Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
“Fərmandan irəli gələrək şəffaflıq tam təmin olunacaq” - ŞƏRH
Tarix: 24.01.2017 | Saat: 14:08:00
Bölmə:Gündəm | çapa göndər

Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərman imzalayıb.

Hafta.az xəbər verir ki, dövlət büdcəsindən məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi üçün ayrılan vəsaitin ünvanlılığının təmin edilməsi və çatdırılma mexanizminin sadələşdirilməsi məqsədilə imzalanan fərmana əsasən, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il yanvarın 1-dən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.

Nazirlər Kabinetinə bu fərmanda göstərilən vahid aylıq müavinətin şamil ediləcəyi kontingenti və müavinətin ödənilməsi qaydasını müəyyən edib Azərbaycan Prezidentinə məlumat vermək, Prezidentin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təklifləri bir ay müddətində hazırlayıb dövlət başçısına təqdim etmək tapşırılıb.

Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti və “Azərsu” Açıq Səhmdar Cəmiyyəti isə məcburi köçkünlərin məskunlaşdığı yerlərdə sayğacların quraşdırılmasını qısa müddətdə təmin etməlidir.

Millət vəkili Hikmət Babaoğlu Prezident İlham Əliyev tərəfindən köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsini qaçqın və məcburi köçkünlərin çoxdan gözlədiyi bir qərar olduğunu deyib. O, qeyd edib ki, ölkə başçısı hər zaman qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə bağlı məsələləri diqqət mərkəzində saxlayır, əhalinin aztəminatlı təbəqəsi kimi onların problemlərinin həllində daha optimal mexanizm və yolları tətbiq edir:

“Qaçqın və məcburi köçkünlərin aylıq müavinətlərinin pərakəndə olaraq müxtəlif formalarda və vasitələrlə köçürülməsi bəzi hallarda o yardımların həmin şəxslərə operativ şəkildə vaxtında çatmasına müəyyən bürokratik əngəllər yarada bilərdi. Ona görə də belə mümkün halların olmaması üçün cənab prezident tamamilə doğru qərar qəbul etdi ki, aylıq müavinətlər birbaşa onların öz hesablarına köçürülsün. Düşünürəm ki, bu, Azərbaycanda sosial təminata ehtiyacı olan təbəqənin həm hüquqlarının qorunması, həm də birbaşa xidmətin təşkili ilə bağlı yeni bir addımdır. Çünki xidmət nə qədər birbaşa olarsa, həm aylıq müavinətlər bir o qədər ünvanına tez çatar, həm də daha effektiv olar. Bu məsələlər bir fərmanla həll edildi. Cənab prezident Azərbaycanda sosial dövlət fəlsəfəsinin hüquqla nə qədər tamamlandığını bir daha göstərmiş oldu”.

Mövzunu şərh edən iqtisadçı-ekspert Qalib Toğrul deyir ki, fərman şəffaflıq baxımından çox gərəklidir:

“Məlum olduğu kimi, məcburi köçkünlər üçün ayrılan güzəştlər “çörəkpulu” istisna olmaqla əvvəl kommunal xidmət göstərən ayrı-ayrı qurumların balansına köçrülürdü. Həmin dövlət qurumlarında isə bu vəsaitlərin uçotu şəffaf aparılmırdı. Bəzən bir ailədə həmin kommunal limitlərin çoxu istifadə olunmamış qalırdı və digərlərinin borclarının silinməsinə sərf olunduğu barədə faktlar var idi. İndi isə fərmandan irəli gələrək şəffaflıq tam təmin olunacaq”.

Ekspertə görə, bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün müəyyən edilən 36 manat məqbul məbləğdir: “Çünki elə əvvəlki limitləri toplayanda da təxminən elə bu məbləğ edir, ona görə hər hansı narazılıq ola biləcəyi mümkün deyil. Şəffaflıq baxımından çox düzgün yanaşmadır”.

 



Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
14.11.2018
13.11.2018