Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməlidir
Tarix: 11.01.2017 | Saat: 17:27:00
Bölmə:Gündəm | çapa göndər

Dünya ictimaiyyəti Dağlıq Qarabağ münaqişəsinin həllinə kömək etməlidir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən hafta.az-a verilən məlumata görə, bunu Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Kerol Meri Krofts Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla görüşündə deyib.

Ermənistanın hazırki status-kvonu davam etdirməsindən təəssüfləndiyini bildirən səfir qeyd edib ki, Böyük Britaniya münaqişənin sülh yolu ilə həllini dəstəkləyir.

Görüşdə həmçinin səfirlik tərəfindən məcburi köçkün olan şagirdlərə müvafiq məktəb ləvazimatının verilməsi məsələsi də müzakirə olunub.

Diplomat siyasi, iqtisadi, enerji təhlükəsizliyi, mədəni və digər sahələrdə mövcud olan qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi işində səylərini əsirgəməyəcəyini deyib

O, həmçinin iki ölkə arasında müxtəlif sahələrdə bir sıra layihələr üzərində iş aparıldığını qeyd edib.

Səfir Kerol Meri Krofts ölkəsinin Azərbaycan ilə 20 ildən artıqdır ki, uğurlu əməkdaşlıq etdiyini, BP-nin ölkəmizə ən böyük sərmayə yatıran şirkət olduğunu bildirib. Azərbaycanda olduğu müddətdə respublikanın müxtəlif bölgələri ilə də tanış olduğunu deyən səfir Azərbaycan xalqının qonaqpərvərliyinin onda dərin təəssürat yaratdığını, son illər Azərbaycanın sürətli inkişafını, ölkənin beynəlxalq aləmdə nüfuzunun daha da artdığını xüsusi vurğulayıb.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
25.06.2017
24.06.2017
23.06.2017