Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Çöhrəqanlının Türkiyəyə girişinə qoyulan yasaq ləğv olunmalıdır
Tarix: 21.02.2017 | Saat: 17:38:00
Bölmə:Siyasət | çapa göndər

Güney Azərbaycan milli azadlıq hərakatının lideri Dr. Mahmudəli Çöhrəqanlının Türkiyəyə girişinə icazə verilməsi üçün kampaniya başladılıb.

Xatırladaq ki, M.Çöhrəqanlının Türkiyə ərazisinə girişi 2006-cı ildən yasaqlanıb. 

Milli hərakat liderinin oğlu Alparslan Çehrəqanlının hafta.az-a verdiyi məlumatda deyilir ki, Güney Azərbaycan türklərinin haqq səsi olan Mahmudəli Çöhrəqanlının Türkiyəyə girişinə qoyulmuş yasağın 11 ildir davam etməsi onları çox narahat edir. "Bu mənasız və haqsız  yasaq qərarı bütün milli azadlıq aşiqlərini üzməkdədir. Ona görə də, istəyirik ki, bu maneəni birlikdə aşaq - dostlar sevinsin, düşmənlər çatlasın", - deyib A.Çöhrəqanlı.

Xatırladaq ki, M.Çöhrəqanlı Güney Azərbaycanın azadlığı üçün mübarizə aparır və o, buna görə 7 il həbsdə saxlanılıb. Sonradan ev dustağı elan edilib. Etiraz olaraq 63 gün aclıq edən Çehrəqanlı 2 dəfə beyin qanaması keçirib.

Çöhrəqanlının tərəfdarları hesab edir ki, liderlərinin Türkiyəyə girişi yasaqlanmaqdansa, dəstəklənməlidir. 

 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
21.08.2017
20.08.2017
19.08.2017