Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Prezident Cənub Qaz dəhlizinin reallaşması üçün siyasi iradə ortaya qoyub” – Vahid Əhmədov
Tarix: 11.01.2017 | Saat: 17:21:00
Bölmə:Siyasət İqtisadiyyat | çapa göndər

Ölkə prezidenti ötən gün müşavirə keçirərək xalq qarşısında yola salınan 365 günün hesabatını verdi. Prezident İlham Əliyev müşavirədə bir sıra məqamlara toxundu. Onlardan biri də Cənub Qaz Dəhlizi ilə bağlı Qərb dövlətlərinin yürütdüyü ikili standartlar idi. Daha doğrusu, sözlərinin üzərində dayana bilməməsidir.  

Ölkə prezidenti 10 yanvar müşavirəsində bildirdi ki, Qərbin bir sıra maliyyə qurumları Azərbaycana təzyiq edib nəyəsə nail olmaq istəyirlər. Ona görə də TANAP və TAP kimi layihələrin reallaşmasının qarşısını almağa çalışırlar. Prezident qeyd etdi ki, narahat olmağa dəyməz, heç kim Cənub Qaz Dəhlizinin reallaşmasına maneə yarada bilməz.

Ölkə başçısının çıxışını şərh edən millət vəkili Vahid Əhmədov hafta.az-a açıqlamasında bildirib ki, layihənin reallaşması üçün cənab prezident öz siyasi iradəsini ortaya qoyub:

“Cənub Qaz Dəhlizi Azərbaycan üçün önəmli bir layihədir. Bu məsələ ölkə başçısının təkidi nəticəsində həyata keçirilməkdədir. Bir sıra dövlətlər var ki, bu layihənin həyata keçməsini istəmirdi. İndi də istəmiyənlər az deyil, istəmirlər ki, Azərbaycan qazı Avropaya nəql olunsun. Hazırda ölkə rəhbərliyinin nəzarəti altında layihənin işlənilməsinə başlanılıb. 2018-ci ildə ilk qaz TANAP və TAP layihəsi üzrə Azərbaycandan Avropa marşrutu üzrə yola çıxacaq. Əvvəl bir sıra Qərb dövlətləri də bu layihənin həyata keçirilməsində, ona maliyyə yardımı  ayrılmasında maraqlı idilər. Son vaxtlar həmin dövlətlər daha çox Rusiyadan qaz nəql etdikləri üçün Cənub Qaz Dəhlizinə pul buraxmaqda soyuqluq nümayiş etdirirlər. Buna baxmayaraq, Asiya banklarından kreditlər götürülməklə bu məsələ öz həllini tapır, maliyyə problemi aradan qalxır”.

Vahid Əhmədov bildirib ki, yaxın bir neçə ildə iri dövlətlər bu layihədə iştirak edəcəklər:

“Ümumiyyətlə, bu layihə Azərbaycan üçün çox önəmlidir. Cənub Qaz Dəhlizi projesi Azərbaycanın həm iqtisadi, həm də siyasi müstəqilliyinin qorunması baxımından çox önəmlidir. Ona görə də bu layihə mütləq həyata keçirilməlidir. Yenə deyirəm, prezident İlham Əliyev bunun reallaşması üçün gərgin əmək sərf edir. Layihənin həyata keçirilməsində real tərəfdaş problemimiz yoxdur. Artıq müqavilələr imzalanıb, layihənin həyata keçirilməsində maraqlı olan dövlətlərlə Azərbaycan arasında razılaşmalar imzalanıb”.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
29.06.2017
28.06.2017
27.06.2017