Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Qobu qəsəbəsində yeni elektrik stansiyası tikilir
Tarix: 11.01.2017 | Saat: 18:15:00
Bölmə:Sosial | çapa göndər

Azərbaycanın qədim yaşayış məskənlərindən biri də Abşeron rayonunun Qobu qəsəbəsidir. Qeyd edək ki, adıçəkilən qəsəbə getdikcə inkişaf edir, böyüyür. Tikilən yaraşıqlı binalar, salınmış yeni yaşayış sahələri qəsəbəni daha da gözəlləşdirir. 

Bu dəfə yolumuzu həmin ünvandan saldıq. Bakı şəhər “Avtovağzal”dan qəsəbəyə 567 saylı marşrut avtobusu işləyir. Xatırladaq ki, qəsəbəyə gələn mərkəzi yol yenidən çəkilib. Sakinlərin dediklərinə görə, əvvəllər həmin yol çox bərbad vəziyyətdə olub. Yolun çalaları dərin olduğundan, şəhərdən gələn marşrut avtobusu pis işləyirdi, hətta 15 dəqiqəlik yolu bir saata gəlirdi, bəzən də sınıb yolda qalırdı. Bu da sakinlərin haqlı narazılığına səbəb olurdu. Artıq bu problem arxada qalıb. Belə ki, Qobuya gələn mərkəzi yol dövlət səviyyəsində standartlara uyğun çəkilib. Şəhərdən gələn marşrut avtobusu 10 dəqiqədən bir qrafikə uyğun işləyir, qısa bir vaxt ərzində sərnişinləri mənzilbaşına çatdırır. Qəsəbənin mərkəzində sakinlərin istirahəti üçün park salınıb. Sakinlər asudə vaxtlarında uşaqları ilə birlikdə gəlib həmin parkda dincəlirlər, istirahət guşəsinə müasir tipli “söhbətgah”, uşaq oyuncaqlarına kimi qoyulub. Eləcə də qəsəbədə fəaliyyət göstərən uşaq bağçası əsaslı təmir edilib. Bağçanın həyətində salınmış yaşıl qazon, əkilən ağaclar, eləcə də quraşdırılan müasir tipli “söhbətgah”lar və uşaq oyuncaqları öz səliqə-sahmanı ilə diqqət çəkirdi. Bir sözlə, isti günlərdə adıçəkilən bağçanın həyətində uşaqların dincəlməsi və oynaması üçün hər cür şərait yaradılıb. Qəsəbədə ikimərtəbəli Sənətkarlar Evi də fəaliyyət göstərir.


Sonra Qobu Qəsəbə İnzibati Ərazi Dairə Nümayəndəliyində də olguq. Qəsəbə nümayəndəsi Vüqar Daşdiyev “Həftə içi”nə qəsəbədə görülən işlərdən danışdı. Bildirdi ki, Qobu qəsəbəsinin ərazisi genişlənib: “Təzə salınmış yaşayış massivləri, ağ mişar daşından tikilən fərdi yaşayış evləri qəsəbənin infrastrukturunu dəyişdirib. Artıq qəsəbə ərazisində 20 min əhali yaşayır ki, bundan 12 min 500 nəfərinin qeydiyyatı var. 8 küçəni özündə birləşdirən qəsəbənin məhəllədaxili yolları mütəmadi olaraq təmir edilir. Qobunun Lökbatan ərazisində 7 kilometrə qədər yolu dövlət səviyyəsində standartlara uyğun çəkilir.
Vüqar Daşdiyev qəsəbədə “mavi yanacaq”, işıq və su sarıdan heç bir problemin olmadığını dedi. Söylədi ki, adıçəkilən qəsəbəyə yeni su xətti çəkilib, köhnə təbii qaz və elektrik xətləri isə yenisi ilə əvəzlənib: “Yeri gəlmişkən qeyd edim ki, qəsəbənin 95 faiz hissəsi qazlaşdırılıb, evlərə “SMART-kart” tipli sayğaclar qoyulub. Təzə tikilən fərdi yaşayış evlərinə də qaz xətləri çəkilir”.


Qəsəbə nümayəndəsi vurğuladı ki, qəsəbənin əsas problemlərindən biri bu günə kimi kanalizasiya şəbəkəsinin olmamasındadır. Onun sözlərinə görə, çirkli kanalizasiya və yağış sularının axıdılması yolqırağı betondan çəkilmiş kanallar vasitəsilə həyata keçirilir: “Dövlət Proqramı çərçivəsində qəsəbənin kanalizasiya şəbəkəsinin qurulması da nəzərdə tutulub. Qəsəbə ərazisində yeni yarımelektrik stansiyası tikilir. Həmin şəbəkə bu ilin əvvəllərinə kimi təhvil veriləcək. Yeri gəlmişkən qeyd edim ki, torpaqların alqı-satqısı, hərraca getməsi kimi bütün bu proseslər Qobu Bələdiyyəsi tərəfindən həyata keçirilir. Ağacəkmə kampaniyasında da yaxından iştirak edirik. Payız mövsümündə qəsəbə ərazisində 200-ə yaxın ağac əkilib. Diqqətinizə çatdırım ki, qəsəbədə tarixi abidə kimi qədim hamam binası Mədəniyyət və Turizm Nazirliyinin balansındadır. Bu il onun təmir edilməsi nəzərdə tutulub. Qəsəbədə görülən işlər planlı, mərhələli şəkildə həyata keçirilir. Görüləcək işlərimiz də çoxdur”. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
27.02.2017
26.02.2017
25.02.2017