Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Rəhbərlikdə kişi və ya qadının təmsilçiliyinin onəmi yoxdur” - MÜSAHİBƏ
Tarix: 11.01.2017 | Saat: 19:15:00
Bölmə:Müsahibə | çapa göndər

Azərbaycan Milli Elmlər Akademiyasının “Alimlər evi”nin yaradılmasından bir il ötür. Hafta.az-ın suallarını qurumun direktoru, tarix üzrə fəlsəfə doktoru Nuridə Quliyeva cavablandırıb. Əvvəlcə “Alimlər evi” barədə məlumat verən N.Quliyeva bütün sivil ölkələrdə eyniprofilli elm mərkəzinin olduğunu deyib.

- Azərbaycan Milli Elmlər Akademiyası elmi potensialına görə, bir çox ölkələrdən üstündür, çünki bizim elmi nailiyyətlərimiz, elmi-texniki bazamız, alimlərin sayına görə uğurlarımız digər ölkələrdən heç də geri qalmır. Belə olan halda, “Alimlər evi” bu sahəyə dəstək olmaqla yanaşı, həm də ehtiyac kimi yaradıldı. Bir il əvvəl isə Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadənin göstərişi ilə Mərkəzi Kitabxananın nəzdində “Alimlər evi”nin açılışı

oldu. Bu işdə əsas məqsəd tanınmış dövlət və ictimai xadimlərlə görüşlər keçirmək, alimlərin ölkədaxili və beynəlxalq həyatda baş verən hadisələrin müzakirəsi və informasiya mübadiləsinə şərait yaratmaqdır. Ölkə alimləri arasında sıx dostluq münasibətləri qurmaq, onların bir-biri ilə elmi müzakirələr aparmalarına şərait yaratmaq, dünyada keçirilən elm və texnologiya sərgilərində akademiyanın pavilyonlarını təşkil etmək qurumun əsas hədəflərindəndir. Bu ev bir növ alimlərin yığıncaq məkanıdır.
- İki gün əvvəl baş tutan tədbiriniz bəstəkar Üzeyir Hacıbəyliyə həsr olunmuşdu. Mədəniyyətlə elmi bir araya gətirmək ideyası haradan yarandı?
- “Alimlər evi”nin və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının "Musiqi məbədindən elm məbədinə" adlı birgə layihəsi çərçivəsində “Üzeyir Hacıbəyli - görkəmli bəstəkar, alim, şəxsiyyət” mövzusunda musiqili lektoriya təşkil olundu. Lektoriyanın əhəmiyyətliliyi ondan ibarətdir ki, musiqi sahəsində fəaliyyət göstərən alimlər, musiqiçilər təcrübələrini paylaşır, bu sahəyə marağı olan insanların biliklərini daha da zənginləşdirir. Layihə çərçivəsində ayda bir dəfə olmaqla, müxtəlif mövzularda tədbir keçirəcəyik. İlk layihəımizi isə həm elm aləmində, həm də musiqi mədəniyyətimizdə böyük izi olan Üzeyir bəyə həsr etdik. Üzeyir Hacıbəyli həm də Milli Elmlər Akademiyasının qururcularından olan 15 nəfərədən biridir və hesab edirəm ki, o, elm məbədində anılmağa daha çox haqqı çatan şəxsiyyətlərimizdəndir. Bundan başqa, burada elmlə musiqinin, incəsənətin sintezini yaratmaqla alimlərin marağını nəzərə alrıq.
- Bu, davamlı olacaqmı?
- Növbəti tədbirimizi dünya klassikasına həsr edəcəyik, Avropa klassik musqisinin nümayəndələrindən biri Motsartdan olacaq. Elmə musiqi çaları qatmaqla alimlərin mədəni istirahətinə çalışırıq.
- Yaşlı nəslin klassikaya marağı hər zaman olub, bəs gənc nəslin necə?
- Çox yüksək səviyyədə. Artıq bizim tədbirlər elm içində bir bayrama çevrilib. Hətta bir il əvvəldən maraqlanırlar, gənc alimlər bu tədbirlərə qatılmaq üçün daha aktivdilər.
- “Alimlər evi” həm də ölkədə elm festivallarının keçirilməsini reallaşdırır. Ümumiyyətlə, bu festivallar nə verir cəmiyyətə?
- Elm festivalları artıq bir hərəkata çevrilib və bütün dünyada keçirilir. İlk dəfə 19-cu əsrin əvvələrində İngiltərədə keçirilib. İngilis alimləri əldə etdiyi nailiyyətləri cəmiyyətə çatdırmaq üçün bu üsuldan istifadə ediblər – mərkəzi meydanlara laboratoriyadan təcrübə eksponatlarını nümayiş etdirməklə sadə insanlarda maraq yaradıblar. Beləliklə, bu maraqlı aksiya bütün dünyanı bürüyüb. On bir ildir ki, Rusiyada da elm festivalı keçirilir. Azərbaycan, postsovet məkanında Rusiyadan sonra elm festivalı keçirən birinci dövlət sayılır. Təkcə Bakıda 12 məkanda elm festival keçirdik. Məqsəd əldə olunan elmi nailiyyətləri nümayiş etdirməkdir. Sadəcə, bunu toy-bayram şəklində çatdırırıq ki, insanlar elmin ağırılığını hiss etməsinlər. İkinci elm festivalı, demək olar ki, bütün ölkəni əhatə etdi. Bakı, Naxçıvan, Sumqayıt, Şəki, Gəncədə keçirildi və bölgələrdə daha çox maraq yaratdı.


- Ölkədəki elm adamlarının sayının bu festivalların keçirilməısinə hər hansı təsiri varmı?
- Əsas say deyil, keyfiyyətdir. Maraqlı ixtiralar, əldə edilən nailiyyətlər festivalların keçirilməsi üçün yaxşı zəmindir.
- Bu mənada bizim alimlər üzümüzü ağ edirmi?
- Əlbəttə. Bu mənada qürurlanmağa səbəbimiz var. Bizim səsimiz artıq Nyu-Yorkdan gəlir. Ümumdünya Elm Festivalının qərargahı Nyu-Yorkda yerləşir və 2016-cı ilin iyun ayında biz orada olanda eyni format üzrə fəaliyyət göstərdiyimizi gördüm. Fərq ondan ibarətdir ki, onlar festivalı açıq meydanlarda keçirir, biz isə qapalı yerlərə üstünlük veririk.
- Gənclərin elmə marağı bütün dövrlərdə müzakirə mövzusu olub. Müşahidələriniz necədir?
- Təsadüfi deyil ki, əsas hədəfimiz gənclər, onların elmə marağından istifadə etməkdir. Son vaxtlar gənclərin elmə marağının olmaması barədə yanlış fikir formalaşıb. Qətiyyən belə deyil, faəliyyətini elmə yönəldən gənclərin sayı çoxalıb. Təhsil Nazirliyinin "Sabahın alimləri” adlı layihəsi var, hansı ki, orada şagirdlər iştirak edir, burada müsabiqədən keçdikdən sonra Amerikaya gedirlər. Ötən il biz bu müsabiqədə iştirak etdik və azərbaycanlı şagirdlər Amerikada 146 ölkə arasında 4-cü yerə layiq görüldülər. Elmə maraq həmişə olub və hazırda daha çoxdur.
- Azərbaycan elmində qadınların sayını necə qiymətləndirirsiniz? Qeyd edim ki, bu, faiz göstəricisi ilə təxminən 50/50-dir. Hətta bir faizlə əks cinsdən üstündür.
- Nəzərə alsaq ki, qadın əks cinsindən fərqli olaraq təkcə elmi, ictimai fəaliyyətlə məşğul deyil, bu zaman statistik göstəricinin yüksək olduğunu deyə bilərik.
- Amma elmdə qadınların sayı çox olsa da, rəhbər vəzifələrdə kişilərə nisbətən azdır...
- Əslində, hansısa vəzifədə cinsə görə bölgünün olmasını o qədər də əhəmiyyətli saymıram. Yəni əsas nəticədir, görülən işdir. Bunun üçünsə rəhbərlikdə kişinin və ya qadının təmsilçiliyinin o qədər də onəmi yoxdur. Amma qaldırılan məsələlərə psixoloji baxımdan fərqli baxışlar olsun deyə, parlamentdə qadınların sayının çox olmasını istərdim.
- Hazırda “Alimlər evi” hansı layihəyə hazırlaşır?
- Bu il Astanada keçiriləcək “Astana EKSPO-2017” “Gələcəyin enerjisi adlı sərgiyə hazırlıq işləri gedir və ötən sərgidə olduğu kimi bu il də uğurla çıxış edəcəyimizə əminəm.

Naibə Qurbanova


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
28.05.2017
27.05.2017
26.05.2017