Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Novruzda əyalətlərə qatarla getmək istəyənlərin nəzərinə – QİYMƏTLƏR
Tarix: 13.03.2017 | Saat: 13:11:00
Bölmə:Sosial | çapa göndər

Novruz bayramına artıq bir həftə vaxt qalıb. Paytaxt sakinləri və əyalətdən Bakıya işləmək üçün gələn vətəndaşlar indidən Bakı Dəmiryolu Vağzalına axışır. Səbəb isə bəllidir; bayramı ailələri ilə birgə qeyd etmək üçün vaxtında müxtəlif istiqamətlər üzrə qatarlara bilet almaq.

Hafta.az-ın əməkdaşı bayramqabağı bilet satışı prosesini izləmək üçün adıçəkilən məkanda müşahidələr aparıb. İlk olaraq onu qeyd edək ki, artıq köhnə kassalar demək olar fəaliyyətini dayandırıb. Bir neçə gündür sərnişinlər yeni açılmış kassalardan bilet alırlar. Köhnə kassada isə bir neçə nəfər işçi oturur və vətəndaşları istiqamətləndirirlər. Həm də ölkə xaricinə getmək üçün qatarlara bilet satışının bir qismi məhz buradan- köhnə kassa zalından həyata keçirilir.

Təzə kassa, yeni qaydalar...

Təzə kassa zalında isə 8 vağzal əməkdaşı rayonlara qatarla getmək istəyənlərin xidmətində dayanır. Prosedur isə daha da müasirləşib; bilet almaq istəyən şəxs əvvəlcə terminaldan növbə nömrəsi götürür. Sıraya yazılır. Əgər növbə çoxdursa, oturub gözləmək üçün müasir və rahat stullarda əyləşə bilər. Növbəsi çatdıqda bilet satışı həyata keçirən xanımlara yaxınlaşaraq gedəcəyi ünvana biletin olub-olmadığını soruşur. Bilet kupe, plaskart və SV vaqonlar kateqoriyası üzrə müxtəlif qiymətlərə vahid sistem üzrə satılır. Şəxsiyyət vəsiqəsi təqdim edilir. Kassa əməkdaşı özü üçün lazımi qeydlər götürdükdən sonra müştərini ödəniş etmək üçün “DəmirBank”ın xəzinə köşkünə istiqamətləndirir. Ödəniş edildikdən sonra bilet vətəndaşa təqdim edilir. Ümumi prosedur cəmi 4-5 dəqiqə çəkir.

Müşahidələrimizə əsasən deyə bilərik ki, yeni qaydaların tətbiqindən sonra kassa əməkdaşları vətəndaşlardan “əlavə” pul ala bilmirlər. Çünki gedəcəyin yolun qiyməti qəpiyinə qədər xəzinəyə ödənilir. Xəzinədən isə üç qəbz alınır, biri sərnişində, biri kassada, digəri isə xəzinədə qalır.

Keçək biletlərə...

Vağzal rəhbərliyindən bildirildi ki, biletlər on gün əvvəldən satışa çıxarılıb. İnsanlar bilet almağa səhərin erkən vaxtlarından gəlirlər. Artıq müəyyən məhdudiyyətlər yaransa da, bayram günlərində əlavə vaqonlar qoşulacaq ki, bu da sərnişin sıxlığının aradan qaldırılmasına xidmət edəcək. Ona görə də, narahatlıq keçirməyə heç bir əsas yoxdur. Həmçinin qeyd olunub ki, sərnişinlər online satış xidmətindən də yararlanaraq vağzala gəlmədən bilet ala bilərlər. Bunun üçün şəxsin hesab nömrəsi olması yetərlidir.

 

Qiymətlər...

İlk olaraq onu deyək ki, ötən il Novruz bayramı günlərindəki aidiyyəti marşrutlar üzrə qiymətlərdə nisbi eniş müşahidə olunur. Belə ki, Bakıdan Gəncəyə gedən qatarlar üzrə KP yerlər üçün bilet qiyməti 9 azn, plaskart isə 6 manat, SV 16 azn-dir. Bakıdan Astaraya yola düşən qatarların qiyməti isə plaskartlar üçün 6, KP vaqonlara 8, SV yerlər isə 15 manatdır. Bakıdan Şəkiyə gedən qatarlarda plaskart yerlər 6, KP (kupe) – 9, SV yerlər isə 16 manata satılır. Bakı- Böyük-Kəsik istiqamətində hərəkət edən qatarların qiyməti isə məsafə ölçüsünə görə nisbətən bahadır. Bayramı evdə keçirmək istəyən sərnişinlər plaskart yerlər üçün 7, KP yerlər üçün 10, SV yerlər üçün 18 manatlarından keçməlidirlər. Bakı-Balakən istiqaməti üzrə hərəkət edən sakinlər üçün də bu qiymətlər keçərlidir.

Əldə etdiyimiz məlumata görə, Novruz bayramında qiymətlər sabit olaraq qalacaq. Heç bir artım baş verməyəcək. 


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.11.2017
19.11.2017
18.11.2017
“Evlənəndə məni ölümdən qurtaran yəhudi həkimdən xeyir-dua aldım” – Zəlimxan Məmmədli
“Son gecəsində səhərədək atamın yanında qaldım” – Mərhum prezidentin qızı
“Nə özümü nə də başqa birini bədbəxt etmək istəmirəm” – MİNTAC ELSEVƏR
"Həftə içi" qəzetinin əməkdaşı yol qəzasında həlak oldu
Nizami rayonunda yaşıllığı məhv edib obyekt tikirlər – FOTO-VİDEO
“Zəngilanla bağlı səhifəni oranı görməyən gənclər də maraqla izləyir” – Təranə Şükürlü
Bir nömrənin izi ilə - İcra Hakimiyyətindən gözəllik salonuna…
“Avstriya və Macarıstanda “Soros”un bağlanmasının iki səbəbi var” – Elnur Soltanov
Sevginin zaman üzərində qələbəsi - John From
Sərdar Cəlaloğlu yeni elm sahəsi yaratdı – EKSKLÜZİV