Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Büdcəsindən silahlanmaya ən çox pul xərcləyən ÖLKƏLƏR
Tarix: 28.02.2017 | Saat: 16:22:00
Bölmə:Araşdırma | çapa göndər

ABŞ prezidenti Donald Trump 2017-ci il üçün hərbi büdcəni artıracağını demişdi və sözünə əməl də etdi.

Yəni büdcə planında hərbi xərcləri 9,2 faiz artırıb. Bu da 54 milyard dollar deməkdir. Beləliklə, ABŞ-ın hərbi büdcəsi maksimum həddə - 637 milyard dollar səviyyəsinə yüksəlib. 

Xatırladaq ki, keçmiş prezident Barak Obama 4 trilyon dollarlıq federal büdcədən Müdafiə Nazirliyinə 585 milyard dollar ayırmışdı.

Qəribədir ki, Trumpun qərarı Çini və ya İranı deyil, Rusiyanı təlaşa salıb. Rusiya Federasiya Şurası Müdafiə və Təhlükəsizlik Komitəsinin sədri Viktor Ozerov deyib ki, ABŞ rəhbərliyinin hərbi büdcəni artırması ölkəsinə birbaşa təhdiddir.

Ozerovun sözlərinə görə, Rusiya Amerika ilə silahlanma yarışına girmək fikrində deyil. Daha doğrusu, mövcud ordusunu daha yaxşı silahla təmin edəcək, çevikliyini artıracaq. Maraqlıdır ki, yeni silahlarla təchiz və çevikliyi artırmaq da yüksək xərclər tələb edir, amma Ozerov bu nüansları ya unudub, ya da özünü avam göstərmk istəyib. Həm də ki, Rusiyada hərbi büdcə ildən ilə yüksəlməkdədir. Məsələn, Rusiya hərbi məsrəflərini 2015-ci illə müqayisədə 2016-cı ildə 7,5 faiz artıraraq 66 milyard dollara çatdırmışdı. Ola bilər ki, neftin qiymətinin düşməsi və xarici embarqolar səbəbilə Kremlin silahlanmaya daha çox vəsait ayırmağa gücü çatmır. Amma əsas odur ki, ölkələr arasında silahlanmanın sürətlənməsi qaçılmazdır.

Bu yerdə qeyd edək ki, hazırda artım edilməsə belə, dünyada hərbi sahəyə ən çox vəsaiti ABŞ ayırır – qeyd etdiyimiz kimi, 637 milyard dollar. Siyahı üzrə onu 2015-ci ilə nisbətdə 7,4 faiz artımla və 216 milyard dollar hədlə Çin, üçüncü yerdə əvvəlki illə müqayisədə 7,5 faiz artım nəticəsində 66 milyard dollarla Rusiya izləyir. Hazırda Rusiyanın hərbi büdcəsi 84,5 milyard dollara bərabərdir. Sonrakı yeri isə müvafiq hesablamalarla Səudiyyə Ərəbistanı tutur – 80,8 milyard dollar.

Ümumiyyətlə, Almaniya, Fransa, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya və sair də hərbi xərclərinə nəzərəçarpacaq artım edib.
Dünyamıza bütöv şəkildə yanaşsaq, bu gün ölkələrin illik hərbi xərcləri nə qədərdir? Bəri başdan qeyd edək ki, dünya ölkələrinin toplam hərbi xərcləri ildə 1,5 trilyon dollardan artıqdır. Bunun da üçdən iki hissəsi – 1,1 trilyon dolları NATO blokuna üzv ölkələrin payına düşür.

Ayrı-ayrılıqda baxaq:

ABŞ – 637 milyard dollar, Çin 216 milyard dollar, Rusiya 84,5 milyard dollar, Səudiyyə Ərəbistanı 80,8 milyard dollar, Fransa 67,7 milyard dollar, İngiltərə 64 milyard dollar, Hindistan 50 milyard dollar, Almaniya 47 milyard dollar, Yaponiya 46 milyard dollar, Cənubi Koreya 37 milyard dollar, İtaliya 31 milyard dollar, Türkiyə 31 milyard dollar, Braziliya 31 milyard dollar, Avstraliya 25,4 milyard dollar, Birləşmiş ərəb Əmirlikləri 23 milyard dollar, İspaniya 19 milyard dollar, Kanada 19 milyard dollar, İraq 18 milyard dollar, İsrail 18,2 milyard dollar, Niderland 12 milyard dollar, Polşa 12 milyard dollar, Tayvan 10 milyard dollar, Yunanıstan 9 milyard dollar, Pakistan 9 milyard dollar, Sinqapur 8 milyard dollar, Kolumbiya 8 milyard dollar, İsveç 7 milyard dollar, İran 19 milyard dollar, Meksika 6,8 milyard dollar, Norveç 6 milyard dollar, Çili 5,5 milyard dollar, Tailand 5,2 milyard dollar, Əlcəzair 5,2 milyard dollar, İndoneziya 5 milyard dollar, Argentina 4,7 milyard dollar, Mərakeş 4,5 milyard dollar, CAR 4,4 milyard dollar, Belçika 4,2 milyard dollar, Venesuela 4,1 milyard dollar, Finlandiya 4 milyard dollar, Portuqaliya 3,7 milyard dollar, Misir 3,7 milyard dollar, Danimarka 3,5 milyard dollar, Vyetnam 3,4 milyard dollar, Küveyt 3,4 milyard dollar, Avstriya 3,2 milyard dollar, Rumıniya 3 milyard dollar, Ukrayna 2,3 milyard dollar, Bolqarıstan 1,6 milyard dollar və sair.

Qeyd edək ki, bu siyahıdakı ölkələrin xərcləri fərqli statistic mənbələrə aid olsa da, amma o yüz faizdir ki, ölkələrdən bir çoxunun bütün xərcləri bu büdcələrdə nəzərdə tutulmur, yəni yayındırılır. Məsələn, Fransa, İspaniya və İtaliya kimi iri ölkələrdə jandarm, daxili qoşunlar və mülki müdafiə qüvvələri də ümumi hərbi büdcədən pay aldığı halda, Rusiya, Çin, Meksika və sair dövlətlər əksini edir. Onlar nüvə silahı və raket sistemlərinə çəkilən xərcləri guya elmi sahəyə sərf etdiklərini deyirlər və bununla özlərini dünya ictimaiyyətinin nəzərində sülhsevər göstərməyə çalışırlar. ABŞ kimi hərb dünyasının lideri isə, nüvə silahına sərf etdiyi vəsaiti Energetika Nazirliyinin büdcəsində saxlayır. Bundan əlavə, İraq, Suriya, Liviya, Əfqanıstan və sair kimi xaricdəki müharibələrdə xərclədiyi vəsaiti fövqəladə əlavə ödəmə sistemlərindən alır. Gördüyümüz kimi, bütün bu vəsaitləri hərbi büdcəyə əlavə etsək daha böyük rəqəmlə qarşılaşarıq.

Dövlətlərin hərbi xərclərinin yüksək olmasını məbləğin həcmi ilə deyil, həmin ölkənin illik ümumdaxili məhsula nisbəti ilə müəyyən edirlər. Məsələn, Pakistanın son vaxtlaradək ən çox hərbi xərclərə vəsait ayıran dövlət olaraq tanımışıq. Çünki İslamabad hər il ümumi dövlət büdcəsinin 40 faizini hərbi məqsədlərə sərf edib.

Bu müstəvidə də bəzi dövlət büdcəsindən hərbi xərclərə daha çox vəsait ayıran ölkələrin sıralamasına baxaq:
ABŞ 12 , Ukrayna 11, Venesuela 12, İsrail 12, Oman 14, Yamayka 12, Liviya 15, Sudan 15, Kolumbiya 18, Mərkəzi Afrika Respublikası 19, Honduras 21, Salvador 17, Kot Divuar 17, Zimbabve 22, Şimali Koreya 26, İraq 30, Əfqanıstan 31, Suriya 42 faiz və sair.

Burada bəzi kasıb və çox kiçik ölkələrin adını bilərəkdən qeyd etməklə, diqqəti onların öz cüzi milli gəlirlərini silahlanmaya xərcləmələrinə çəkmək istərdik. Yəni bu ölkələr kimdən və nədən ehtiyyatlanırlar? Bu ölkələr silahlanmaya sərf etdikləri vəsaiti təhsil və sosial infrastrukturun yaradılmasına, yolların çəkilməsinə yönəltsələr. yaxşı olmazdımı? Fikir verin: Əfqanıstan milli gəlirinin 31 faizini silahlanmaya sərf edir. Başa düşüləndir, ölkə uzun illərdir başlayan və başa çatması haqda fikir belə olmayan vətəndaş müharibəsi bataqlığındadır. Amma bu müharibəni kim yaratdı, əlbəttə ki, dünyanın silah satan ölkələri. Bunlar ABŞ, Rusiya, Qərbi Avropa ölkələri və sairdir. Bu ölkələrin zəif və dağınıq olaraq qalması böyük ölkələrin böyük olaraq qalması üçün vacibdir.

Böyük ölkələrdən söz düşmüşkən, onlar silahlanmaya maksimum az vəsait sərf etməklə əsas xərcləri sənaye və quruculuğa yönəldir. Hətta Yaxın Şərqin hər zaman özünü silahlı toqquşmalardan uzaqda saxlaya bilən İran gəlirlərinin cəmi 4,1 faizini hərbi sahəyə ayırır. Bu rəqəm İsraildə 6, İtaliya 1,2, Avstraliya 4, Cənubi Koreya 2,5, Braziliya 1,4, Hindistan 1,8, Almaniya 1,2, Yaponiya 1, Fransa 1,9, İngiltərə 2,6, Səudiyyə Ərəbistanı 8, Rusiya 3,1, Çin 1,2, ABŞ 3,7, Türkiyə 2,2 faiz və sairdir...

Nə qədər ki, üçüncü qrup ölkələrdə dini məktəblərin sayı elm mərkəzlərindən çox olacaq, nə qədər ki, şəxsi maarqlar milli maraqları üstələyəcək və daxili-milli birlik olmayacaq, indiyədək özünü böyük hesab etmiş dövlətlərin əlinə baxacaq, qazandıqlarını onların ölüm saçan silahlarına xərcləyəcəklər.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
23.05.2017
22.05.2017
21.05.2017