Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Metro bağlandı – terrorçu var! – GÜNÜN TƏZADLARI
Tarix: 11.01.2017 | Saat: 19:00:00
Bölmə:Günün təzadları | çapa göndər

Türk polisi İstanbulda metro stansiyalarından birini içəridə terrorçu olması şübhəsi ilə bağladı. Hafta.az bu xəbəri Türkiyənin “NTV” kanalına istinadla yayıb. İstanbulun “Reina” gecə klubunda qətliam törədən terrorçu Abdulqadir Maşaripovun metronun Bağcılar-Kirazlı stansiyasında görünməsi xəbəri polisi hərəkətə gətirib. Olayla əlaqədar bağlanan Kirazlı stansiyasının ətrafı və içərisinə çox sayda polis əməkdaşı yeridilib. Vaqonların hərəkəti dayandırılıb. Xatırladaq ki, Santa-Klaus qiyafəli terrorçunun gecə klubunda törətdiyi teraktda 39 nəfər həyatını itirib, 65 nəfər isə yaralanıb.


Amerika ordusunda hicab və əmmaməyə icazə verildi


ABŞ ordusunda yeni xarıcı görünüş standartlarına uygun olaraq, dini baxışları ilə bağlı müsəlman hərbçi kişilərin rəngli əmmamə, qadınların isə hicab geyinə bilməsinə icazə verildi. Hafta.az-ın Ukrayna mediasına istinadla verdiyi xəbərə görə, yeni qaydalar orduya müsəlmanların cəlb edilməsinə xidmət göstərir. Bunu ABŞ-ın ordu naziri Erik Fenniq bildirib. Yeni qaydalara əsasən, baş geyimlərinin rəngi hərbi geyim rəngindən seçilməməlidir. Hərbçi kişilərə saqqal saxlamağa da icazə verilir. Amma onun uzunluğu təxminən 5 sm-i keçməməlidir.

 

Müsəlman-ərəb ölkəsində çarşab qadağan edildi


Mərakeş hökuməti yalnız gözlərin görünməsi şərti ilə çarşabın hazırlanıb satılmasına qadağa qoydu. Hafta.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərdə deyilir ki, bu barədə informasiyanı Mərakeş Daxili İşlər Nazirliyi yayıb. Əmrə əsasən bütün ölkə ərazisində qadınların çarşab geyinməsi qadağan edilib. Hökumət bu addımı təhlükəsizlik məqsədi ilə atdığı bildirib. Buna əsas kimi əvvəllər ölkədə terrorçuların bu geyimdən istifadə etmələri göstərilib.


Pan Gi Munun qardaşı və qardaşı oğlu rüşvətxorluqda təqsirləndirildi


ABŞ hökuməti BMT-nin sabiq baş katibi Pan Gi Munun qardaşını və qardaşı oğlunu rüşvətxorluqda ittiham etdi. Hafta.az-ın BBC-yə istinadla verdiyi xəbərə görə, keçmiş baş katibin qardaşı Pan Gi San və qardaşı oğlu Pan Çu Hen yaxın şərq ölkələrinin rəsmi nümayəndələrini rüşvətlə ələ almaqda günahlandırılır. İş üzrə sənədlər Manhetten məhkəməsinə verilib. Baş katibin Cənubi Koreyanın tikinti şirkətində baş məşvərətçi işləyən qardaşı borclarına görə Vyetnamdakı 800 milyon dollar dəyəri olan bina kompleksini rüşvət hesabına dövlət fonduna satmağa cəhd edib. Onun Nyu-Yorkda daşınmaz əmlakın satışı ilə məşğul olan oğlu isə eyni işlə bağlı həbs edildikdən sonra 250 min dollarlıq gorov müqabilində azadlığa buraxılıb.


Baş nazir təcili əməliyyat edildi


İtaliya baş naziri Paolo Centiloni əməliyyat edildi. Hafta.az xarici “RİA Novosti”-yə istinadla xəbər verir ki, hökumət başçısı çərşənbə axşamı Parisdə Yelisey sarayında Fransa prezidenti Fransua Ollandla görüşdən geri döndükdən sonra özünü qəfildən pis hiss edib. Romanın “Germelli” adlı ən yaxşı xəstəxanalarından birinə yerləşdirilən baş nazirin damarlarında problem yarandığı bilinib. Bu səbəbdən o, təcili anqioplastik əməliyyata məruz qalıb. Hazırda P.Centiloninin vəziyyətinin stabil olduğu bildirilir.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
24.11.2017
23.11.2017
“Ərdoğanla Putin bir-biri ilə ən yaxşı anlaşan liderlər hesab edilir” - Hasan Oktay
"Qazaxıstanda Azərbaycan kapitalı ilə 700-dən çox şirkət fəaliyyət göstərir” - Beybit İsabayev
50 ilin cütlüyü- Evliliyin “qızıl toy” mədrəsəsi
"Erməni məzarları üzərində tikilmiş ayaqyolu sökülməyəcək" - Atif Çiçəkli
“Bu il 750 avtobus əsaslı təmir olunaraq yenidən xəttə buraxılıb” – Mais Ağayev
Gəlin, ailə mədəniyyətini birlikdə qoruyaq
“Neftin qiymətlərinin artması bizi arxayınlaşdırmamalıdır” – Fikrət Yusifov
Yeni ildə 5 gün iş olmayacaq
“Lirə və rublun məzənnəsinin dəyişməsi manata təsir edir” – Vüqar Bayramov
“Bulvar İdarəsi yeni illə bağlı “Tədbirlər planı” hazırlayır” – APARAT RƏHBƏRİ