqramı çərçivəsində həm dövlət qurumları, həm də beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edilir. “Əməkdaşlıq ciddi koordinasiya şəklində həyata keçirilir. Güman edirəm ki, bu il ərzində bankın sağlamlaşdırılmasına nail ola biləcəyik”, - deyə X. Əhədov qeyd edib.
Bankir hazırda ABB-nin balansında olan toksik aktivlərin həcmini açıqlamayıb: “Bu yaxınlarda bununla bağlı ətraflı məlumat veriləcək”.
X. Əhədov əlavə edib ki, Maliyyə Sabitliyi Şurası bankın sağlamlaşdırılması prosesində aktiv iştirak edir. Bankir bankın xərclərinin optimallaşdırılması istiqamətində atılan addımların da uğurla davam etdiyini bildirib: “Biz qeyri-profil aktivlərimizə yenidən baxırıq”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.08.2017
22.08.2017