Naxçıvan Muxtar Respublikası
+8-13°
0- 5°
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl
+9 -14°
0-5°
Mərkəzi-Aran
+10-15°
+0-5°
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
+ 10 -14°
+4-6°
Bakıda və Abşeron yarımadasında
+8 - 13°
+3 - 5°
Rənglərin əfsanəsi - HOLİ
Tarix: 13.03.2017 | Saat: 14:36:00
Bölmə:Mədəniyyət | çapa göndər

Hindistanın ölkəmizdəki səfirinin rezidensiyasında hind xalqının minillər boyu bayram etdiyi Holi şənliyi düzənləndi. 

Səfir cənab Sanjay Rana və ailəsinin ev sahibliyində qeyd edilən “Holi”yə Azərbaycanda fəaliyyət göstərən hind icmasının təmsilçiləri, hazırda Bakıda davam edən Hindistanın əl işlərindən ibarət sərgisinin iştirakçıları, eləcə də bir sıra yerli media nümayəndələri qatılmışdılar.

Öncə Holi bayramına aid bir neçə folklore nümunəsi təqdim edildi. Bayram iştirakçıları qədim hind musiqisinin sədaları altında xeyli rəqs edib, şənləndilər. Daha sonar bizi rezidensiyanın həyətinə - tonqal başına çağırdılar. Burada hind icması qısa sürən maraqlı milli ayin icra etdilər. 

Daha sonra tonqal ətrafında yenidən rəqslər başladı. Necə deyərlər, insanlar ilboyu ürəklərinə dolmuş oynamaq həvəsini, beləcə, tonqal başında söndürdülər…

İndi də Holi bayramının tarixinə və fəlsəfəsinə qısaca nəzər yetirək.

Holi bayramının yaranma tarixini dəqiq demək mümkün deyil – bu iki min il də ola bilər, beş min il də. Ona görə də çoxları deyir ki, Hollinin yaşı elə Hindistanın tarixi qədər qədimdir. Bizə o məlumdur ki, hind xalqı tarixin bütün etaplarında bu bayramı qeyd edib. Holi Hindistanda payız fəslində – oktyabrda qeyd olunan Divali bayramından sonra ikinci möhtəşəm el şənliyidir. Bayramın əsas mahiyyəti budur ki, insanlar Holinin timsalında baharı qarşılayır. Təbiət oyanır, hər yan müxtəlif rənglərə boyanır və sair.

Nəzərə alaq ki, tarixən Hindistan aqrar ölkə kimi məşhur olub. Əkilən sahələrdən bol məhsul yığılır və bu zaman insanlar bayram edir. Şənliklərdə adamlar bir-birinin üzərinə müxtəlif rənglər atırlar, üz-gözlərini boyayırlar. Amma maraqlıdır ki, rənglər paltara qətinyyən ləkə salmır. Çünki həmin rənglərin tərkibində yağ qarışığı olmadığı üçün paltara və ya dəriyə yapışıb, qalmır, adi su ilə yuyan kimi təmizlənir.
Yeri gəlmişkən, Holi şənliklərində istifadə olunan rənglərin özünəməxsus mənaları var. Əslində, hər bir rəng təbiətin ünsürlərini – gülü-çiçəyi, yarpağı, çəməni, torpağı və sair tərənnüm etsə də, bəzi mənbələrə görə, məsələn, qırmızı rəng məsumiyyəti, yaşıl canlanmanı, enerjini, mavi sakitliyi, rifahı, sarı rəng isə dindarlığı, Allaha bağlılığı xarakterizə edir.

Hind ənənələrinə görə bayram günü şəhər və kəndlərdə küçə-meydanlara axışan insanların bir-birilərinin üst-başını rənglərə boyaması heç kimdə inciklik yaratmır. Bayramın özəlliyi elə ondadır ki, həmin gün insanlar sevinməli və ətrafdakıları da şənləndirməlidirlər. Yəni küçənin ortasında bir nəfər əlindəki rəngi hətta tanımadığı kiminsə üzərinə atarsa, həmin şəxs bunu normal qarşılayır və qətiyyən incimir. Çünki Holinin mənası budur.

 

Bayramın özülündə mifoloji amillər dayandığından müqəddəs sayılır və burada insanların səmimi olması lazımdır. Yeri gəlmişkən, Hollinin tarixi kökündə dayanan əfsanə və miflərə əsasən, pisliklərin kralı olan Hiranyakaşipu Hind tanrısı Brahma tərəfindən ölümsüzlüklə mükafatlandırılandan müəyyən müddət sonra sonra çox böyük günahlar işləməyə başlayır. O, hər kəsdən yalnız ona itaət etməsini istəyir. Buna görə etiraz əlaməti olaraq öz doğma oğlu Prablah ona itaət etməkdən boyun qaçırır. Təbii ki, Hiranyakaşipu qəzəblənərək bir neçə dəfə oğlunu öldürmək isitəyir, amma digər allah Vişnu Prablahı xilas edir. Buna baxmayaraq, fürsət gözləyən Hiranyakaşipu oğlunu bacısı Holikanın qucağında yatarkən yandırıb, öldürməyə qərar verir. Ancaq bu dəfə də bacısı qardaşını yanmayan şalına bürüyüb, xilas edir, özü isə yanıb kül olur. Hind tanrısı Vişnu bunu bilən kimi Hiranyakaşipunu öldürür və oğlu Prablahı onun yerinə gətirir. Yaxşının pisə qalib gəlməsinin simvolu sayılan Holika adının qısaldılmış forması olan Holi beləcə minillər boyunca insanlar tərəfindən qeyd edilir.

Holi bayramı eynən Azərbaycanda qeyd edilən Novruz bayramına bənzəyir. Belə ki, baharla əlaqəli hər iki bayramda tonqal qalanır. Novruz tonqalında adamlar «azarım-bezarım, kədərim-qəmim bu odda yansın» deyərək alovun üstündən tullanır. Holi şənliklərində isə şeytanın simvolu seçilən bir oyuncaq, bütün pisliklər, bəlalar məhv olsun deyə alova atılır və ardıyla da hamı bir ağızdan “Holi-hai!” deyərək qışqırır. Hətta Holinin sonunda insanlar yanan alovdan bir az götürüb evlərinə aparırlar ki, yaşadıqları mənzili və öz bədənlərini pisliklərdən xilas etsinlər.

Holi də Novruz bayramı kimi martda, daha konkret desək. martın 18-də qeyd olunur. Bu bayram günü Hindistanda qeyri-iş günüdür və hətta ola bilər ki, məktəblilər daha bir neçə gün artıq dincəlsinlər. Necə ki, Azərbaycanda da Novruz günləri qeyri-iş günü elan olunub.

Novruz bayramından söz düşmüşkən, bizim bayramlarda açılan süfrəyə xüsusi şirniyyatlar və xorəklər düzülür. Holi günləri isə daha çox şirin yeməklər hazırlanır. Nazik vermeşil, düyü və sairi şirin süddə bişirirlər. Müxtəlif çeşiddə halvalar hazırlanır. Xüsusilə də Hindistanda mung adlanan yaşıl rəngli xırda noxud növündən bişirilən halva mütləq olmalıdır. Bundan əlavə, çiçəklərdən və otlardan - daturadan hazırlanmış xüsusi içki növü olur ki, onu içəndə adam bir qədər keflənir. Hətta içikinin təsirindən adam yerli-yersiz gülə və ya ağlaya bilər. Yəni insani qeyri-iradi davranmağa sövq edir.


... dəfə oxunub.

Bölməyə aid digər xəbərlər
Xəbərə şərh yaz
20.09.2017
19.09.2017
18.09.2017