Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
"Ərdoğan Almaniyada əksər siyasətçilərdən daha məşhurdur" - Mustafa Ekşi
Tarix: 06.03.2017 | Saat: 17:06:00
Bölmə:Müsahibə | çapa göndər

Son vaxtlar Almaniya qardaş Türkiyənin əleyhinə ən sərt qərarlar qəbul edir, hər vəchlə onun inkişafını ləngitməyə, daxilində hərbi-siyasi qalmaqallar yaratmağa, ölkəni uçuruma sürükləməyə çalışır. Çünki Türkiyənin sürətlə inkişafı, özü də bütün inkişafın və qüvvənin başında dünyanın ən qətiyyətli lideri olan Rəcəb Tayyib Ərdoğanın dayanması, Almaniyanın son vaxtlar alovlanan faşizm siyasətinin fiqurlarını narahat etməkdədir. PKK, PYD, İŞİD və sair kimi qaniçən terror təşkilatlarını yaradaraq, müsəlman şərqində qanlı qırğınlar törədən Almaniya və ətrafına cəmlədiyi bəzi dövlətlərin, konkret olaraq, Türkiyədə məqsəd və məramları məhz Ərdoğanın qətiyyəti sayəsində puç olduğundan, başını götürüb qaçan terrorçular “müəllimlərinin” yanına – Almaniyaya, eləcə də Belçikaya, Avstriyaya və sair sığınmaqdadırlar. Son olaraq, türk siyasətçilərin aprel ayında keçiriləcək seçkilər öncəsi Almaniyada seçicilərlə görüşünə Berlin hökuməti tərəfindən icazə verilməməsi münasibətləri ən böhranlı həddə çatdırıb. Nə baş verir, onsuz da tarix boyu riyakar siyasət yürüdən Almaniyanın qardaş Türkiyəyə qarşı düşmənçiliyini aşkar müstəviyə çıxarmasında məqsəd nədir? Qaranlıq məsələlər çoxdur və onlara aydınlıq gətirmək üçün Almaniyada fəaliyyət göstərən MediaBerlin portalının rəhbəri Mustafa Ekşi ilə söhbətləşdim:

- Almaniya ilə I Dünya müharibəsi dövründə məcburən müttəfiq olmuşuq. Amma Osmanlı imperiyasının parçalanması və Türkiyə Cümhuriyyətinin qurulması ABŞ-ın planları daxilində baş verib. Ondan sonrakı dövrdə isə Türkiyənin üzünü ancaq Qərbə tutması, yəni keçmişini inkar etmə siyasəti yürütməsi, təəssüf ki, bugünki hadisələrin yaşanması ilə nəticələnib. İnkarolunmaz faktdır ki, Türkiyənin əsl kimliyinə qayıdaraq, bölgədə söz sahibi olmaq istəməsi, Berlin divarlarını yıxaraq birləşən Almaniyanın Avropa üzərində iqtisadi gücünü göstərməyə çalışması və işğalçılıq siyasətinə qaldığı yerdən davam etməsi Ankara ilə münasibətlərində yeni səhifə açıb. Almaniya əvvəllər zəif Türkiyə ilə müttəfiq olub. Məhz buna görə də Türkiyə həmişə öz coğrafiyasında Almaniyanın maraqlarına qulluq edib. Amma AKP-nin 2002-ci ilə hakimiyyətə gəlməsi Türkiyə üçün yeni dövr açdı. Bu başlanğıc Avropa türklərinin oyanmasına səbəb olmaqla yanaşı, həm də onlar bütün qitədə, xüsusilə, o vaxtkı baş nazir Rəcəb Tayyib Ərdoğanın Davos sammitindəki məlum çıxışından sonra böyük qüvvə olaraq görülməyə başlanılıb. O cümlədən, Almaniyada yaşayan türklərin potensialını yaxşı bilən prezident Ərdoğanın onlarla keçirdiyi görüşlər bu gün alman siyasətçiləri ciddi narahat etməkdədir. Ərdoğanın Almaniyaya hər dəfəki gəlişi burada yaşayan türklərdə ümid doğurub. Bütün bunlar almanların nəzərində türk icmasına qarşı tətbiq etdikləri 50 illik təcrid siyasətinin sonu deməkdir.

- Türkiyəli nazirlərin çıxışına icazə verməməkdə Berlinin məqsədi nə ola bilər?

- Türkiyədə keçiriləcək referendum cərçivəsində nazirlərin çıxışına əngəl yaratmanın tək məqsədi Almaniyada yaşayan 1,5 milyonluq səs potensialının qarşısını kəsməkdir. Təbii ki, Almaniyada vahid siyasi fikir yoxdur. Yəni burada yaşayanların çoxu AKP-yə müxalifdir. Onların bir çoxu solçuları təmsil edir, üstəlik, Almaniya parlamentində, məsələn, qondarma erməni soyqırımını tanıyan təmsilçiləri AKP-nin bu ölkədə yaşayan türklərlə təmas qurmasını istəmirlər. Onu da qeyd edim ki, bu, Almaniya Xristian Demokratlar və Xristian Sosial Demokratlarından ibarət hökumətdə təmsil olunan bütün digər partiyaların ortaq mövqeyidir. Hətta irqçi fikirləri ilə yerli parlamentlərə düşməyi bacarmış AFD partiyası da eyni mövqeyi paylaşır. Fikir verin: Almaniya konstitusiyası toplanmaq və aksiyalar keçirmək haqqını hər kəsə versə də, konstitusiya məhkəməsi ötən il Kölndə keçirilmiş demokratiya mitinqində çıxış etməyi Ərdoğana yasaqladı. Bu isə ancaq faşist Almaniyasında görülə bilən haldır. Ən acınacaqlsısı isə budur ki, buna azadlıq tərəfdarı sayılan “Yaşıllar”, sosial-domokrat, hətta sol partiyalar səsini çıxarmadı. Bu da göstərir ki, prezident Rəcəb Tayyib Ərdoğanın çıxışları Almaniyada yaşayan türklərə Türkiyənin maraqlarına uyğun şəkildə güclü təsir göstərir. Rəsmi Berlin Almaniyaya işçi statusu ilə gələn türk mənşəli işçilərin lobbi fəaliyyətlərindən narahatdır. Düşünürəm ki, ən böyük problem məhz Almaniyadakı türk potensialın lobbi kimi formalaşma arzusudur.

- Amma görünən budur ki, Almaniya dövlətinin ən böyük problem konkret olaraq prezident Ərdoğandır. Sizcə niyə alman rəsmilər onunla düşmənçilik edir?

- Xüsusilə, Gəzi parkı olayları Almaniyanın mövqeyini-niyyətini açıq-aşkar ortaya qoydu. 2013-cü ildə baş verən bu hadisələrə əsas bəhanə məhz o dövrdə Ankaranın Çinlə bağladığı raket anlaşması və Rusiya ilə isti münasibətlər qurması idi. Bunlar Qərbi çox narahat edirdi. Suriyadakı müharibə meydanında Türkiyənin tək buraxılması da bu münasibətin bir hissəsidir. Ancaq xalqının Ərdoğana sevgisi nəticəsində bu əngəllər çətinliklə də olsa aradan qaldırılmaqdadır. Gəzi olayları zamanı Almaniya Yaşıllar Partiyasının nümayəndələrinin də Taksim meydanında olması Berlinin Ərdoğanı necə devirəcəklərini düşündüklərinin isbatı idi. Əlbəttə, bütün bunların ssenarisini FETÖ hazırlayırdı. 2009-cu il seçkilərində Ərdoğanın “bu mənim ustalıq dövrümdür” deməsi proseslərin fitilini yandırdı. Prezident 2009-cu ildən sonra müstəqil Türkiyə üçün kəfən geyinərək yola çıxdığını bir çox müstəvilərdə bəyan edib. Ərdoğanın hakimiyyəti illərində Türkiyəyə, Cümhuriyyət dövründə olmadığı kimi, elə böyük sərmayələr yatırıldı ki, ölkənin 2023-cü il hədəflərinə daha da yaxınlaşdırdı və bunlar güclü Türkiyənin meydana çıxacağına işarədir. Bir misal göstərim: Türkiyənin enerji sahəsində Azərbaycanla, nüvə mərkəzinin tikilməsi üçün Rusiya ilə bağlanan sazişlər də Almaniyanın timsalında Avropanı narahat etməkdədir. Ərdoğan Türkiyə Cümhuriyyətinin istiqlal savaşından sonra gördüyü ən israrlı və hədəfə doğru irəliləyən siyasətçisidir. Bu baxımdan da Almaniyanın işğalçı siyasəti və son zamanlar PKK- ya verdiyi illegal dəstəklə açıq-aşkar cinayətə imza atır. Bunu prezident Ərdoğan açıq və qəti olaraq bütün dünyaya bildirir. Əlbəttə, bütün bu cəsarətindən və qətiyyətindən dolayısı əleyhdarlarının onu sevməməsi təbii qarşılanmalıdır. Küçədəki sadə insanın Ərdoğanı sevməməsinin səbəbi isə birbaşa mediadır. Almanlardan biri belə deyir: Ərdoğan Almaniyada əksər siyasətçilərdən daha məşhurdur. Səbəbi isə hər gün mətbuatda əleyhinə yazılanlardır.

- Almaniyada 3 milyon türkün olduğunu deyirlər. Üstəlik, Türkiyəni sevən kürdlər də çoxdur. Onlar nə düşünür Almaniyanın Türkiyəyə etdiklərindən dolayısı?

- Əlbəttə ki, türklərin narazılığı Solingen.Mölln və NSU irqçi cinayətlərindən sonra başlayıb. Üç milyon türkün böyük hissəsi 1960-cı illərdə işçi qüvvəsi olaraq Almaniyaya gəlib. Bundan sonrakı mühacirlərin çoxu hərbi çevriliş vaxtı vətənini tərk edənlərdir. 1980-ci ildə Türkiyədən Almaniyaya, çoxu siyasi səbəbdən, yüz minlərlə sığınma müraciəti edilib. Günümüzdə Almaniyanın siyasi müstəvisində aktiv rol alanların əksəriyyəti də məhz onlardır. İyulun 15-də FETÖ-nün çevrilişə cəhd etməsindən sonra isə Türkiyədən Almaniyaya daha 4 min nəfər sığınıb. Onların çoxu hazırda Türkiyənin əleyhinə aktiv lobbi fəaliyyəti ilə məşğuldur. Ən tanınmışı da Can Dündardır. Almaniya Can Dündara vətəndaşlıq verib, üstəlik, jurnalist fəaliyyəti göstərməsi üçün imkanlar da yaradıb. Almaniya dövləti belələrini ələ alaraq öz maraqları naminə yönləndirir.

- Baxın: müttəfiq və dost dedikləri Türkiyəyə qarşı faşist mövqeyi sərgiləyən Almaniya PKK-ya və FETÖ-yə həmişə qucaq açıb, onları sevib, bəsləyib. Almaniyanın siyasi mövqeyini dəyişmək üçün Türkiyəsevərlər olaraq siz - 3 milyonluq toplum niyə alman partiyaları və təşkilatları ələ almağa səy göstərmirsiniz? Axı məhz lobbi fəaliyyətləriniz nəticəsində partiyalar, iri şirkətlər, millət vəkilləri sizin istəklərinizə uyğun olaraq Bundestaqda və hökumətdə məsələlər qaldıra bilər...

- FETÖ-nün Türkiyədə təşkilatlanması 1950-ci illərdə başlayıb. O zaman siyasi fəaliyyətinə kommunizmlə mübarizə dərnəyinə sədr müavini vəzifəsində başlayan Fətullah Gülən ABŞ-la da sıx əlaqələr qurub. Almaniyanın FETÖ-yə quçaq açmasının yeganə səbəbi də məhz ABŞ-ın təzyiqidir. PKK onsuz da bu ölkələrin Yaxın Şərqdə təmsilçiliyini həyata keçirən terror təşkilatıdır. Prezident Ərdoğan bunu Almaniyanın ən yüksək səviyyəli şəxslərinin üzünə deyib. Prezident onlardan tələb edib ki, terrora dəstək verməkdən vaz keçsinlər. Bayaq dediyim kimi, 3 milyon türk ortaq fikirdə deyil. 2015-ci ildə qondarma erməni soyqırımının tanınmasına etiraz yürüşünə Berlində cəmi 8 min soydaşımız qatılmışdı. Hansı ki, təkcə Berlində 250 min türk yaşayır. Almaniya siyasi partiyaları ilə əməkdaşlıq etmək üçün erməni yalanlarını qəbul etmək kimi şərtlər var. Təsəvvür edin ki, o boyda Bundestaqda cəmi bir millət vəkilindən başqa hamı qondarma erməni soyqırımının tanınmasına səs verib. Səs verməyən həmin alman millət vəkilinin növbəti seçkidə namizədliyi isə qeydə alınmadı. Bir məsələni də qeyd edim ki, qondarma erməni soyqırımı layihəsini Bundestaqa təqdim edən məhz türk kökündən olan Cem Özdəmirdir. Yəni Almaniyada onların istədiyini etməyən kimsəni millət vəkili seçməzlər. Bu üzdən də 2011-ci il seçkilərində Haluk Yıldızın sədri olduğu BİG Partiyası qurulub və ilk gündən əcnəbilərin maraqlarını müdafiə etməyə başlayıb. Bu il Rəmzi Arunun sədri olduğu ADD adlı daha bir partiya yaradılıb və inşallah 2017-ci il seçkilərinə qatılacaq. Bu iki partiya bütün ikili münasibətləri aradan qaldırmaq üçün mübarizə aparır. Düşünürəm ki, qarşıdan gələn proseslər türk diplomatiyasının imtahanı olacaq.

- Eşitdim Almaniyada yaşayan türk köklü işçilərə də yaxşı münasibət bəslənilmir, Türkiyəyə qayıtmaq istəyənlərin pulunu vermirlər...

- Almaniyada ən pis münasibət irqçilər tərəfindən öldürülməkdir. Baxın, NSU adlı cinayətlərdə 8 türk sistemli şəkildə öldürülüb. Cinayətkarlardan sadəcə bir qadın tapılıb, o da illərdir davam edən məhkəmədə ələ salırmış kimi susur. Yaxşı, bu arada 7 şahidə nə oldu – bəzisi ürəktutmasından dünyasını dəyişdi, bəziləri intihar etdi, bəziləri də qəza nəticəsində öldü. Türklərin Almaniyadakı gərgin yaşamı iş yerlərində türkcə danışmağa və ya məktəblərdə qoyulan yasaqlarla davam etməkdədir.

- Bütün bunlarla bağlı Avropa Məhkəməsinə şikayətçi oldumu türk təşkilatları? Yəni Almaniya hökumətinin faşist siyasətinin qarşısını kəsəcək heç bir mexanizm yoxdurmu dünyamızda? Təcili olaraq lobbiləşməniz lazımdır, hətta azsaylı da olsa Azərbaycan türklərini də tərəfinizə çəkin bu müstəvidə. Məncə bu halda çox böyük qüvvəyə çevrilə bilərsiniz...

- Bu söylədikləriniz üçün güclü qeyri hökumət təşkilatları olmalıdır, amma təəssüf ki, yoxdur. Elə bunun nəticəsidir ki, 2015-ci ildə qondarma erməni soyqırımının tanınmasına etiraz mitinqinə cəmi 8 min insan qatıldı. Əslində isə Azərbaycan və Türkiyə türkləri Almaniyada müştərək işlər görə bilərlər və burada da səfirliklərin razılığı şərtdir. Lakin diplomatlarımızın başqa problemi var: onlar istənilən an arzuolunmaz adam elan ediləcəklərindən qorxurlar, Almaniyadakı terror təşkilatlarının özlərinə yer tutmalarına, bəli, bir az da biz türklərin laqeydliyi şərait yaradır. Baxın: Belçika səfirliyində terror təşkilatlarına qarşı aktiv mövqe tutduğu üçün mətbuat müşaviri mənasız səbəblərlə vəzifəsindən uzaqlaşdırılıb. Avropada FETÖ-nün qalası Belçika və Almaniyadırsa, əlləri və qulaqları məhz səfirliklərimizdədir və hələlik, təmizlənməyiblər. Əksinə, işləmək istəyən vətənsevər diplomatlarımıza təzyiq göstərirlər. Bu durumda vətəndaşdan çox şey gözləmək yersiz olar. Bir çox qeyri hökumət təşkilatı fəaliyyətindən dolayısı konstitusiyanın mühafizəsi təşkilatının nəzarətində və bağlanmaq təhlükəsi altındadır. Məsələn, DİTİB payını almaqdadır. DİTİB camelərindəki imamlara qarşı haqsız iddialar irəli sürülməkdədir. Hətta Türkiyə Baş konsolluğunun türk dili dərsləri üçün təyin etdiyi müəllimlər casusluqda günahlandırılır. Göründüyü kimi, Almaniyadakı təzyiqlər burada lobbi fəaliyyətinə ciddi mənfi təsir göstərir.

- Şəxsi mövqeyinizi bilmədən, soruşuram: Almaniyada yaşayan türklər apreldə Türkiyədə keçiriləcək referenduma qatılaraq "bəli" deyəcəklər, yoxsa “xeyr”? Yəni ən azından çoxluq hansı səsi seçəcək?

- Şəxsi fikrim budur: Almaniyanın təzyiqləri, əksinə, “bəli”nin faizini artıracaq. Məhz Almaniyadakı “bəli‘lər referandumun gedişatına müsbət təsir göstərəcək.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.09.2017
19.09.2017
18.09.2017